İKT Parlament İttifaqı Ermənistandan BMT-nin qətnamələrinə əməl olunmasını tələb edib
25.01.2011 [09:26]
Məlum olduğu kimi, İslam Konfransı Təşkilatı Parlament İttifaqının (İKT Pİ) ötən həftə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilən 13-cü sessiyasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” kampaniyasına dəstək olaraq bəyannamə qəbul edilib. Xocalı soyqırımını “insanlığa qarşı törədilmiş kütləvi cinayət” kimi tanımağa çağıran Əbu-Dabi bəyannaməsində Ermənistanı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum qətnamələrin dərhal icra etməsi və işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməsi tələb olunub. Qeyd edək ki, bu, İKT Gənclər Forumunun təşəbbüsü ilə irəli sürülmüş “İKT GF və İKT Pİ arasında əməkdaşlıq haqqında” qətnamənin Şura tərəfindən təsdiqlənməsi nəticəsində baş verib. Qətnamənin üçüncü bəndində qeyd edilib ki, İKT Pİ-yə üzv parlamentlər erməni silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş kütləvi qırğını insanlığa qarşı cinayət kimi tanıyır. Sənəddə, eyni zamanda, müsəlman ölkələrin parlamentlərinə faciənin soyqırım kimi tanınması üçün müraciət ünvanlanıb.
Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib ki, İKT Parlament İttifaqının 13-cü sessiyasında “Xocalıya Ədalət” sənədinin müzakirəyə çıxarılması və Xocalı soyqırımının insanlığa qarşı törədilən akt kimi sessiyanın yekun bəyannaməsinə əlavə edilməsi təcavüzkar Ermənistana ciddi zərbədir. Sessiyada üzv dövlətlərin parlamentlərinə bu hadisənin soyqırımı kimi tanınması üçün müraciət ünvanlanması da çox əhəmiyyətli hadisədir.
M.Qurbanlı bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində törədilmiş cinayətlər insanlıq əleyhinə yönələn cinayətlərdir. Onun sözlərinə görə, belə cinayət törədənlər harada yaşamasından, tutduğu vəzifəsindən asılı olmayaraq, buna görə cavab verməlidir. YAP İcra katibinin müavini alman faşistlərinin, Serbiyanın vəzifəli şəxslərinin insanlıq əleyhinə törətdikləri cinayətlərə görə beynəlxalq məhkəmə qarşısında cavab verdiklərini xatırladıb. O, qeyd edib ki, Azərbaycan ictimaiyyəti Xocalı soyqırımını törədən erməni canilərinin də beynəlxalq hüquqa uyğun olaraq cəzalandırılmasını tələb edir.
“Ermənilərin törətdiyi Xocalı qətliamı dünya ictimaiyyətinə məlumdur. Xocalı faciəsi haqqında həqiqətləri dünyaya çatdırmaq istiqamətində Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt bu gün ardıcıllıqla davam etdirilir. O cümlədən, İKT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə çox böyük işlər görülür. “Xocalıya Ədalət” kampaniyası həyata keçirilir və bu kampaniya müəyyən nəticələr verib. İKT Parlament İttifaqı Xocalı faciəsini insanlığa qarşı cinayət kimi qəbul edib. Bu hadisənin soyqırımı kimi tanınması Ermənistanın bu cinayətdə əli olan nümayəndələrinin beynəlxalq hüquq çərçivəsində cəzalandırılması üçün də siyasi baxımdan əhəmiyyətli addım olardı. Hazırda bu yöndə işlər davam etməkdədir”, - deyə M.Qurbanlı vurğulayıb.
Parlamentdə Xocalını təmsil edən millət vəkili Elman Məmmədov da İKT Pİ-nin qərarını yüksək qiymətləndirib. Onun sözlərinə görə, Xocalı qətliamını törədənlər beynəlxalq məhkəmə qarşısına çıxarılmalıdır. Millət vəkili deyib ki, faciənin araşdırılması və bu soyqırımın törədilməsində günahı olan şəxslərin müəyyənləşdirilməsi üçün Milli Təhlükəsizlik Nazirliyi və Hərbi Prokurorluq tərəfindən çox ciddi işlər aparılıb, istintaq materialları hazırlanıb. E.Məmmədov qeyd edib ki, Xocalı soyqırımının törədilməsində iştirak edən erməni millətindən olan hərbi canilər və keçmiş Sovet ordusunu “366-cı” alayının rəhbər və zabit heyəti haqqında da məlumatlar yığılıb. “Dünya azərbaycanlıları bir çox ölkələrdə faciə ilə bağlı böyük tədbirlər keçirirlər. Diaspor təşkilatlarımız müvafiq beynəlxalq qurumlara, o cümlədən, Beynəlxalq Haaqa Məhkəməsinə sənədlər təqdim edir. Bu mənada İKT tərəfindən “Xocalıya Ədalət” kampaniyasına dəstək verilməsi ciddi hadisədir və bu proses müsbət nəticələrini verməkdədir”, - deyə o, vurğulayıb.
E.Məmmədov bildirib ki, Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalıdır və beynəlxalq birlik də bu istiqamətdə səylərini gücləndirməlidir. “Azərbaycan öz torpaqlarını azad etməyə qadirdir və bu reallığı qarşı tərəf də anlayır. Ermənistan bu cəhdləri ilə xarici havadarlarından dəstək almaq istəyir. Amma bu cəhdlər nəticə verməyəcək. Bu gün Azərbaycan öz qətiyyətli mövqeyini bütün dünyaya nümayiş etdirməkdədir. Ona görə də, problemin həllinin zəruriliyi beynəlxalq müstəvidə də qəbul olunmaqdadır”, - deyə millət vəkili qeyd edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

