/ / Bakının Pirşağı qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan 34 nömrəli şəhər səhiyyə kompleksi istifadəyə verilib
Bakının Pirşağı qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan 34 nömrəli şəhər səhiyyə kompleksi istifadəyə verilib
26.02.2011 [22:57]
Dünən Bakının Pirşağı qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı surətdə yenidən qurulan 34 nömrəli şəhər səhiyyə kompleksi istifadəyə verilib. Kompleksin açılış mərasimində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva iştirak edib. Mərasim iştirakçıları Mehriban xanım Əliyevanı hərarətlə qarşılayıblar. Azərbaycanın birinci xanımına gül dəstəsi təqdim edilib.
Mehriban xanım Əliyeva rəmzi açılışı bildirən lenti kəsib və kompleks ilə yaxından tanış olub.
Diqqətə çatdırılıb ki, Azərbaycanda səhiyyənin inkişafı və onun maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Azərbaycanda səhiyyə müəssisələrinin yenidən qurulması, əhalinin sağlamlığının daha yaxşı təşkili, bu sahədə qabaqcıl texnologiyaların tətbiqi və yeni kadr potensialının hazırlanması Heydər Əliyev Fondunun və qurumun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin prioritet istiqamətlərindəndir. Mehriban xanım Əliyeva tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə səhiyyə müəssisələrinin yenidən qurulması işlərinin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Ana və uşaq sağlamlığının qorunması Fondun diqqətdə saxladığı əsas sahədir. Bu baxımdan Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən zəruri proqramlar və layihələr Azərbaycanda tibb sahəsinin inkişafına əvəzsiz töhfələr verir.
Azərbaycanın birinci xanımına məlumat verilib ki, 1980-ci illərdə binada ambulatoriya fəaliyyət göstərib. ötən ilin fevralında başlanılmış yenidənqurma işləri nəticəsində müasir avadanlıqla təchiz olunmuş tibb ocağının əlavə korpusu və təcili yardım binası inşa edilib. 39 otaqdan ibarət səhiyyə müəssisəsində əhaliyə yüksək tibbi xidmət göstərilməsi üçün bütün zəruri şərait yaradılıb. Müxtəlif tibb xidmətinin göstərildiyi səhiyyə kompleksində İtaliya, Türkiyə, Almaniya və Koreya istehsalı olan müasir avadanlıq quraşdırılıb.
Heydər Əliyev Fondunun prezidenti pediatr otağı ilə tanış olub, lor kabinetinə baxıb.
Bildirilib ki, burada xəstələrin müalicəsində lor kombaynı adlanan yeni aparatdan istifadə ediləcək. Cərrah otağında anestezioloji qurğu, habelə əməliyyatlar zamanı nəbz və arterial təzyiqi ölçən kardiomonitor, elektroşok, həmçinin dərman preparatlarının yeridilməsi üçün tibbi infuzion və elektrosovurucu aparatlar var. Stomatoloji kabinet də səhiyyə müəssisəsinin digər otaqları kimi ən yeni avadanlıqla, o cümlədən, müasir “Dentson” aparatı ilə təchiz olunub.
Kompleksin okulist otağında müayinə üçün “Tomey” aparatı quraşdırılıb. Müəssisədə elektrokardioqram, üçfunksiyalı ultrasəs müayinəsi aparatları da vardır. Kompleksdə lazer və maqnit terapiyası üçün fizioterapiya kabineti, peyvənd otağı fəaliyyət göstərir.
Azərbaycanın birinci xanımı “Heydər Əliyev Fondunun Sabunçu rayonuna hədiyyələri” adlı stendə baxıb.
Stenddə Fondun dəstəyi ilə rayon ərazisində inşa edilmiş sosial obyektlər - Bilgəh qəsəbəsində 11 nömrəli internat məktəbi, 231 nömrəli uşaq bağçası, Kürdəxanı Sağlamlıq Mərkəzi, Maştağa qəsəbəsində 21 nömrəli “Təbəssüm” uşaq sanatoriyası, Pirşağı qəsəbəsində 112 nömrəli orta məktəbin yeni korpusunu əks etdirən fotoşəkillər yer alıb.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tibb işçilərini kompleksin açılışı münasibətilə təbrik edərək deyib: “Sizi bir daha təbrik edirəm. çox gözəl kompleksdir. Tanış oldum, burada xəstələrin səhhəti ilə bağlı problemləri həll etmək üçün hər şey vardır. Bütün mütəxəssislərin öz kabinetləri vardır, avadanlıq ən müasirdir. İndi siz gərək xəstələrə yalnız və yalnız yaxşı baxasınız. Əlbəttə, həkimlərin də şəraiti yaxşı olmalıdır. Bu baxımdan burada çox gözəl şərait yaradılıbdır. Buna görə bir daha sizi təbrik edirəm. ümidvaram ki, ölkəmizdə bütün tibb müəssisələri bu səviyyədə olacaqdır. Bilirsiniz, son illər çoxlu yeni xəstəxanalar, diaqnostika mərkəzləri tikilir, eyni zamanda, köhnələri təmir olunur. Bu, çox yaxşı haldır. Bu, belə də davam edəcəkdir”.
Kürdəxanı Sağlamlıq Mərkəzinin baş həkimi Esmiralda Abdullayeva çıxış edərək səhiyyə işçilərinə göstərdiyi yüksək diqqət və qayğıya görə Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. Paytaxt ilə yanaşı, bölgələrdə də Fondun təşəbbüsü ilə yeni səhiyyə obyektlərinin inşa edildiyini, tibb müəssisələrinin yenidən qurulduğunu vurğulayan E.Abdullayeva Pirşağı qəsəbəsindəki 34 nömrəli şəhər səhiyyə kompleksinin kollektivi adından əminliklə bildirib ki, bundan sonra əhaliyə daha yüksək səviyyədə tibbi xidmət göstəriləcək. Tibb müəssisəsinin kollektivi Azərbaycanın birinci xanımı ilə xatirə şəkli çəkdirib.
Sonra Mehriban xanım Əliyeva səhiyyə kompleksinin nəzdində fəaliyyət göstərən 14 nömrəli təcili yardım stansiyasının filialı ilə tanış olub. Burada 14 nəfərdən ibarət tibbi heyət çalışacaq. Daha sonra Heydər Əliyev Fondunun prezidenti Pirşağı qəsəbəsinin inkişaf planını əks etdirən stendlərə baxıb. Qəsəbənin sosial məsələlərinin həlli ilə bağlı təkliflər verilib. Mehriban xanım Əliyeva bildirib ki, Xəzər dənizinin sahilində yerləşən və Bakının ən qədim qəsəbələrindən biri olan Pirşağının mərkəzinin abadlaşdırılması ilə bağlı təkliflər nəzərdən keçirilərək müvafiq işlər görüləcək.
Azərbaycanın birinci xanımı görülmüş işlərdən razılığını bildirib və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxDünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22

