Soçi görüşündə Ermənistanın mövqeyində az da olsa müsbət dəyişiklik hiss olunub
08.03.2011 [01:17]
Rəsmi Bakı prezidentlərin Soçi görüşündə Ermənistanın mövqeyində az da olsa müsbətə doğru dəyişiklik hiss olunduğunu bəyan edib. “ümumiyyətlə, budəfəki görüş haqqında qeyd etmək lazımdır ki, bu görüş təxminən bir il yarıma yaxın müddət ərzində Ermənistan tərəfinin danışıqlar prosesində tutduğu mövqedən müəyyən dərəcədə, az da olsa fərqlənir. çünki bu günə qədər Ermənistan tərəfinin bu danışıqlar prosesində tutduğu mövqe tam destruktiv xarakter daşıyırdı, indi burada bir fərq artıq görünməkdədir, müsbət mənada bunu azacıq da olsa qiymətləndirmək olar”. Bunu Trend-ə müsahibəsində Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
Novruz Məmmədov bildirib ki, Rusiya Prezidentinin təşkilatçılığı və iştirakı ilə Soçidə keçirilən görüş əvvəlcədən nəzərdə tutulduğu kimi baş tutub. “Əvvəlcə Rusiya Federasiyası, Azərbaycan və Ermənistan prezidentləri görüşdü, sonra xarici işlər nazirlərinin iştirakı ilə fikir mübadiləsi və müzakirələr aparıldı, daha sonra görüş nahar yeməyi ətrafında geniş müzakirə edildi. Onlar qurtarandan sonra isə prezidentlərin hər biri Minsk qrupunun həmsədrləri ilə ayrıca görüş keçirdilər”, - deyə PA rəsmisi əlavə edib.
Novruz Məmmədovun fikrincə, Ermənistan tərəfinin mövqeyində az da olsa müsbətə doğru dəyişikliyin olmasının müəyyən səbəbləri var: “Düşünürəm ki, bu müddət ərzində Ermənistan rəhbərləri gördülər ki, tutduqları mövqe belə gedərsə, heç vaxt onlara uğur gətirə bilməyəcək və müəyyən planlarını da alt-üst edəcək. çünki Azərbaycan tərəfi həddən artıq ədalətli, konstruktiv mövqe nümayiş etdirib və münaqişənin sülh və danışıqlar yolu ilə aradan qaldırılması üçün çalışır. Ola bilsin ki, Ermənistan tərəfi bu təhlilin nəticəsində mövqeyində müəyyən dəyişiklik etmək niyyətindədir”.
PA rəsmisi Rusiya Prezidentinin Dağlıq Qarabağ probleminin həllində aktivlik nümayiş etdirməsinin Ermənistan tərəfinin mövqeyində müəyyən dəyişikliklərin olmasına təsirini də istisna etmir: “Rusiya Federasiyasının, Minsk qrupunun həmsədri olan dövlətlərdən birinin prezidentinin il yarım ərzində özünün xüsusi iştirakı ilə bir neçə görüşü təşkil etməsi özü də müəyyən mənada, düşünürəm ki, mühüm bir faktordur. çünki belə bir böyük dövlətin, həmsədr dövlətin hər iki dövlətlə sıx əlaqədə olan ölkənin prezidentinin bu qədər görüşləri keçirərək heç bir nəticəyə nail olmaması da nədənsə xəbər verə bilər. Bunun da mən düşünürəm ki, əhəmiyyəti oldu. Ona görə də bu görüşü əvvəlkilərdən müəyyən qədər fərqləndirirəm”.
Onun sözlərinə görə, Həştərxan görüşünün davamı olaraq prezidentlərin yeni bir bəyanatı qəbul edildi, bu bəyanatda da iki məsələ qeyd olunurdu - biri hərbi əsirlərin dəyişdirilməsi, qaytarılması, ikinci məsələ isə müəyyən insidentlər baş verərsə, təmas xəttində onların ətrafında araşdırma apararaq həmsədrlərin də iştirakı ilə müəyyən nəticələr, qərarlar qəbul etməkdir: “Lakin Ermənistan kütləvi informasiya vasitələrində bu bəyanatla bağlı erməni tərəfinin özlərinin istədiyi kimi yozma və şərh etmələrini müşahidə edirəm. Amma bu, heç də belə deyil, bəyanatda Azərbaycanın sülhə zəmanətlə bağlı heç bir öhdəliyi yoxdur və ola da bilməz. Müharibə etməmək, yəni sülh zəmanəti torpaqlarımızın tam azad olunmasından sonra mümkün ola bilər. Azərbaycan Prezidentinin qəti mövqeyini belə hesab edirəm”.
“Soçi razılaşmasını gələcək görüşlərdə konstruktiv danışıqların aparılması üçün bir başlanğıc hesab etmək olarmı” sualına cavabında N.Məmmədov bildirib ki, konstruktiv danışıqların aparılması yenə də Ermənistan tərəfinin mövqeyindən asılı olacaq: “Görürsünüzmü, Soçi bəyanatında olmayan şey haqqında bu cür fikirlərin söylənilməsi bir tərəfdən sizin dediyiniz suala şübhə ilə yanaşmaq üçün əsas yaradır. Amma, eyni zamanda, sizin dediyinizə müsbət cavab vermək üçün bu ilin yayına kimi gözləməliyik. çünki həmsədrlərlə görüşlərdə prezidentlər tapşırıqlarını verdi, həmsədrlər də o istiqamətdə müəyyən iş aparıb, kiçik də olsa, indiki bu fərqin hansı istiqamətdə inkişaf etməsi üçün öz səylərini ortaya qoymalıdır. Biz də təxminən yaya qədər siz verdiyiniz suala cavab olaraq proseslərin hansı istiqamətdə inkişaf etməyinin şahidi olacağıq”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Gündəm
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22

