Liderlərin görüşü...
09.12.2022 [11:16]
Baş tutacaqmı?
N.BAYRAMLI
Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən dekabrın 7-də Brüssel görüşü baş tutmasa da, danışıqların irəliyə aparılması üçün təşəbbüslər davam edir. Bir neçə gün öncə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada səfərdə olarkən Ermənistanla sülh danışıqları üzrə növbəti görüşün ilin sonuna qədər keçirilə biləcəyini deyib. Eyni zamanda, Ermənistan parlamentinin spikeri Simonyan da iki ölkənin liderinin bu ilin sonuna kimi görüşməsinin mümkünlüyünü istisna etməyib. Ötən gün Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Tovio Klaarın İrəvana səfəri də Brüsselin vasitəçilik missiyasında öz rolunu davam etdirməkdə israrlı olduğunu təsdiqləyir.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində çox yaxşı potensial formalaşıb. Azərbaycan müharibədə qalib gəlməsinə baxmayaraq, sülh istiqamətində əlini Ermənistana uzadıb. Yəni regional sülhün və sabitliyin gücləndirilməsi, əməkdaşlıq münasibətlərin yaradılması niyyəti rəsmi Bakı tərəfindən irəli sürülüb. Bu xüsusda cari ilin fevralında dövlətimiz sülh sazişi ilə əlaqədar beş maddəlik təklif irəli sürüb və ötən müddətdə təkliflərin sayı artıb. Həm sərhədlərin delimitasiyası, həm də nəqliyyat əlaqələrinin bərpası ilə bağlı fəaliyyət göstərən işçi qruplarının iclasları keçirilsə də, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Bunun nəticəsində də, sülh niyyətləri puça çıxır. Digər tərəfdən, Avropa İttifaqı Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin gücləndirilməsi üçün müxtəlif təşəbbüslərlə çıxış edir. Politoloqun fikrincə, Brüssel sülh gündəliyi tərəfləri qane edir. Lakin Ermənistanın baş naziri Nikol Paşinyan Brüssel formatında Fransanın prezidenti Makronun iştirakı tələbini irəli sürməsindən sonra bu format böyük zərbələrə məruz qaldı.
Həmsöhbətimiz qeyd edib ki, Azərbaycanın məqsədi ilin sonuna kimi Ermənistanla beynəlxalq hüquq normalarına uyğun sülh müqaviləsinin imzalanmasıdır: “Amma bölgədə marağı olan qüvvələr, destruktiv güc mərkəzləri sülhün pozulması üçün əllərindən gələni edirlər. Bu baxımdan, Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlıların fəaliyyəti də qənaətbəxş deyil. İranın xüsusi xidmət orqanlarının əməkdaşlarının bölgəyə gəlməsi, Ermənistan istehsalı olan minaların Qarabağa daşınması və təbii sərvətlərimizin talanaraq Ermənistana aparılması faktları qeydə alınıb. Ona görə də, sülhməramlıların fəaliyyəti müsbət qiymətləndirilə bilməz”. İ.Hüseynovun fikrincə, Avropa İttifaqının xüsusi nümayəndəsi Tovio Klaarın İrəvana səfəri məhz ali səviyyədə liderlərin görüşünə hazırlıq məqsədi daşıyır. Böyük ehtimalla ilin sonuna qədər liderlərin görüşünün keçiriləcəyini deyən politoloq söyləyib ki, bu görüş baş tutarsa, Avropa İttifaqının vasitəçiliyi daha önə çıxacaq. “Çünki son dövrlər müşahidə edirik ki, Rusiya bütün təşəbbüsləri öz əlində cəmləşdirməyə çalışır. Son zamanlar Rusiyadan ölkəmizə olan intensiv səfərlər, Rusiyanın müxtəlif subyektlərinin rəhbərlərinin ölkəmizə səfərləri bunu sübut edir. Eləcə də, Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında Moskvada keçirilən görüşdə regionumuzdakı vəziyyət müzakirə edilib. Bütün bunlar deməyə əsas verir ki, Rusiyanın regiondakı proseslərlə bağlı niyyətlərini daha da genişləndirməyə çalışır. Düşünürəm ki, Avropa İttifaqı bu diplomatik trekdə geri qalmamaq üçün yalnız ali səviyyədə görüş təşkil etməlidir. Amma biz də Fransanın pozucu niyyətlərinə qarşı Avropa İttifaqından siyasi iradənin nümayiş olunmasını istəyirik”, - deyə İ.Hüseynov vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46

