Vaxt itirmədən...
29.12.2022 [10:36]
Qərbi Azərbaycana Qayıdış Konsepsiyası hazırlanır
Son 200 ildə xalqımız bir sıra faciələrlə, torpaq itkiləri ilə üzləşib. Bu proses XX yüzilliyin əvvəlindən başlayaraq daha faciəvi hal alıb.
Belə ki, Rusiyada çar rejiminin devrilməsindən, onu bolşevik hakimiyyətinin əvəzləməsindən və bu hadisələr fonunda Qafqazda gedən proseslərdən ən çox ziyan çəkən məhz azərbaycanlılar oldular. Bunun da əsas günahkarları ermənilər və onlara havadarlıq edərək özlərinin imperiya maraqlarını həyata keçirməyə çalışan güclər idilər. Riyakar xislətə malik ermənilər imperialist mərkəzlərin gücündən bəhrələnməklə özlərinin mənfur niyyətlərini həyata keçirməyə başladılar.
Torpaq itkilərimiz və deportasiyalar
Ermənilər XX əsrin əvvəllərində baş verən prosesləri özlərinin Cənubi Qafqazda dövlətlərini qurmaq və burada məskunlaşmaq üçün fürsət kimi dəyərləndirdilər və hərəkətə keçdilər. İrandan və digər xarici ölkələrdən ermənilərin Cənubi Qafqaza köçürülməsi planı hazırlanmışdı. Qarşıda köçürülən erməniləri harada yerləşdirmək məsələsi dayanırdı. Beynəlxalq güclər ermənilərin dövlətini qurmaq və onları yerləşdirmək üçün tarixən azərbaycanlılar yaşamış İrəvan şəhərini və ətraf əraziləri seçmişdilər. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti güzəştə gedərək İrəvanı ermənilərə peşkəş etdi. Bu cinayətə bərabər bağışlanmaz bir günah idi. Çünki bundan ruhlanan ermənilər və onların havadarları xalqımızdan yeni-yeni torpaqlar qopartmaq həvəsinə düşdülər. 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. XX yüzilliyin sonlarına yaxın Qarabağın və Şərqi Zəngəzurun işğalı xalqımızın növbəti faciəsi idi. Bu dəfə ermənilər havadarlarının köməyi ilə Azərbaycanın 10 min kvadratkilometrdən çox ərazisini öz nəzarətləri altına keçirməyə nail oldular.
Torpaqlarımızın ilhaqı ilə paralel şəkildə azərbaycanlıların doğma torpaqlardan amansızcasına deportasiyası da həyata keçirilirdi. XX əsrdə azərbaycanlıların indiki Ermənistandan kütləvi deportasiyanın 3 əsas mərhələsini fərqləndirmək mümkündür. Birinci mərhələ 1918-1920-ci illəri əhatə edir. Həmin dövrdə azərbaycanlılara qarşı zorakılığın miqyasına dair tam təsəvvürə malik olmaq üçün “1918-ci ilin mart ayına qədər İrəvan quberniyasının qarət olunmuş və tərk edilmiş müsəlman (Azərbaycan) kəndlərinin siyahısı” sənədi ilə tanış olmaq kifayətdir. Bu siyahıya İrəvan quberniyasının İrəvan, Sürməli, Eçmiədzin və Novo-Bəyazid qəzalarında erməni silahlı dəstələri tərəfindən qarət olunmuş və nəticədə azərbaycanlı əhali tərəfindən tərk edilmiş 199 kəndin adı daxil idi. Bütövlükdə, 1918-1920-ci illərdə yüz minlərlə azərbaycanlı qətlə yetirilib, öz yurdlarını tərk etmək məcburiyyətində qalaraq qaçqına çevrilib.
Azərbaycanlıların indiki Ermənistan ərazisindən deportasiya edilməsinin ikinci mərhələsi 1948-1953-cü illərə təsadüf edir. Azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi barədə SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli Qərarı İ.Stalinin imzası ilə qəbul edilmişdi. Qərara əsasən, Ermənistandan 100 min nəfərlik azərbaycanlı əhalinin 1948-1950-ci illər ərzində köçürülməsi nəzərdə tutulurdu. Ermənistandan köçürülən azərbaycanlılar ilk növbədə, öz torpaqlarından, tarixlərindən, mədəni irslərindən, ata və babalarından miras qalmış şəxsi evlərindən, bütün daşınmaz əmlakından qarşılıqsız olaraq məhrum qalırdılar. 1950-ci il sentyabrın 6-da SSRİ Nazirlər Soveti “1951-1955-ci illərdə Azərbaycan SSR-in Kür-Araz ovalığının kolxozlarına köçürülmə haqqında” yeni qərar qəbul edir. Həmin qərara əsasən, müəyyən edilmiş müddət ərzində Ermənistan SSR-dən 15 min kolxozçu və digər azərbaycanlı əhalinin köçürülməsi nəzərdə tutulurdu.
Azərbaycanlıların dədə-baba torpaqlarından zor gücünə deportasiyasının üçüncü mərhələsi isə 1988-1991-ci illərdə həyata keçirilib. Bu, öz miqyasına və icra üsuluna görə yaddaşlarda ən dəhşətli deportasiya kimi qalıb. Ermənistan hakimiyyəti azərbaycanlı əhalinin öz ev-eşiklərindən çıxarılması prosesinə silahlı birləşmələri də cəlb etmişdi. Bu mərhələdə Ermənistan ərazisindən və işğala məruz qalan Şərqi Zəngəzurdan bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.
Tarixi torpaqlarına qayıtmaq azərbaycanlıların haqqıdır
Azərbaycanlıların mental dəyərlər sistemində torpağa, yurd yerlərinə bağlılıq xüsusi yer tutur. Xalqımız həmişə itirilmiş torpaqlarımıza qayıtmağın həsrəti ilə yaşayıb. Zamanında zorla çıxarılmış tarixi torpaqlarımıza qayıtmaq azərbaycanlıların haqqıdır. Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərə ilk qayıdışımız da məhz tarixi yaddaş əsasında baş verdi. Bu il Zəngilan rayonunun Ağalı kəndinə ilk qayıdış baş tutdu. Ora məmnuniyyətlə köçənlər arasında heç vaxt Ağalını görməyən gənclər də çoxdur. Onları Ağalıya aparan məhz tarixi yaddaş oldu.
Bizim indiki Ermənistan ərazisindəki tarixi torpaqlarımıza geri dönüşümüz də mütləq baş tutacaq. Prezident İlham Əliyev bu günlərdə Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdəki nitqində buna əminliyini ifadə edərək bildirib: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”.
Azərbaycanın dövlət başçısı soydaşlarımızın tarixi yurd yerlərinə böyük qayıdışı məsələsinin gündəmə gətirilməsi üçün zamanı çox dəqiqliklə seçib. Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq, bəlkə də, tez olardı. Artıq Vətən müharibəsində qazanılan şanlı Qələbə sayəsində Qarabağ münaqişəsi tarixdə qalıb. Yeni mərhələdə hədəfimiz Qərbi Azərbaycana qayıdışdır. Prezident İlham Əliyev mesajlarını verib: “Mən bununla paralel olaraq hesab edirəm ki, biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik.. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Qayıdış Konsepsiyası olmalıdır”.
Dövlət başçısının tapşırığına uyğun olaraq hazırlanacaq Qayıdış Konsepsiyası mükəmməl bir sənəd olacaq. Sənəd hazırlanarkən dünyadakı təcrübəyə, beynəlxalq hüquq normalarına və əlbəttə ki, tarixi sənədlərə, xəritələrə istinad ediləcək. Məlum görüşdən sonra Qərbi Azərbaycan İcmasında dərhal Qayıdış Konsepsiyasının hazırlanması üzrə işə başlanılıb. Bu barədə Qərbi Azərbaycan İcmasının mətbuat katibi Ülviyyə Zülfiqar bildirib. Qayıdış Konsepsiyanın hazırlanması istiqamətində iş aparıldığını söyləyən mətbuat katibi deyib: “İcma olaraq bu Konsepsiyanı vaxtında yekunlaşdırmağa çalışacağıq. Konsepsiya hazır olandan sonra Qərbi Azərbaycan İcması fəaliyyətini bu sənədə əsasən davam etdirəcək”.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
28 May 17:27
Dünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25

