Səfirliyə hücum Bakı-Tehran münasibətlərinə necə təsir edəcək?
28.01.2023 [10:20]
Azərbaycanın Tehran şəhərindəki səfirliyinə edilən silahlı hücum terror aktıdır. Azərbaycanın Xarici İşlər Nazirliyi hadisə ilə bağlı bəyanat yayaraq ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə qarşı həyata keçirilmiş xain terror hücumunu şiddətlə qınayıb
Xarici İşlər Nazirliyi bəyanat verdi
Qeyd edilib ki, səfirliyin yerləşdiyi ölkə olaraq İran tərəfi Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn səfirliyin mühafizəsinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq öhdəliyini yerinə yetirməli idi. İrandakı diplomatik missiyamıza qarşı əvvəllər də təhdid cəhdləri olub, bu kimi halların qarşısının alınması, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsi İran qarşısında davamlı qaldırılıb. Təəssüf ki, son qanlı terror hücumu bu istiqamətdə təkidli müraciətlərimizə lazımi həssaslıq göstərilməməsinin ağır fəsadlarını nümayiş etdirir.
Bəyanatda vurğulanıb ki, son zamanlar İranda ölkəmiz əleyhinə anti-Azərbaycan kampaniyasının aparılmasının diplomatik missiyamıza qarşı bu kimi hücumlara rəvac verdiyi qənaətindəyik: “İran tərəfindən sözügedən terror hücumunu törədənlərin, habelə bu qanlı əməlin sifarişçilərinin ən qısa müddətdə müəyyən edilərək ən sərt şəkildə cəzalandırılmasını qətiyyətlə tələb edirik. Azərbaycan tərəfi günahkarların müəyyən edilərək layiqli cəza almasını təmin etmək üçün müvafiq beynəlxalq mexanizmlərin verdiyi bütün imkanlardan istifadə edəcəkdir. Baş vermiş terror hücumu nəticəsində yaranmış vəziyyətdə səfirliyin əməkdaşlarının və ailə üzvlərinin təxliyəsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”.
İranın səfiri XİN-ə çağrıldı
Hadisə ilə əlaqədar dünən İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinə çağırılıb. Görüşdə Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş silahlı basqının, terror aktının şiddətlə qınanıldığı, diplomatik nümayəndəliklərə qarşı bu kimi hücumların qəbuledilməz olduğu və “Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası”ndan irəli gələrək nümayəndəliyin binasını hər cür hücumlardan qorumaq və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsinin qəbul edən tərəfin vəzifəsi olduğu qarşı tərəfin diqqətinə çatdırılıb. Bu xüsusda, İranın səlahiyyətli qurumları tərəfindən terror aktını törədən şəxsin tezliklə məsuliyyətə cəlb olunması, terror aktının hərtərəfli araşdırılması, cinayətin təşkili və törədilməsində əli olan digər iştirakçıların müəyyənləşdirilməsi və cəzalandırılması qətiyyətlə tələb olunub.
Görüşdə eyni zamanda son zamanlar İranda ölkəmiz əleyhinə planlı şəkildə anti-Azərbaycan kampaniyasının aparılmasından təəssüf hissi keçirildiyi, baş verənlərin onsuz da mürəkkəb olan münasibətləri daha da gərginləşdirdiyi diqqətə çatdırılıb.
İran səfiri Seyid Abbas Musəvi Azərbaycan səfirliyinə qarşı baş verən silahlı hadisəni kəskin şəkildə pisləyərək baş verənlərdən dərin kədər hissi keçirdiyini, səfirlik əməkdaşının ailəsinə, eləcə də Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verdiyini bildirib. Səfir görüşdə habelə İranın aidiyyəti səlahiyyətli qurumları tərəfindən dərhal hadisəyə reaksiya verildiyini, hazırda isə aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən məsələnin araşdırıldığı, ətraflı məlumatın istintaq prosesi başa çatdıqdan sonra ictimaiyyətə açıqlanacağını vurğulayıb.
Hücum sifarişlidir
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib ki, Azərbaycanın İrandakı səfirliyinə terror hücumu qəbuledilməzdir. Hadisənin səbəbləri obyektiv şəkildə araşdırılmalı və bu cinayəti törədən, cinayətin sifarişçiləri layiqli cəzalarını almalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin də artıq hadisəyə münasibət bildirdiyini xatırladan S.Fətəliyeva bildirib ki, dövlətimizin başçısının dediyi kimi, bu hadisə terror aktıdır. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu isə qəbulolunmazdır. Onun sözlərinə görə, beynəlxalq hüquqa və konvensiyalara əsasən diplomatik korpuslar toxunulmazdır və hər bir dövlət ərazisində fəaliyyət göstərən diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etməlidir. Amma görünən odur ki, rəsmi Tehran Azərbaycan səfirliyinin mühafizəsinin təşkil olunmasına laqeyd yanaşıb. Buna görə də, baş verən terror aktına görə İran dövləti də məsuliyyət daşıyır.
Millət vəkili qeyd edib ki, son zamanlar İranın ölkəmizə qarşı mövqeyi ortadadır: “Çünki öz ərazilərini erməni işğalından azad edən Azərbaycanın həm regionda, həm də dünyada mövqeləri güclənib. Eyni zamanda, dövlətimiz regionda sülh və əməkdaşlıq müstəvisində önəmli təşəbbüslərlə çıxış edir. Bütün bunlar rəsmi Tehranı narahat edir. İran hakimiyyətinin bir müddətdir ki, ölkəmizə qarşı qərəzli, təhdid dolu münasibəti də buradan qaynaqlanır. Bütün bunların fonunda Tehrandakı səfirliyimizə terror hücumu ciddi suallar doğurur”.
Sevinc Fətəliyevanın fikrincə, Tehran polisinin cinayətin məişət zəminində baş verməsinə dair açıqlaması tamamilə əsassızdır: “Bu açıqlama cinayətin dəqiq səbəblərini gizlətməyə xidmət edir. Artıq terror hücumunun videogörüntüləri də yayılıb. Bu, sıradan cinayət deyil, bu terror cinayətini törədənlərin və onun sifarişçilərinin tezliklə tapılıb cəzalandırılması üçün İran tərəfi lazımi addımlar atmalıdır. Bu hücum sifarişlidir və arxasında müəyyən qüvvələrin dayanması şübhə doğurmur. Lakin Vyana Konvensiyasının şərtlərinə uyğun olaraq, İran hüquq mühafizə orqanlarının Azərbaycan səfirliyinin təhlükəsizliyini təmin etmək öhdəliyi var və baş vermiş hadisə bu öhdəliyin yerinə yetirilməsinə Tehranın məsuliyyətsiz yanaşdığını göstərir”.
Bu, qırımızı xəttin keçilməsidir
Politoloq Fikrət Sadıxov da bildirib ki, Azərbaycanın İrandakı səfirliyinə hücum, xüsusilə orada hər hansı bir işçinin qətlə yetirilməsi və digər iki nəfərin yaralanması Vyana Konvensiyasına, eyni zamanda, ikitərəfli münasibətlərimizə ziddir: “İranın müəyyən qüvvələri, - bəlkə də bir sıra rəsmi dairələrlə bağlılıqları var, - Azərbaycanla münasibətləri tam pozmaq fikrindədirlər. Çünki son vaxtlar həm Tehranın siyasəti, həm də onun Azərbaycana qarşı bir sıra bəyanatları, həmçinin siyasi aksiyalar göstərir ki, bu dairələr Azərbaycan-İran münasibətlərinə təhlükə yaratmaq fikrindədirlər. Səfirliyə hücum isə artıq qırmızı xəttin keçilməsidir”.
Bu cür halların diqqətdən kənarda qalmayacağını qeyd edən politoloq deyib: “Hadisə birmənalı şəkildə göstərir ki, Tehran Azərbaycan-İran münasibətlərinin sabit olmasına maraqlı deyil. Bu hücuma görə məsuliyyət İranın hakimiyyət orqanlarının üzərinə düşür. Bununla bağlı ciddi araşdırma aparılmalıdır”.Münasibətlər daha da gərginləşəcək
“İlk dəfə deyil ki, Azərbaycanın İrandakı səfirliyi hədəf seçilir. Bu hadisədə ilk növbədə İran dövləti cavabdeh olmalıdır. Çünki səfirlik hansı ölkədə yerləşirsə, onun qorunması ilə bağlı birinci məsuliyyət həmin ölkənin boynuna düşür”. Bu sözləri isə “Günaz TV”nin rəhbəri, cənublu soydaşımız Əhməd Obalı deyib. Əhməd Obalı bu terrorda erməni “əli”nin olması ehtimalından da danışıb: “Hazırda bu hadisədə “Hizbullah” təşkilatının və yaxud erməni “əli”nin olması haqda dəqiq söz demək mümkün deyil. Yəqin ki, Azərbaycan dövləti İrandan tələb edəcək ki, hadisəni törədənlər Azərbaycana təhvil verilsin. Xatırlayırsınızsa, bir müddət əvvəl İran səfirliyinin əli ilə Azərbaycanın Londondakı səfirliyinə hücum olunmuşdu. İndi də İranın özündə bu cür terror törədildi”.
“Bu hadisə İranla Azərbaycan arasındakı münasibəti daha da gərginləşdirə bilərmi?” sualına Əhməd Obalı belə cavab verib: “Əlbəttə ki, təsir edəcək. Çünki İran dövləti rəhbərlik səviyyəsindən başlayaraq hər zaman Azərbaycan rəhbərliyinə, dövlətinə dolayısı yolla müxtəlif ittihamlar irəli sürüb, terrorla təhdid edib. Buna görə də bu hadisədə ilk ittiham olunan İran dövləti və onun rəhbərliyi olmalıdır. Bu baxımdan deyə bilərik ki, bu hadisə İran-Azərbaycan arasındakı münasibəti daha da gərginləşdirəcək”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
23 Mart 18:37

Xəbər lenti
23 Mart 14:58

İdman
23 Mart 14:14

Xəbər lenti
23 Mart 14:13

Xəbər lenti
23 Mart 11:55

Xəbər lenti
23 Mart 11:16

Gündəm
23 Mart 11:14

Dünya
23 Mart 10:14

Dünya
23 Mart 10:12

Xəbər lenti
22 Mart 22:57

Xəbər lenti
22 Mart 19:57

Xəbər lenti
22 Mart 17:19

Maraqlı
22 Mart 13:28

Xəbər lenti
22 Mart 12:51

İqtisadiyyat
22 Mart 10:06

Xəbər lenti
22 Mart 09:40

Xəbər lenti
21 Mart 22:40

Dünya
21 Mart 22:30

Xəbər lenti
21 Mart 22:08

Xəbər lenti
21 Mart 20:00

Gündəm
21 Mart 19:16

Xəbər lenti
21 Mart 18:55

Xəbər lenti
21 Mart 17:26

Xəbər lenti
21 Mart 15:23

Siyasət
21 Mart 14:27

Xəbər lenti
21 Mart 13:58

Xəbər lenti
21 Mart 12:17

Xəbər lenti
21 Mart 10:45

Xəbər lenti
21 Mart 10:44

Dünya
20 Mart 21:54

Xəbər lenti
20 Mart 21:46

Xəbər lenti
20 Mart 19:15

Dünya
20 Mart 18:32

Xəbər lenti
20 Mart 16:46

Siyasət
20 Mart 15:41

Xəbər lenti
20 Mart 15:02

Dünya
20 Mart 13:57

Xəbər lenti
20 Mart 12:54

Xəbər lenti
20 Mart 12:30

Xəbər lenti
20 Mart 12:17

Xəbər lenti
20 Mart 12:01

İqtisadiyyat
20 Mart 11:59

Gündəm
20 Mart 09:55

Xəbər lenti
19 Mart 21:51

Gündəm
19 Mart 21:47

İdman
19 Mart 20:31

Xəbər lenti
19 Mart 18:11

Siyasət
19 Mart 16:51

Dünya
19 Mart 15:15

Xəbər lenti
19 Mart 12:57

Xəbər lenti
19 Mart 12:33

Xəbər lenti
19 Mart 11:35

Dünya
19 Mart 11:28

Xəbər lenti
19 Mart 11:11

Xəbər lenti
18 Mart 20:07

Xəbər lenti
18 Mart 20:02

Gündəm
18 Mart 19:56

Xəbər lenti
18 Mart 19:45

Xəbər lenti
18 Mart 19:43

İqtisadiyyat
18 Mart 19:09

Xəbər lenti
18 Mart 18:47

Xəbər lenti
18 Mart 18:43

İdman
18 Mart 17:12

Xəbər lenti
18 Mart 15:37

Siyasət
18 Mart 14:47

Gündəm
18 Mart 14:41

Xəbər lenti
18 Mart 13:26

Siyasət
18 Mart 13:24

Gündəm
18 Mart 13:22

YAP xəbərləri
18 Mart 12:42
