Güneyli soydaşlarımız Prezident İlham Əliyevdən kömək istəyirlər
31.01.2023 [10:17]
İran rejimi zəlzələdən zərər çəkmiş soydaşlarımızın problemlərinə laqeyd yanaşır
N.BAYRAMLI
İran rejimi cənublu soydaşlarımıza qarşı zorakılığı davam etdirir. Hakimiyyət soydaşlarımızın üzləşdiyi problemləri nəinki həll etmir, əksinə bütün bunlara etinasız yanaşır. Bugünlərdə Cənubi Azərbaycan ərazisində zəlzələ baş verdiyi məlumdur. Zəlzələ nəticəsində xeyli sayda zərərçəkmiş soydaşlarımız var. Lakin təbii fəlakətin insanlara vurduğu ziyan hakimiyyət orqanlarını narahat etmir.
GünAz Tv-nin rəhbəri, Güney Azərbaycan milli azadlıq hərəkatının tanınmış simalarından biri olan Əhməd Obalı mətbuata açıqlamasında zəlzələdən sonra yaşanan acınacaqlı vəziyyətdən danışıb. Əhməd Obalı bildirib ki, Xoy şəhərinin yaxınlığında hələ 10 gün əvvəl baş verən güclü zəlzələdən sonra onlarla soydaşımız evsiz qalıb: “Onlar bu gün də küçələrdə gecələyir, mənfi on dərəcə şaxtada çadırlarda qalmağa məcbur olurlar. Eyni zamanda, dünən gecə baş verən zəlzələdən sonra da İran dövlətinin dediyinə görə 973 nəfər yaralanıb, ölənlər var. 70 kəndin 80 faizi dağılıb. Bundan öncəki statistikaya baxsaq deyə bilərik ki, xəsarət alan və itkilərlə bağlı İran dövlətinin verdiyi rəqəmlər ən azı 3 dəfə azdır. İran dövləti bu gün evsiz qalanların əksəriyyətinə çadır da verməyib...”.
Əhməd Obalı İran dövlətinin məsələyə olduqca etinasız yanaşdığını bildirərək Azərbaycan Prezidenti İlham Əliyevdən kömək istəyib: “İran dövləti düşmən kimi bizi dondurmaqla məşğuldur. Bizə yox, terrorçulara dəstək olur. Şimallı, cənublu həmvətənlərimizi də zəlzələdə zərər görən soydaşlarımıza yardım etməyə dəvət edirəm”.
Cənublu soydaşlarımızın Azərbaycan Prezidenti İlham Əliyevdən kömək istəməsi təsadüfi deyil. Çünki dövlətimizin başçısı bütün platformalarda soydaşlarımızın hüquqlarını müdafiə edir. Bu baxımdan, ötən il noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda Prezident İlham Əliyevin fikirlərini xatırlatmaq yerinə düşər. Dövlətimizin başçısı konfransda bildirib ki, biz öz həyat tərzimizi, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İrandakı azərbaycanlıların dünyəvi inkişafını təmin etmək üçün hər şeyi edəcəyik. Onlar bizim millətin bir parçasıdır. Prezident İlham Əliyev İrandakı soydaşlarımızın ana dilində təhsil problemini də vurğulayıb: “Azərbaycanda 340 məktəbdə tədris rus dilində aparılır. Azərbaycanda 10 gürcü məktəbi var. Gürcüstanda 200-300 minə yaxın azərbaycanlı yaşasa da, burada 116 Azərbaycan məktəbi vardır. İranda erməni məktəbləri var, ancaq Azərbaycan məktəbləri yoxdur. Bu necə ola bilər? Kimsə desə ki, bu, başqasının işlərinə qarışmaqdır, biz bunu qəti şəkildə rədd edirik. Bu, başqasının işlərinə qarışmaq demək deyil. Azərbaycanın xarici siyasəti çox aydındır. Biz heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmırıq. Amma bu, bizimlə eyni etnik mənşəyə, eyni dilə və eyni dəyərlərə sahib olan cəmiyyətin bir hissəsidir. Biz buna axı necə biganə qala bilərik? Niyə məktəblərdə öz dillərini öyrənə bilmirlər? Bilirsiniz, onlar dili itirirlər. Problem ondadır, biz bu məsələni ona görə qaldırırıq ki, İranda azərbaycanlıların danışdığı Azərbaycan dili ədəbi komponentini itirir, məişət dilinə çevrilir. Bu məsələlərə baxılmalı və bu məsələ qaldırılmalıdır, həm də ona görə ki, bu, bizi narahat edir”.
Dövlətimizin başçısı digər platformalarda da cənublu soydaşlarımızın problemlərini gündəmə gətirib. Bütün bunların fonunda soydaşlarımız da İlham Əliyevi öz liderləri kimi qəbul edir, dəstəyinə görə təşəkkür edirlər. Eyni zamanda, bir müddət öncə Cənubi Azərbaycanın müxtəlif şəhərlərində, xüsusilə Təbrizin küçələrində üzərində Prezident İlham Əliyevin fotosu olan posterlər vurulub. Fotolar üzərində “Güney Azərbaycan sizin arxanızdadır, cənab Prezident!” sözləri qeyd olunub. Bu reallıqlar ötən ilin noyabrında bir qrup güneyli fəalların Prezidentə ünvanladığı müraciətdə də əksini tapır: “Arazın cənubunda yaşayan Azərbaycan türkləri həmişə zorla ayrı düşdüyü Quzeydəki “özü”nü nəsildən-nəsilə röyalarında, mahnılarında qoruyub saxlamışdır. “Arazı ayırdılar, qum ilə doyurdular, mən səndən ayrılmazdım, zor ilə ayırdılar” bayatısı hər bir azərbaycanlının beşikdən eşitdiyi laylası olmuşdur. Bu ayrılıq yarasının dərdi belə musiqi notları ilə birləşib sərhədləri aşıb dünyaya çatmışdır. Daha sonra bağrımız, Vətənimizin vandal düşmən tərəfindən işğal olunması ilə qana batsa da, Zati-alinizin rəhbərliyində və Vətən şəhidlərimizin qəhrəmanlıqları ilə külündən doğan güclü və iqtidarlı Azərbaycanın ortaya qoyduğu böyük əzm və birliklə, 44 günlük vətən muharibəsi sonunda bütün azərbaycanlılara gələcəyin işıqlı olduğunu göstərmişdir. Bu gün İranda baş verən hadisələr və rejim, onun müxalifətinin ortaya qoyduğu antitürk və anti Azərbaycan siyasətləri hamıya aydındır. Biz buna inanırıq ki, yaxın gələcəkdə baş verəcək dəyişikliklər nəticəsində Cənubi Azərbaycanda yaşayan xalqımız öz müqəddəratını özü ələ alacaqdır. Bu günlərdə Azərbaycanda ən çox eşitdiyimiz xalq mahnısı “Yar bizə qonaq gələcək” mahnısıdır. İnanırıq ki, bu həsrət tezliklə bitəcəkdir”.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, İran adlanan ölkənin Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı siyasəti artıq elə bir mərhələyə çatıb ki, Azərbaycan Prezidenti öz çıxışlarında İrana ciddi mesaj verməli olub. Prezident İlham Əliyev Azərbaycan dövlətçiliyinə qarşı addımların atıla bilməyəcəyini, onun milli mənafelərinə, milli təhlükəsizliyinə qarşı hansısa təxribati fəaliyyətlərin aparılmasına yol verilməyəcəyini açıq şəkildə vurğulayıb. Artıq regiondakı geosiyasi, təhlükəsizliklə bağlı hər hansı proseslərin aparılması Azərbaycandan asılıdır. Azərbaycan regionda söz sahibidir. Bu da o deməkdir ki, İran adlanan dövlətin bundan sonra Ermənistan üzərindən, yaxud hansısa terror təşkilatı üzərindən və ya yaratmağa çalışdığı casus şəbəkəsi vasitəsilə Azərbaycana qarşı bu və ya digər şəkildə təxribat aparmaq imkanı olmayacaq. Çünki Azərbaycan dövləti belə fəaliyyətləri cavabsız qoymayacaq.
Politoloq qeyd edib ki, cənublu soydaşlarımızın Prezident İlham Əliyevə müraciət edərək yardım istəməsi təbiidir və qanunauyğun haldır: “Cənab İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının deyil, bütün dünya azərbaycanlılarının, o cümlədən güneyli soydaşlarımızın lideridir. Ona görə də, soydaşlarımızın öz liderindən kömək istəməsi təbii qanunauyğunluqdur. Biz görürük ki, İran rejimi Cənubi Azərbaycan əhalisinin üzləşdiyi problemləri görməzdən gəlir. Bu səbəblərdən də onların problemlərinin həllində öz köməkliyimizi göstərməliyik”.
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

