/ / Rusiya Prezidenti Dmitri Medvedev MDU-nun Bakı filialının rektoru Nərgiz Paşayevaya "Dostluq ordeni" təqdim edib
Rusiya Prezidenti Dmitri Medvedev MDU-nun Bakı filialının rektoru Nərgiz Paşayevaya "Dostluq ordeni" təqdim edib
21.06.2011 [09:57]
D.Medvedev qonaqları salamlayaraq qeyd edib ki, bu zala toplaşan insanlar Rusiya ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün çox iş görüblər. “Mən bu sözün ən geniş mənasında - həm iqtisadiyyat, həm də humanitar əlaqələr, mədəniyyət sahəsində əməkdaşlığı nəzərdə tuturam. çalışdığımız illər ərzində gördüyünüz bütün işlərə görə sizə ürəkdən təşəkkür etmək istərdim”, - deyən Rusiya Prezidenti bildirib ki, bir məqam xüsusilə fərəh doğurur, bu insanlar üçün Rusiya ilə işləmək onların taleyinin bir hissəsinə çevrilib. Bunun böyük əhəmiyyəti ondadır ki, ölkələrimiz arasında münasibətlər ən əlverişli ssenari üzrə inkişaf edib. Bununla əlaqədar D.Medvedev deyib: “Siz çox müxtəlif ölkələri təmsil edirsiniz. Bizim dövlətimiz - Rusiya Federasiyası həmin ölkələrlə inkişaf etmiş konstruktiv, mehriban qonşuluq münasibətləri saxlayır və heç şübhəsiz, bu mehriban münasibətlərdə sizin əməyinizin bir hissəsi vardır”.
Dmitri Medvedev giriş nitqindən sonra “Dostluq ordeni”ni professor Nərgiz Paşayevaya təqdim edib.
Professor Nərgiz Paşayeva Rusiyanın ali dövlət mükafatı ilə təltif edilməsinə, ona göstərilmiş yüksək etimada və fəaliyyətinin qiymətləndirilməsinə görə Prezident Dmitri Medvedevə dərin təşəkkürünü və minnətdarlığını bildirib.
Nərgiz xanım Paşayeva deyib: “Cənab Prezident, Sizin göstərdiyiniz diqqət və dəstək bizi ruhlandırır və belə bir inam hissi aşılayır ki, sən həqiqətən nə isə faydalı və mühüm iş görürsən. “Dostluq ordeni” ali, gözəl məna və əhəmiyyətə malik olan xüsusi mükafatdır. çünki ən yaxşı arzular və ümidlər dostluqda yaranır. Biz sülhü məhz dostluqda axtarırıq və bunun naminə özümüzdə olan ən yaxşı cəhətləri səfərbər edirik. Bu gün dünya partlayış təhlükəsi ilə üz-üzədir. Lakin yer üzündə müxtəlif millətlərə, məzhəblərə, peşələrə mənsub olan milyonlarla insan yaşayır. Onlar həyata inanırlar. Onlar həm də dostluq, sülh, humanizm ideallarına sadiqdirlər. Onlar ümummilli və ümumbəşəri mədəniyyətin qorunub saxlanması və birləşməsi naminə öz nurlu qəlbinin bir hissəsini, öz qüvvələrini, öz əməklərini, öz istedadlarını verirlər. Rusiya torpağında bu cür insanlar, bu cür şəxsiyyətlər həmişə çox olmuşdur. Böyük rus mədəniyyəti həmişə bu cür insanlarla zəngin olmuşdur. Qüdrətli və əzəmətli rus mədəniyyəti dünyanın bir sıra xalqlarının, bir sıra mədəniyyətlərinin bəhrələnmiş olduğu, bəhrələndiyi və bəhrələnəcəyi tükənməz bir çaya, çeşməyə - canı, ruhu olan bir çeşməyə oxşayır.
Mən xoşbəxtəm və fəxr edirəm ki, MDU-nun Bakı filialının rəhbəri kimi, bir vətəndaş kimi ictimaiyyətə xidmət sahəsində fəaliyyətimlə böyük rus mədəniyyətini təmsil və təbliğ edə bilirəm. Bədii-estetik fikrə, rus fikrinə xas olan intellektin, müdrikliyin, gözəlliyin, insansevərliyin, alovlu qəlbin, məftun ruhun heyrətamiz vəhdəti və sintezi bu mədəniyyəti bütün dünyada bənzərsiz və təkrarsız edir.
Azərbaycan-Rusiya tarixi-mədəni əlaqələrinin dərin və qırılmaz kökləri vardır. Qoy inkişaf etməkdə olan bu mədəni əlaqələr həmişə möhkəmlənsin və genişlənsin. çünki məhz mədəni əlaqələr xalqları ucaldır və yaxınlaşdırır, onları daha möhkəm edir və nəticə etibarilə insanları və xalqları birliyə gətirib çıxara bilər. Dahi Puşkin vaxtilə belə vəsiyyət etmişdi: “Ey xalqlar, çəkişmələri unudun, vahid ailədə birləşin”. Qoy yer üzündə sülh olsun, xalqlarımıza, bir-birinə yaxşılıq, sülh və xoşbəxtlik arzulayan yer üzünün bütün insanlarına tale yar olsun”.
“Dostluq ordeni” ilə təltif edilənlər arasında “Qazprom” Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının üzvü Burkhard Berqman (Almaniya), Rusiyadakı Amerika Ticarət Palatasının prezidenti Endrü Somers (ABŞ), “Knyaz Dmitri Romanovun xeyriyyə fondu”nun sədri Dmitri Romanov (Danimarka Krallığı), Vyetnam Sosialist Respublikası Milli Məclisinin mədəniyyət, təhsil və gənclərin işləri üzrə komissiyasının sədri çonq Thi Dao, “Capen Tabakko İnternəşnl” şirkətinin prezidenti Pyer De Labuşer (Fransa) də var.
D.Medvedev Monqolustan nümayəndəsini “Şərəf” ordeni ilə, Livan və Serbiya nümayəndələrini “Puşkin medalı” ilə təltif edib.
Sonda D.Medvedev deyib ki, zalda toplaşmış bu cür görkəmli və istedadlı insanlara mükafatlar təqdim etməkdən böyük sevinc duyur. “Sizdən bizim ölkəmiz haqqında xoş rəylər, sizin təmsil etdiyiniz ən müxtəlif ölkələr arasında münasibətlərin hərtərəfli möhkəmlənməsinin zəruri olması barədə fikirlər eşitmək mənə xoş idi”, - deyən RF Prezidenti vurğulayıb ki, praktiki olaraq hər bir dövlətdə həmişə onun öz problemləri olur, lakin biz həmin problemləri sizin öz proqramlarınız çərçivəsində göstərdiyiniz dəstəyin köməyi ilə və ya sadəcə, hər gün fədakarlıq göstərərək həyata keçirdiyiniz bu cür aktiv fəaliyyət sayəsində - öz sənətinizə, öz peşənizə xidmət edəndə, biz həmin problemləri həll etməyə çalışanda, bax bu vəziyyətdə başa düşürük ki, bəşəriyyətin gələcəyi yaxşı olmalıdır.
Rəsmi hissədən sonra Dmitri Medvedev və mərasim iştirakçıları xatirə şəkli çəkdiriblər.
Nərgiz Paşayeva Azərbaycan KİV-lərinə müsahibəsində bu hadisənin əhəmiyyətini qiymətləndirərək deyib: “Bu, mənim həyatımda, taleyimdə xüsusi bir gündür. Bu, mənim təltif edildiyim ilk dövlət mükafatıdır və mərasim çox yaxşı, gözəl keçdi. Mən fəxr edirəm və xoşbəxtəm ki, Azərbaycan və Rusiya mədəniyyətlərarası münasibətlərinin tarixinə müəyyən töhfə verə bilirəm. ümid edirəm ki, məhz mədəni əlaqələr sayəsində yer üzündə insanlar, xalqlar bir-birinə yaxın olacaqlar. Biz, bunda marağı olan, buna ruhunu və qəlbini sərf edən insanlar bu gün, indi edə biləcəyimiz işləri gələcək nəslin çiyninə qoymayacağıq”.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50

