Paris “offside”da...
16.05.2023 [10:38]
Formatda dəyişiklik olmayacaq
Fransanın ölkəmizə qarşı tutduğu mövqe beynəlxalq hüquqa əsaslanmır - rəsmi Parisin “ermənipərəst arzulara” düşməsi, bütün məsələlərə “erməni prizması”ndan yanaşması onu “ələ verir”. Bu isə Parisin prosesdə iştirakını istisna edir. Daha doğrusu, Fransanın Brüssel sülh gündəliyi çərçivəsində iştiraka can atmasının səbəblərini ortaya çıxarır. Onlar öz aləmlərində bu yolla Azərbaycana qarşı “təzyiq” həyata keçirmək istəyirlər. Amma unudurlar ki, Azərbaycana heç bir ölkə təzyiq göstərə bilməz...
44 günlük Vətən müharibəsində əldə olunan qələbə regionda yeni siyasi reallıqlar formalaşdırmaqla yanaşı, beynəlxalq müstəvidə də Cənubi Qafqaza baxışın dəyişməsinə səbəb oldu. Daha doğrusu, “Qarabağ münaqişəsi” artıq “siyasi dividend” statusunu tam olaraq itirdi. Hətta vaxtilə ATƏT-in Minsk qrupu çərçivəsində Ermənistanı açıq şəkildə dəstəkləyən Fransa belə yeni reallıqlarla barışmalı oldu.
Qeyd edək ki, həm müharibə, həm də postmüharibə dövründə Azərbaycana qarşı təxribatçı və siyasi reallıqları özündə əks etdirməyən bəyanatlarla və addımlarla yadda qalan Fransa işğalçı Ermənistana açıq dəstək nümayiş etdirirdi. Son dövrlərdə isə bu “dəstək” daha intensiv hal almağa başladı - istər ötən ilin payızında Fransa Milli Assambleyasının ölkəmizə qarşı qəbul etdiyi əsassız qətnamələr, istərsə də rəsmi Parisin BMT TŞ çərçivəsində apardığı antikampaniya iflasa uğradı. Hətta bu kimi əsassız iddialar səsləndirən Fransa bəzi məqamlarda Ermənistan ilə Azərbaycan arasında davam edən sülh gündəliyinə belə “daxil olmaq” arzusunu irəli sürürdü. Amma onların bu “oxu da daşa dəydi”. Belə ki, Prezident İlham Əliyev ötən ilin noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında bildirmişdi ki, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində davam edən sülh prosesinin növbəti raundu baş tutmayacaq. Dövlət başçısı vurğulamışdı ki, dekabrın 7-də Brüsseldə görüşün keçirilməsi nəzərdə tutulurdu: “Lakin dünən Hikmət Hacıyev mənə məlumat verdi ki, onunla Şarl Mişelin ofisindən əlaqə yaradılıb. Bildirilib ki, Ermənistanın baş naziri həmin görüşə yalnız orada Fransa prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verə bilər. Bu isə o deməkdir ki, həmin görüş baş tutmayacaq”.
Təbii ki, Fransanın ölkəmizə qarşı tutduğu mövqe beynəlxalq hüquqa əsaslanmır - rəsmi Parisin “ermənipərəst arzulara” düşməsi, bütün məsələlərə “erməni prizması”ndan yanaşması onu “ələ verir”. Bu isə Parisin prosesdə iştirakını istisna edir. Daha doğrusu, Fransanın Brüssel sülh gündəliyi çərçivəsində iştiraka can atmasının səbəblərini ortaya çıxarır. Onlar öz aləmlərində bu yolla Azərbaycana qarşı “təzyiq” həyata keçirmək istəyirlər. Amma unudurlar ki, Azərbaycana heç bir ölkə təzyiq göstərə bilməz...
Qeyd edək ki, məhz Fransanın prosesdə iştirak etmək israrı Brüssel sülh gündəliyi çərçivəsində görüşü 6 aya yaxın gecikdirdi - 2022-ci ilin dekabrında planlaşdırılan görüş 2023-cü ilin mayında reallaşdı. Bu fakt bir daha onu ortaya qoyur ki, Azərbaycanın qəti mövqeyi danışıqlarda əsas şərt kimi çıxış edir. söhbət sülh danışıqlarından getdiyi zaman format dəyişmir - görüş üçtərəfli əsasda baş tutur ki, Ermənistanla Azərbaycandan başqa həmin görüşdə yalnız Aİ Şurasının prezidenti iştirak edir.
Fransanın və ya bir başqa dövlətin prosesin gedişindəki bəzi çoxtərəfli görüşlərdə iştirakı isə istisna olunmur. Məsələn, ötən ilin oktyabrında da Praqada Aİ-nin toplatısı çərçivəsində belə bir görüş keçirilmişdi. Hazırkı dönəmdə belə görüşlərin də keçirilməsi mümkündür. Məsələn, Aİ Şurasının prezidenti Şarl Mişel mayın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında da bildirib ki, biz Brüssel görüşlərini mümkün qədər tez-tez keçirmək barədə razılığa gəldik: “Liderlər növbəti dəfə Brüsseldə iyul ayında görüşəcəklər. Artıq bəyan etdiyimiz kimi, biz yenidən yaxın gələcəkdə Fransa Prezidenti Makron və Almaniya Kansleri Şolts ilə Kişineuda keçiriləcək 2-ci “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində görüşəcəyik. Mən, həmçinin liderləri oktyabrda Qranadada təşkil ediləcək 3-cü “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində daha bir belə görüşə dəvət etmək niyyətindəyəm”.
Beləliklə, Brüsseldə baş tutacaq görüşlərin formatı dəyişilməzdir və bu, Azərbaycanın mövqeyi əsasında tənzimlənib. Digər şəhərlərdə, fərqli tədbirlər çərçivəsində baş tutan görüşlərdə isə bu kimi çoxformatlı müzakirələr mümkün sayılır. Məsələn, Şarl Mişelin bildirdiyi kimi, Kişineuda Almaniyanın kanslerinin iştirakı ilə görüş keçirilə bilər. Azərbaycan hər zaman müzakirələrə açıq olduğunu bəyan edən dövlətlərdəndir, bizim bütün fikirlərimiz və mövqeyimiz beynəlxalq hüquqa əsaslanır. Bu mənada, Azərbaycanın mövqeyi bütöv və dəyişməzdir - rəsmi Parisin ermənipərəst mövqeyi isə bu dövləti yenidən “offside” vəziyyətinə salıb...
SADİQ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25

