Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Vasitəçilər çalışır...

Vasitəçilər çalışır...

25.05.2023 [10:00]

Ermənistanın qeyri-adekvat mövqeyi sülhə mane olur

Azərbaycan bölgənin əsas stabilləşdirici gücüdür

May ayının əvvəlindən başlayaraq Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində aparılan danışıqlar prosesinin dinamikliyi nəzərə çarpacaq dərəcədə artıb. Belə ki, ayın əvvəlində, daha doğrusu 1-dən 4-nə kimi ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan ilə Ermənistan XİN rəhbərləri arasında görüş baş tutmuşdu. Görüşdən sonra yayılan bəyanatlarda bildirilirdi ki, nazirlər hazırki vəziyyətlə bağlı fikirlərini bölüşüb, münasibətlərin normallaşması ilə bağlı mövcud məsələlərə dair mövqelərini bölüşüblər. Hətta qeyd olunurdu ki, nazirlər və onları müşayiət edən nümayəndə heyətinin üzvləri Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda, bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul edib və müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

Mayın 14-də Brüsseldə baş tutan görüşdən sonra vasitəçi qismində çıxış edən Aİ Şurasının Prezidenti Şarl Mişel mətbuata açıqlamasında bildirmişdi ki, liderlər Cənubi Qafqazda sülhün bərqərar olunması üçün birgə istəklərini ifadə ediblər: “Mən müvafiq səyləri təqdir edirəm. Biz gündəliyimizdə olan bütün məsələləri birlikdə nəzərdən keçirdik. Bu yaxınlarda sülh sazişi ilə bağlı ABŞ-da keçirilmiş müsbət danışıqlardan sonra bu impuls saxlanılaraq Azərbaycan ilə Ermənistan arasında əhatəli sülh sazişinin imzalanması üçün qətiyyətli addımlar atılmalıdır”.

Beləliklə, posesin inkişaf etdirilməsi üçün münbit zəmin yarandığı ortadadır. Bu mənada. Vasitəçi qismində iştirak edən tərəflərin də səyləri mütləq şəkildə təqdir edilməlidir.

İrəliləyiş var

Bu arada ABŞ administrasiyası Azərbaycan və Ermənistan rəhbərliyinə sülh sazişi üzərində iş çərçivəsində bəzi ən mübahisəli məsələlərin həlli ilə bağlı təkliflərini təqdim edib. Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Derek Hoqan Nümayəndələr Palatasının xarici əlaqələr üzrə komitəsinin dinləmələrində bildirib. Onun sözlərinə görə, iki ölkə arasında danışıqlar prosesində “irəliləyiş var”. “Mayın əvvəlində dövlət katibi iki ölkənin xarici işlər nazirlərini bir sıra ən mübahisəli məsələlərin, məsələn, sərhəd bölgəsindəki qoşunların çıxarılması, müqavilədəki mübahisələrin həlli mexanizmi üzərində işləmək üçün görüşüb”, - o diqqətə çatdırıb. Hoqan mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqları xatırladıb. Onun sözlərinə görə, bu görüşdə “iki tərəf arasında sıx diplomatik qarşılıqlı əlaqə” olub. O qeyd edib ki, ötən həftə “hansı sahələrdə irəli gedə biləcəyimizi” anlamaq üçün Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə danışıb. İyunun 1-də Moldovanın paytaxtı Kişineuda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında baş tutması gözlənilən görüşdən danışarkən Hoqan qeyd edib ki, “işləri sona çatdırmaq üçün nə edilməli olduğuna diqqət yetiriləcək”.

Rəsmi Bakının təklifləri sülh üçün ən effektiv yoldur

Əslində, ABŞ rəsmisinin ifadə etdiyi məsələlər, yəni, tənzimləmə prosesi ilə bağlı detallar ortadadır. Brüssel prosesində müzakirə olunan və dayanıqlı sülhün söykənəcəyi beş baza prinsiplərinə nəzər saldıqda, Azərbaycanın təklif etdiyi ədalət mənzərəsi bir daha aydın olur. Xatırladaq ki, bu 5 təməl prinsipə dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması kimi mühüm faktlorlar daxildir. Bundan başqa, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinməkdir. Bundan başqa, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, o cümlədən, nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması da ikitərəfli münasibətlərin normallaşması üçün nəzərdə tutulan baza prisipləri arasında yer alır. Bu məsələlər isə həm BMT-nin təməl prinisiplərinə, həm də digər beynəxalq qanunvericiliyə əsaslanır. Nəzərə alsaq ki, tərəflər Alma Ata bəyənnaməsi ilə artıq bir-birinin ərazi bütövlüyünü də tanıyıb, demək ki, bu istiqamətdə mühüm mərhələlər qət olunub.

Azərbaycanın səyləri yüksək qiymətləndirilir

Derek Hoqanın ifadə etdiyi “sərhəd bölgəsindəki qoşunların çıxarılması” məsələsinə gəldikdə isə, Azərbaycanın məsələ ilə bağlı mövqeyi bəllidir. Birincisi, Hoqanın ifadə etdiyi fikirdəki “sərhəddi” kim və nə vaxt müəyyənləşdirib? Axı, Azərbaycan ilə Ermənistan arasında hələ delimitasiya və demarkasiya ilə bağlı razılıq əldə edilməyib, hər hansı bir sənəd imzalanmayıb. Digər tərəfdən, bu fikrə biz tez-tez Ermənistan siyasi rəhbərliyinin fikirlərində və ritorikasında rast gəlirik. Amma...

Azərbaycan dövləti hər zaman sülhün tərəfdarı olduğunu dilə gətirsə də, Ermənistanın ritorikasında yer alan “şərtlər” çərçivəsində danışmaq qəbulolunmazdır. Qeyd edək ki, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı müzakirələrlə bağlı Azərbaycanın mövqeyi bəllidir. Bu, dövlət səviyyəsində də öz ifadəsini tapıb. Hər zaman bildirilib ki, Ermənistanın hər hansı bir şərtlə danışması mümkün deyil. İndiki halda, Ermənistanın qoşunların sərhəddən uzaqlaşdırılmasına çalışması bəlli maraqlardan qaynaqlanır.  Ermənistan hakimiyyətinin fikrincə, delimitasiya prosesi bundan sonra başlaya bilər. Bu isə mümkün deyil - Azərbaycan işğaldan azad edilmiş regionlarda, o cümlədən, sərhəd ərazilərimizdə son bir ildə kifayət qədər möhkəm və etibarlı infrastruktur yaradıb. Orada bizim postlarımız qurulub, yollar çəkilib, müxtəlif kommunikasiyalar formalaşdırılıb, hətta sərhəd gömrük məntəqəmiz belə fəaliyyət göstərir. Bu, Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış sərhədləridir. Azərbaycan dövləti heç kimin torpağını zəbt etməyib - bütün işlər beynəlxalq qanunlarla tanınan sərhədlərimiz çərçivəsində həyata keçirilir. Bu məsələdə Ermənistanın güddüyü maraq isə bəllidir - onlar sərhədləri tam nəzarətsiz saxlamaq istəyirlər. Bu isə yolverilməzdir və Azərbaycan üçün məqbul deyil.

Təbii ki, danışıqlar prosesində beynəlxalü vasitəçilər bu kimi mübahisə doğuran məsələlərin həlli ilə bağlı mütləq ortaq yol tapmaq üçün səylər göstərirlər. Vurğulandığı kimi bu səylər olduqca təqdirəlayiqdir. Amma indiki məqamda Azərbaycanın maraqları qalib ölkə olaraq mütləq xarakter daşıyır. Regional reallıqların formalaşmasında Azərbaycan amili əsas şərt olaraq çıxış edir. Bu fakt isə həm ABŞ rəhbərliyi, həm də dünyanın digər güc mərkəzləri tərəfindən etiraf olunur...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 378 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Dünya

Dünya

Dünya

Son debat... Olmayacaq!

11 Oktyabr 08:38

Ədəbiyyat

Hindistan dərvişi

11 Oktyabr 08:12

Sosial

Sosial

Qız övladı yük deyil!

11 Oktyabr 07:14  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31