Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Separatçı rejim son nəfəsini verir...

Separatçı rejim son nəfəsini verir...

25.05.2023 [11:00]

Arutyunyanın “xalqa müraciəti” terrora çağırışdır 

Brüssel danışıqlarında Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını qəti şəkildə elan etməsi, ardından isə baş nazir Nikol Paşinyanın Qarabağın Azərbaycan torpağı olduğunu bildirməsi Xankəndidəki qondarma rejimi təşvişə salıb. Artıq Ermənistandan ümidini kəsən qondarma rejim nümayəndələri qarşılıqlı ittihamlara başlayıblar. Qondarma rejimin “dövlət katibi” olmaq həvəsinə düşən Samvel Babayan, xarici maraqların təmsilçisi Ruben Vardanyan kimiləri isə əllərinə düşən “fürsətdən” istifadə edərək Araik Arutyunyanı “günah keçisi” kimi təqdim etməyə başlayıblar. Azərbaycanın əldə etdiyi hərbi və siyasi qələbələrdə Araiki “günahlandıran” qondarma rejim daxilindəki qruplaşmalar həm də bu yolla tənzimləmə prosesinə mane olmaq, prosesi ləngitmək istəyirlər. Təbii ki, buradakı xətt aydındır - regionda sabitliyin formalaşmasını istəməyən xarici qüvvələr bu kimi “şəxslərdən” istifadə etməklə nizamlanma prosesinə kölgə salmaq istəyirlər.

Təklənmiş “rejimbaşı”...

Artıq təklənmiş Araik Arutyunyan isə bütün ümidini itirib və nəticələri görür. O, Azərbaycanın apardığı siyasətin qarşısının alınmasının mümkünsüzlüyünü anlayır. Bu mənada da sonuncu dəfə “tarana” getməyə niyyətlənib. Onun bu hərəkəti, həm də digər “həmkarlarına” cavabıdır. Yəni, “üst pərdədən” danışanlara “meydan göstərir”.

Yeri gəlmişkən, Araik Arutyunyan Qarabağda yaşayan ermənilərə “müraciət” edib. “Hraparak” qəzetinin yaydığı “müraciət”də dekabrın 12-dən aprelin sonuna kimi azərbaycanlı ekofəalların keçirdikləri və haqlı tələblərə söykənən aksiya, o cümlədən Azərbaycanın suveren hüquqları əsasında qurulmuş Laçın sərhəd buraxılış məntəqəsi “blokada” kimi dəyərləndirilib. Eyni zamanda, Arutyunyan Ermənistan ilə Azərbaycan arasındakı tənzimlənmə prosesi ilə bağlı narahat olduğunu bildirir - o, “artsax”a qarşı yeni “müharibə riski”ndən danışır.

Arutyunyanın müraciəti əvvəlindən axırınadək təhrifdir - o, iddia edir ki, 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatında qeyd olunan “artsax xalqı” üçün Rusiyanın təhlükəsizlik zəmanətləri ciddi şəkildə pozulub. Birincisi, nəinki həmin Bəyənnamədə, ümumiyyətlə, “artsax xalqı” adlı xalq mövcud deyil. Qarabağda yaşayan ermənilər var ki, onlar da Azərbaycan vətəndaşlarıdırlar. Sözügedən Bəyanatı imzalayan Ermənistanın və Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını nəzərə alsaq, Arutyunyanın bu iddiaları yersiz və qəbulolunmazdır. “Rusiyanın zəmanəti”nə gəldikdə isə, sənəddə Rusiyanın prosesdəki iştirakı “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir” və “münaqişə tərəfləri tərəfindən razılaşmanın həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək məqsədi ilə sülhməramlı mərkəz yerləşdirilir” şəklində göstərilir. Yəni, Azərbaycanın torpağı olan Qarabağda yaşayan vətəndaşlarımızla bağlı başqa bir ölkənin “zəmanəti” məsələsi heç bir sənəddə yer almır və ala da bilməz.

Yenidən terror çağırışı...

Arutyunyan öz “müraciət”inin səbəbini dolayısı ilə belə əsaslandırıb ki, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesində Ermənistanın mövqeləri daim zəifləyir və “artsax”ın Azərbaycanın tərkib hissəsi kimi tanınmasına yönəlmiş addımlar atılır. O, açıq şəkildə qondarma rejim daxilində parçalanmaları da etiraf edir və bildirir ki, “daxili fikir ayrılıqlarını bir kənara qoyaraq mübarizəni davam etdirməyə hazırdırlar”.

Arutyunyan öz “müraciət”ində Ermənistanın Azərbaycanla bağlayacağı sülhü “tanımayacağını” və “mübarizə” aparacağını bildirib. O, “hərbi vəziyyət” haqqında danışıb ki, bu açıq şəkildə terrorizmə çağırışdır. Bütün dünyanın Azərbaycanın suveren ərazisi kimi tanıdığı Qarabağdakı terrorçu dəstənin başçısının bu çağırışı Azərbaycana mühüm addımlar atmağa hüquqi əsas yaradır. Təbii ki, bu kimi hallar Azərbaycanın maraqlarına uyğun deyil və yenidən antiterror məsələsini aktuallaşdırır. Rəsmi Bakının məsələdəki mövqeyi hər kəsə bəllidir - Qarabağ Azərbaycan torpağıdır və orada yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır. Sadəcə, sülh prosesinə sadiqlik nümayiş etdirən Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsi ilə tanınan hüququndan hələlik istifadə etmir. Bəlli olduğu kimi, BMT nizamnaməsinin 51-ci maddəsində göstərilir ki, quruma üzv olan hər bir ölkə öz ərazi bütövlüyünü bərpa etmək hüququna malikdir. Azərbaycan da BMT üzvü olaraq tam bu hüquqa malikdir. Və ən əsası Azərbaycanın buna həm hərbi gücü, həm də qətiyyəti çatır. Bundan əvvəlki antiterror əməliyyatları da buna misaldır. İndiki dövrdə bu kimi antiterror əməliyyatlarını aktuallaşdıran isə mühüm səbəblər mövcuddur.

Arutyunyanın “ümidləri”...

Arutyunyanın erməni məkri bu “müraciət”in hər bir sətrində özünü biruzə verir. Nəzərə alsaq ki, müraciət Rusiyada keçirilməsi nəzərdə tutulan üçtərəfli görüş öncəsi verilib, orada Rusiya hakimiyyətinə “ünvanlanmış” fikirlərin yer alması manipulyasiya vasitəsidir. Belə ki, Arutyunyan Prezident Putinə üçtərəfli Bəyanat ilə götürülmüş öhdəliklərin yerinə yetirilməsi haqda müraciət edib. Arutyunyan unudur ki, sənəddə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyən Ermənistandır - onlar silahlı tör-töküntülərini ərazi bütövlüyünü tanıdığı Azərbaycan ərazilərindən  hələ də tam çıxarmayıb. Laçın rayonunda qurulmuş sərhəd buraxılış məntəqəsinə gəldikdə isə, bu, Azərbaycanın suveren hüquqdur. Başqa bir dövlətin Azərbaycanın ərazisində formalaşdırılmış hər hansı bir

infrastrukturla bağlı nəsə “deməsi” isə absurddur.

Arutyunyanın “ümid bəslədiyi” “beynəlxalq ictimaiyyət”, daha doğrusu, Fransa və digər ermənirəpəstlərin isə bu məsələdə hansısa bir “rol oynaması” mümkün deyil. Bununla bağlı Fransanın xarici işlər naziri Azərbaycanda səfərdə olarkən lazımi cavabı alıb.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 128 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30