Separatçıların arasındakı “üçtirəlik”...
01.06.2023 [10:42]
Qondarma rejim narahatdır
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinin yeni mərhələyə qədəm qoyması Cənubi Qafqazda davamlı sülhün formalaşmasına mühüm töhfə sayıla bilər. O baxımdan ki, son bir ayda Ermənistanın baş naziri Nikol Paşinyanın dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməsi, eləcə də Qarabağın Azərbaycan torpağı olması ilə bağlı etirafları rəsmi İrəvanın da yeni reallıqları qəbul etdikini düşünməyə əsas verir. Daha doğrusu, Ermənistan anlayır ik, başqa çıxış yolu qalmayıb - ya, Azərbaycanın irəli sürdüyü şərtlər əsasında sülhə razılaşmalıdır, ya da yeni siyasi-iqtisadi nizamdan kənarda qalmalıdır. İkinci “seçim” isə onun yeni konfiqurasiyada özünə yer tapa bilməyəcəyindən xəbər verir - belə olan halda, Paşinyan hökumətinin sülhə tərəf meyilləndiyi mənzərəsini formalaşdırır.
Amma Ermənistanın bu mövqeyi separatçı rejimin “ürəyincə” deyil. Son proseslər onu deməyə əsas verir ki, Cənubi Qafqazda sülhə mane olmağa çalışan qüvvələr indi də separatçıların arasındakı “öz adamları”nın əli ilə bu işi yerinə yetirməyə niyyətləniblər - separatçılar arasında artıq nəinki ikitirəlik, hətta üçtirəlik düşüb.
“Özünümüdafiə” görüntüsü...
Son bir neçə gündə yenidən Azərbaycana qarşı hərbi təxribat xarakterli atəş səsləri intensivləşməyə başlayıb. Ermənistanın onları “satdığını” deyən separatçılar guya “özünümüdafiə” görüntüsü yaratmağa çalışırlar. Hətta Rusiya sülhməramlılarının müşayuəti ilə yenidən silah-sursat daşınmasına cəhdlərin edilməsi də onu göstərir ki, separatçı tör-töküntü hansısa hərəkətlənmə içindədir. Onlar hansısa “toqquşma” və ya “müqavimət” qarşılığında nələrsə əldə edə biləcəyini düşünür - amma səhv edirlər. Azərbaycan beynəlxalq hüquqa əsaslanır və özünün suveren ərazilərində bu kimi terrorçu zehniyyətin oturuşması ilə razı ola bilməz. Həmin zehniyyət hətta Azərbaycan dövlətinin özünün erməni vətəndaşları ilə təmaslar yaratmasına belə qısqanclıqla yanaşır - hətta, bununla bağlı “təhdidlər” səsləndirirdi. Beləliklə, Azərbaycanın sülhpərvər, humanist davıranışlarına adekvat cavab verilmir - belə olan halda Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda qayda-qanun formalaşdırmaq Azərbaycanın hüququdur.
Separatçıların 3 “ssenarisi”...
Xankəndidəki erməni separatçıları vəziyyətdən “narahat” olduqları qədər də önə çıxmaq üçün bütün güclərini səfərbər ediblər. Güvəndikləri mərkəzlərin diqtəsi və əmri ilə “hərəkətə” keçərək separatçı rejim daxilində “söz sahibi” olmaq uğrunda əməlli-başlı mübarizə aparılır.
Ermənistan mətbuatının yazdığına görə, isə Xankəndidə erməni əhalisi arasında hər şeyin sona çatdığı əhval-ruhiyyəsi var. Qəzetin yazdığına görə, “üç ssenari” üzərində müzakirə aparılır:
- Azərbaycanın tələblərini qəbul etmək və anlaşmaq: buna müvəqqəti həll yolu kimi baxılır və anlayırlar ki, maksimum 1 ildən sonra ermənilərin hamısı ərazini tərk edə bilər;
- Bütün təklifləri rədd etmək və müharibəyə hazırlaşmaq;
- Qarabağı tamamilə tərk etmək;
Ən təhlükəli yol...
Təbii ki, burada ermənilər üçün ən təhlükəlisi ikinci yoldur - erməni separatçıları özləri də anlayırlar ki, 44 gün ərzində Ermənistanın 30 il ərzində formalaşdırdığı ordunu, silah-təchizatı, sədləri yıxıb-dağıdan Azərbaycan ordusu üçün bir ovuc separatçı hansısa təhlükə yarada bilməz. Digər tərəfdən, Azərbaycan Xankəndiyə qarşı antiterror əməliyyatı keçirmək üçün hüquqi əsasa da malikdir - BMT Nizamnaməsinin 51-ci maddəsi bizə bu hüququ verir. Beləliklə, ikinci yol birmənalı şəkildə özünüməhvdir. Eyni zamanda, burada Rusiya sülhməramlılarının da hansısa “rolu oynayacağını” düşünmək sadəlöhvlük olardı - hazırda sülhməramlı qüvvələr Ermənistan ilə Azərbaycan arasında tam bağlanmayan sülhün qorunmasına nəzarət edirlər. Başqa sözlə, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi imzalandıqdan, bütün problemlər öz həllini tapdıqdan sonra heç bir ölkə Azərbaycanın öz sərhədləri çərçivəsində suveren hüquqlarını bərpa etməsinə qarışa bilməz.
Azərbaycanın mövqeyi dəyişməzdir...
Qarabağı tamamilə tərk etməyə qaldıqda isə Azərbaycanın sülhlə bağlı mövqeyi açıqdır: dövlətimiz humanist mövqeyə üstünlük verir - amma “qırmızı xəttimiz” bəllidir. İmzalanacaq hər hansı sülh sənədində Azərbaycanın suveren əraziləri ilə bağlı hər hansı bir şərt ola bilməz və bu, ümumiyyətlə, danışıqlar predmeti deyil. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, Qarabağda yaşayan ermənilər isə Azərbaycan vətəndaşlarıdır. Onların Azərbaycan cəmiyyətinə inteqrasiyadan başqa çıxış yolları yoxdur. Azərbaycan qanunları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yaşamaq istəyənlər vətəndaş olaraq ölkəmizdə yaşaya bilərlər. Digər tərəfdən, qondarma separatçı qurumun özü haqda sülh müqaviləsində hər hansı bir “qeyd”in yer alması uğrunda mübarizə apardığı da hər kəsə bəllidir. Bu cəhdlər də fiaskoya məhkumdur. Azərbaycanın bununla bağlı mövqeyi qəti və dəyişməzdir.
Vardanyanın hiyləsi...
“İravunk” qəzetinin yazdığına görə, hazırda Xankəndi separatçıları arasında ikinci varianta “üstünlük” verənlər tapılır - hətta onlar da bu yolun ümidsiz olduğunu anlayırlar. Samvel Babayanın, Ruben Vardanyanın, Araik Aratyunyanın yaranan vəziyyətdən öz “xeyri” üçün çalışdığı göz önündədir. Onlar başa düşürlər ki, Azərbaycan həyata keçirəcəyi hər hansı bir antiterror əməliyyatı üçün hüquqi əsasa malikdir. Bununla belə, yenə də dezinformasiya yaymaqdan çəkinmirlər. Yeri gəlmişkən, yenidən “xortladılan” Ruben Vardanyan sosial şəbəkələrdə “artsax müdafiə ordusu”nun iddia edilən “hücumları” ilə bağlı dezinformasiyaların fəal şəkildə yayılmasını mümkün hərbi eskalasiyaya hazırlıq kimi “qiymətləndirib”. Vardanyan fürsət varkən Ermənistan hakimiyyətini də hədəfə alıb - guya rəsmi İrəvan “susduğu” üçün Vardanyan bir “ictimai şəxs” kimi “dilə gəlib”. Əslində, onu dilə gətirən amillərin nədən ibarət olduğunu həm Ermənistan rəhbərliyi, həm də qarabağda yaşayan ermənilər yaxşı bilirlər. Qondarma separatçıların cəmisi bir neçə ay “dövlət naziri” olan Vardanyanın heç bir planı həyata keçmədi - nəticədə isə özü ortalıqda qaldı: Rusiya vətəndaşlığından da çıxarıldı, “dövlət naziri” “vəzifəsindən” də qovuldu. İndi isə reabilitasiya dövrünü başlatmaq üçün yeni fürsətlər axtarır. Onun sosial şəbəkələrdəki qeydlərində Rusiya sülhməramlılarının kölgəsinə sığınaraq Azərbaycana “hədə-qorxu” gəlməsi də təccüblə qarşılanmamaladır - Vardanyan anlayır ki, Azərbaycan bu gün regionun mütləq güc mərkəzidir. Sadəcə olaraq, “mən də varam” azarı onun da yaxasını buraxmır...
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
25 Sentyabr 23:45

Xəbər lenti
25 Sentyabr 19:57

Xəbər lenti
25 Sentyabr 19:28

Xəbər lenti
25 Sentyabr 18:55

Xəbər lenti
25 Sentyabr 18:53

Xəbər lenti
25 Sentyabr 18:44

Siyasət
25 Sentyabr 18:03

Xəbər lenti
25 Sentyabr 17:53

Xəbər lenti
25 Sentyabr 17:20

Xəbər lenti
25 Sentyabr 17:17

Xəbər lenti
25 Sentyabr 17:09

Siyasət
25 Sentyabr 17:07

Xəbər lenti
25 Sentyabr 17:06

Siyasət
25 Sentyabr 17:05

Xəbər lenti
25 Sentyabr 17:04

Gündəm
25 Sentyabr 17:01

Xəbər lenti
25 Sentyabr 16:41

Xəbər lenti
25 Sentyabr 16:35

Gündəm
25 Sentyabr 16:33

Xəbər lenti
25 Sentyabr 16:17

Xəbər lenti
25 Sentyabr 15:26

Siyasət
25 Sentyabr 15:15

Xəbər lenti
25 Sentyabr 15:13

Xəbər lenti
25 Sentyabr 15:07

Xəbər lenti
25 Sentyabr 14:48

Xəbər lenti
25 Sentyabr 14:40

Xəbər lenti
25 Sentyabr 14:28

Xəbər lenti
25 Sentyabr 14:06

Xəbər lenti
25 Sentyabr 13:36

Mədəniyyət
25 Sentyabr 13:18

Xəbər lenti
25 Sentyabr 13:17

Xəbər lenti
25 Sentyabr 12:55

Xəbər lenti
25 Sentyabr 12:45

Xəbər lenti
25 Sentyabr 12:41

Xəbər lenti
25 Sentyabr 12:37

Xəbər lenti
25 Sentyabr 12:35

Xəbər lenti
25 Sentyabr 12:23

Xəbər lenti
25 Sentyabr 11:56

Xəbər lenti
25 Sentyabr 11:36

Sosial
25 Sentyabr 11:34

Xəbər lenti
25 Sentyabr 11:24

Xəbər lenti
25 Sentyabr 11:13

Xəbər lenti
25 Sentyabr 11:10

Xəbər lenti
25 Sentyabr 11:09

Xəbər lenti
25 Sentyabr 10:55

Dünya
25 Sentyabr 10:43

Xəbər lenti
25 Sentyabr 10:40

Xəbər lenti
25 Sentyabr 10:31

Xəbər lenti
25 Sentyabr 10:26

Siyasət
25 Sentyabr 10:01

İqtisadiyyat
25 Sentyabr 09:40

Dünya
25 Sentyabr 09:38

Xəbər lenti
24 Sentyabr 21:21

Xəbər lenti
24 Sentyabr 19:14

Xəbər lenti
24 Sentyabr 16:59

Xəbər lenti
24 Sentyabr 16:11

Xəbər lenti
24 Sentyabr 15:14

Xəbər lenti
24 Sentyabr 14:58

Xəbər lenti
24 Sentyabr 14:47

Xəbər lenti
24 Sentyabr 14:26

Xəbər lenti
24 Sentyabr 14:06

Xəbər lenti
24 Sentyabr 13:39

Xəbər lenti
24 Sentyabr 12:44

Xəbər lenti
24 Sentyabr 12:20

Xəbər lenti
24 Sentyabr 11:53

İdman
24 Sentyabr 11:40

Xəbər lenti
24 Sentyabr 10:16

Xəbər lenti
24 Sentyabr 10:14

Xəbər lenti
24 Sentyabr 10:02

Xəbər lenti
23 Sentyabr 22:28
