Bağlı yol kimi qane edir?
26.06.2023 [10:30]
Ermənistan Qarabağdakı erməni sakinlərimizin Laçın yolundan istifadə etməsini istəmir
Nardar BAYRAMLI
Son vaxtlar Ermənistan və onun havadarları Laçın dəhlizi ilə əlaqədar Azərbaycanın əleyhinə təbliğatlarını daha da intensivləşdirib. Məqsəd isə dünyada ölkəmizə qarşı mənfi imic formalaşdırmaq və beynəlxalq birlik tərəfindən hansısa qərarlara nail olmaqdır. Avropa Şurası Parlament Asambleyasının yay sessiyası çərçivəsində iyunun 22-də “Laçın dəhlizi ilə sərbəst və təhlükəsiz girişin təmin edilməsi” adlı qətnamənin qəbul edilməsi də buna sübutdur. Həmin qətnamə tamamilə qərəzli və qeyri-obyektivdir. Eləcə də, bugünlərdə ABŞ Konqresində bur qrup konqresmen tərəfindən Laçın dəhlizi ilə bağlı dinləmələr keçirilib ki, burada da əsl həqiqətlər görməzdən gəlinib və erməni lobbisinə xidmət edənlər ölkəmizə böhtanlar atıblar.
Erməni sakinlər sərhədçilərimizdən razılıq edirlər.
Məlumdur ki, bu il aprelin 23-də Laçın yolunda sərhəd - keçid məntəqəsi yaradıldıqdan sonra Qarabağdakı erməni sakinlərimiz sərbəst şəkildə Ermənistana gedib-gəlirdi. Hətta mediada və sosial şəbəkələrdə yayılan videogörüntülərdən də aydın olurdu ki, sakinlər narazı deyillər. Erməni sakinlər sərhədçilərimizin onlarla çox normal davrandıqlarını və heç bir problem yaratmadıqlarını etiraf etmişdilər. Amma onlar üçün problem yaradan rəsmi İrəvan və Qarabağdakı separatçı rejim oldu. Qarabağın erməni əhalisinə təzyiq göstərilirdi ki, onlar Laçın postu ilə Ermənistana gedib-gəlməsinlər. Bundan da Azərbaycana qarşı istifadə olunsun ki, guya ölkəmiz yolu tamamilə bağlayıb. Lakin bu planları baş tutmadıqda, Ermənistan açıq təxribat törətdi: Laçın postu atəşə tutuldu və nəticədə bir hərbi qulluqçumuz yaralandı. Bu hadisə ilə bağlı Azərbaycanın Baş Prokurorluğu tərəfindən cinayət işi açılıb və istintaq tədbirləri ilə əlaqədar postdan gediş-gəliş məhdudlaşdırılıb. Erməni tərəfi bu hadisədən də siyasi şou düzəldərək ölkəmizə qarşı öz havadarlarının dəstəyi ilə kampaniyaya başlayıb. İyunun 24-də Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanat da bu məqsədə xidmət edir.
Azərbaycanın Xarici İşlər Nazirliyi isə öz bəyanatında qarşı tərəfin bu addımlarını pisləyib. “Ərazilərimizi 30 ilə yaxın müddətdə işğal altında saxlayan, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirən, öhdəliklərinə zidd olaraq erməni silahlı qüvvələrini Azərbaycan ərazilərindən hələ də tam olaraq çıxarmayan, Azərbaycanın sülh prosesi təkliflərinə uzun müddət laqeyd yanaşan və bir sıra əsassız iddiaları ilə hazırda prosesə maneçilik törədən Ermənistanın Azərbaycanı nifrət və düşmənçilikdə təqsirləndirməsini qətiyyətlə pisləyirik”, - deyə bəyanatda qeyd edilib. Vurğulanıb ki, Ermənistan tərəfinin təxribatından sonra Azərbaycanın həyata keçirdiyi təhlükəsizlik və istintaq tədbirləri ilə əlaqədar Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyətinin müvəqqəti olaraq məhdudlaşdırılmasının “blokada və etnik təmizləmə” kimi təqdim edilməsi Ermənistanın saxta təbliğatının tərkib hissəsidir. Görünür ki, Ermənistan tərəfi buraxılış məntəqəsi təsis edilən gündən yüzlərlə erməni sakinlərin azərbaycanlı sərhədçilərlə qarşılıqlı anlayış və əməkdaşlıq ruhunda hər iki istiqamətdə keçidini həzm etməyərək, bu kimi təhrikçi addımları təkidlə davam etdirməkdə maraqlıdır.
Erməni uydurması - ”Humanitar təhdidlər”
“Eyni qaydada, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə qarşı “humanitar təhdidlər” olduğu iddialarının heç bir əsası yoxdur. Azərbaycanın zərurət olduğu təqdirdə sakinlərə yardım etmək təkliflərindən özlərini erməni sakinlərin nümayəndələri kimi təqdim edən şəxslər tərəfindən hər vəchlə imtina olunması, erməni tərəfinin bu məsələdən öz dar siyasi məqsədləri üçün istifadə etdiyini göstərir. Qeyd edilənlərlə yanaşı, erməni sakinlərin “hüquq və təhlükəsizliyi” məsələsindən sui-istifadə cəhdləri qəbuledilməzdir. Azərbaycan tərəfi erməni sakinlərin reinteqrasiyası istiqamətində səy göstərir və Ermənistan tərəfinin müxtəlif bəhanələrlə prosesə müdaxiləsinə, habelə destruktiv şəkildə maneçilik törətməsinə son qoyulması zəruridir”, - deyə məlumatda bildirilib.
Rəsmi İrəvan zəmanət verəcəkmi?
Onu da qeyd edək ki, iyunun 24-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Kojiçlə görüş zamanı bildirib ki, erməni sakinlərlə sərhədçilərimiz arasında normal ünsiyyətin formalaşması bu prosesi həzm edə bilməyən Ermənistanın iyunun 15-də keçid məntəqəsini atəşə tutması ilə nəticələnib. Bu, Laçın sərhəd-buraxılış məntəqəsindən təhlükəsiz keçidə maneçilik törədib. Nazir deyib ki, Azərbaycan tərəfindən hazırda sərhəd məntəqəsindən təhlükəsiz keçidə maneə törətmiş Ermənistanın bu hücumunu araşdırmaq məqsədilə müvafiq tədbirlər görülür. Ceyhun Bayramov vurğulayıb ki, Ermənistanın gələcəkdə bu kimi təxribatlarının təkrarlanmayacağına dair Azərbaycan tərəfinə müvafiq zəmanətin verilməsi zəruridir. Lakin görünən odur ki, rəsmi İrəvan zəmanət vermək niyyətində deyil. Çünki Ermənistana özünün yaratdığı problemdən Azərbaycana qarşı istifadə etmək lazımdır. Amma bu cəhdlər də heç bir nəticə verməyəcək.
Xəbər lenti
Hamısına baxAnalitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40

