Arif Hacılı İsa Qəmbərin uğursuz lider olduğunu etiraf etdi..!
18.01.2012 [23:11]
Yalnız özünü siyasi gündəmdə saxlamaq üçün mübarizə aparan radikal müxalifət düşərgəsində vəziyyət növbəti dəfə acınacaqlı hal alıb. Belə ki, yenidən cəbhələrə bölünüb daxili mübarizəyə start verən düşərgədəki partiyalar bu uğursuzluqlarından diqqəti yayındırmaq üçün nəzarətlərində olan KİV-lərdə digər partiyalara qarşı açıq mübarizəyə başlayıblar. Bu mənada Müsavat partiyasında vəziyyət daha qəlizdir. O baxımdan ki, mart ayında keçirilməsi planlaşdırılan qurultayda hazırki sədr İsa Qəmbər öz postu ilə vidalaşmalıdır və o, növbəti dəfə bu post uğrunda mübarizə aparmayacağını bəyan edib. Bu isə, bir müddət idi ki, sükuta üstünlük verən partiyadaxili qruplaşmaların yenidən fəallaşmasına yol açıb. Başqa sözlə, onun bu postdan uzaqlaşacağını dördgözlə gözləyənlər əllərinə düşən fürsətdən istifadə etməyə qərar veriblər. Məlum olduğu kimi, Müsavat partiyası daxilindəki kiçik qruplaşmalar partiyaya nəzarəti ələ keçirmək və satqınlıq qarşılığında xaricdən alınan qrantları əldə etmək üçün böyük məmnuniyyətlə həmin pulun böyük bir hissəsini özününküləşdirən İ.Qəmbəri “yola salmağa” hazırdırlar. Məsələn, partiyanın məclis sədri Arif Hacılının KİV-ə verdiyi açıqlamalardan da görünür ki, o, artıq İ.Qəmbərin uğursuzluqlarını özünə “tramplin” seçib. Yəni, A.Hacılının KİV-ə verdiyi müsahibədən belə aydın olur ki, o, İ.Qəmbəri siyasətçi kimi “heç kim” sayır. Bunu isə özünün “platforması” şəklində istifadə etməyə çalışır. O, mənada ki, indiyə qədər hər zaman bütün birliklərdə özünü “müxalifətin rəhbəri” kimi aparmağa çalışan Müsavatın bundan sonra bütün partiyalar kimi bərabər hüquqa malik olacağını deyən A.Hacılı, əslində, bununla bir sıra məqamlara da toxunur. Yəni, indiyə qədər xaricdən ayrılan pulların əsas hissəsinin məhz AXCP və Müsavat arasında bölünməsinə son qoyulacaq və başqa partiyaların da pul qazanmasına imkan yaradılacaq...
Ən əsası isə A.Hacılı İ.Qəmbərin indiyə qədər “öyünə-öyünə” danışdığı siyasi karyerasının bir “qoz” qədər dəyərinin olmadığını ortaya qoyur. Bundan başqa, A.Hacılı İ.Qəmbərə də mesaj ünvanlamağı unutmur. Məclis sədri artıq rayon təşkilatlarının sədrlərini də öz ətrafında topladığını açıq şəkildə bildirir. Bu isə o deməkdir ki, İ.Qəmbər, hətta istəməsə belə mart ayında devriləcək.
Hətta dünənə qədər İ.Qəmbəri özlərinin “əvəzolunmaz lideri” adlandıranlar bu gün nəzarətlərində olan mətbu orqanda ondan hallallıq istəyirlər. Yəni, İ.Qəmbəri yenidən sədr postunda görmək üçün israr edənlərə indidən məğlubiyyət həzm etdirilir. Digər tərəfdən, A.Hacılı 2006-cı ildə partiya məclisinə keçirilən seçkilərdə İ.Qəmbərin birmənalı şəkildə Sülhəddin Əkbərin tərəfini tutduğunu da unutmamış kimi görünür. Səslənən fikirlər partiya daxilindəki sükutun sadəcə müvəqqəti xarakter daşıdığı və mart ayından sonrakı mərhələdə hər bir halda qarşıdurmaların daha kəskin müstəvilərə transfer olunacağından xəbər verir. A.Hacılının İ.Qəmbərin postuna tam bir iddia sərgiləməsi və birmənalı olaraq onun yenidən öz kürsüsündə əyləşməsinə imkan vermək istəməməsi bir daha göstərir ki, kiçik qrup savaşları Müsavatın da gələcəkdə qarşısında fərqli hərflər yazılmış hissələrə parçalanmasını qaçılmaz edir.
Təbii ki, bu digər qruplaşmanın da nəzərindən qaçmayan faktdır. Artıq İ.Qəmbərin yenidən öz postunda qalmasının mümkünsüzlüyünü dərk edən həmin qruplaşmanın nümayəndələri A.Hacılının qarşısına elə bir namizədlə çıxmaq istəyir ki, seçkidə istisnasız olaraq qalibiyyət əldə etsin. Bunun üçünsə artıq prosesə start verilib. Daha doğrusu, əvvəllər Müsavata yaxınlığı ilə seçilən qəzetlərin apardığı təbliğat göstərir ki, V.Əyyubun rəhbərliyi ilə qızğın müzakirələr gedir.
Bununla yanaşı, hər zaman xarici maraqların Azərbaycanda “tərənnümçüsü” rolunda çıxış etməyə öyrənmiş, xarici pullar hesabına ölkə maraqlarını satmağa hazır olan AXCP sədri Əli Kərimli də bu prosesdə aktiv rol alır. Belə ki, o hər iki tərəflə müzakirələr aparmaqla gələcək təminatını əldə etməyə çalışır. Artıq İsa Qəmbərin rəhbərlik dönəminin bitdiyini dərk edən Müsavat funksionerləri isə xarici havadarların dəstəyini əldə etmək üçün məhz Əli Kərimli kimilərdən istifadə etməyə çalışır. Belə demək mümkündürsə, mənbəyə çatmaq üçün yolun məhz AXCP sədrindən keçdiyini başa düşürlər. Bunun üçün də hər zaman Ə.Kərimliyə qarşı olan bəzi funksionerlər qısa müddətə də olsa müttəfiqlik maskası altında gizlənməyə üstünlük verirlər. Hətta öz qəzetinin səhifələrini onun üzünə bağlayanlar belə fərqli mövqe tutmağa məcbur olub.
Digər tərəfdən, İ.Qəmbərin özü də partiya sədrliyindən getməsindən sonra situasiyanın hansı trayektoriya üzrə inkişaf edəcəyini müəyyənləşdirə bilməyib. Görünən odur ki, bir müddətdən sonra keçmiş sədrə çevriləcək İ.Qəmbər hələlik hansı qruplaşmanın onun gələcəyinə təminat verəcəyini dəqiqləşdirməyib. Bu üzdən də mətbuatda qruplaşma rəhbərləri səviyyəsində gedən mübarizəni sadəcə izləmək məcburiyyətində qalan İ.Qəmbər hansı qruplaşmanın önə çıxacağını gözləyir. Bu, müəyyənləşəcəyi təqdirdə isə o, həmin qruplaşmanın iradəsinə tabe olacaq.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:52
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27

