Paşinyana təhdid, ASALA-nın təkzibi...
07.11.2023 [10:35]
Terroru dövlət siyasəti edənlər terrorla hədələnir
Erməni terror qruplaşması ASALA-nın İrəvan hakimiyyətini təhdid etdiyinə dair görüntülər yayılıb. Videoda Ermənistan və keçmiş qondarma rejimin “bayrağı” qarşısında dayanan 3 maskalı şəxsin Paşinyan hakimiyyətini təhdid etdiyi əks olunur.
Görüntülərdə İrəvanda hakimiyyət çevrilişinin ediləcəyinə dair fikirlər səsləndirilir. Videonun ASALA qruplaşmasına aid olduğu iddia edilsə də, terror təşkilatı daha sonra açıqlama yayaraq bunun saxta olduğunu bildirdi. Terror təşkilatının açıqlamasında videonun özlərinə aid olmadığı, Ermənistanın hazırda çətin günlərdən keçdiyi və bunu başa düşdükləri bildirilir.
Qeyd edək ki, videonun həqiqətən ASALA-ya məxsus olması istisna olunmur. O da güman olunur ki, müraciət yayıldıqdan sonra bəzi mərkəzlərin təzyiqi ilə qruplaşma təkzib verməyə məcbur edilib.
Görünən budur ki, hər zaman bir sıra güclərin əlində alətə çevrilən terror təşkilatı yenidən aktuallaşdırılır. Eyni zamanda, hədəfin Ermənistanın siyasi rəhbərliyi kimi göstərilməsi də maraq doğuran amillər sırasındadır - terroru dövlət siyasəti edənlər bu gün terrorla hədələnirlər. Ümumiyyətlə, ASALA-nın bu kimi təhdidləri az olmayıb və vaxtilə Azərbaycanla münasibətlərin normallaşmasını arzulayan bəzi erməni siyasətçilərinin də hətta xarici ölkələrdə ASALA tərəfindən hədələnməsinə aid nümunələr mövcuddur.
ASALA 1975-1991-ci illərdə fəaliyyət göstərmiş erməni terror təşkilatıdır. Türkiyə Cümhuriyyəti Təhlükəsizlik xidməti tərəfindən terror təşkilatı kimi tanınan ASALA “Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu” adlanır. Təşkilat müstəqil Ermənistan dövlətinin qurulması və 1915-ci ildə baş verdiyi iddia edilən qondarma “erməni soyqırımının” dünya ölkələri tərəfindən tanınması üçün çalışıb.
Təşkilatın tarixinə nəzər salsaq, 1970-ci illərin ortalarında daşnaklar bir sıra müstəqil terrorçu təşkilatlar yaradıblar və onların arasında “Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu” (“Armenian Secret Armi for the Liberation of Armenia”- ASALA”) fəallığı ilə diqqəti cəlb edir. Təşkilatın qurucuları Akop Akopyan və Akop Tarakçıyandır. Təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşib. ASALA-nın əsas məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ bölgələrinin də daxil olduğu bir ərazidə “Böyük Ermənistan” dövləti qurmaq olub. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Təşkilatın “Əbu Nidal”, “Qara sentyabr” kimi terror qrupları ilə əlaqələrinin yaradılmasında onun lideri Akop Akopyanın böyük rolu olub. Afinada 1980-ci ildə qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüş A.Akopyan 01.08.80-ci ildə “Nyu-York Tayms” qəzetinə verdiyi müsahibədə bildirmişdi ki, “Bizim düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir”
Qeyd olunduğu kimi, ASALA 1975-ci ildə qurulub, həmin il Paris erməni konfransında ASALA-ya yerli qüvvələr qoşulub. 1981-ci ildə təşkilat fəaliyyətinin zirvə nöqtəsinə çıxıb, ancaq 1983-cü ildə ikiyə bölünüb. 1979-cu ildə təşkilata qoşulanlar arasında ən tanınmış simalar Alex Yenikomşiyan və I Qarabağ müharibəsində öldürülən Monte Melkonyan olub. 1981-ci ildə bir çox terror hadisələri törədən ASALA, bir tərəfdən İsveçrəni, digər tərəfdən isə Fransanı hədələməyə başlayıb. Fransadakı bir çox qruplar, Kanadadakı “Azad Hay”, İngiltərədəki “Kaytzer” qrupları ASALA-ya qoşulduqlarını elan ediblər. Bu illərdə mərkəzdə artıq parçalanmalar başlayıb. İsrailin Beyruta girməsi ilə ASALA bu şəhəri tərk etdi. 1983-cü ildə ikiyə parçalanıb.
Akop Akopyanın qrupu bir sıra terror aktları həyata keçirib və qoca, cavan, qadın, uşaq demədən öldürüblər. Ən dəhşətli terror hadisəsini isə Fransanın Orli hava limanında həyata keçiriblər.
Təşkilatın Qərbi Avropadakı qrupu isə “Asala İnqilab Hərəkatıdır”. Bu qrup isə terror hadisələrini Türkiyə və Azərbaycanda həyata keçirir. Bu hərəkatın lideri isə Monte Melkonyan idi. Onun ölümündən sonra qrupun lideri Ara Torayan olub.
Akop Akopyan 1988-ci ildə Afinada öldürüldü. Bundan sonra terror təşkilatı daxilində parçalanmalar daha da artdı. ASALA-nın Yunanıstanın Eqina adasında gizli təlim düşərgələrinin olduğu bilinir. Burada PKK terrorçularına da təlim keçirildiyi məlumdur. Bundan əlavə, ASALA-nın Cənubi Kipr ordusunun nəzarəti altındakı Eyanapa bölgəsində də bir düşərgəsi var.
ASALA fəaliyyətini Fransada daha çox göstərməkdədir. Buna səbəb isə bu ölkədə erməni terrorçularının sərbəst hərəkətinə icazə verilməsidir. Bundan başqa, terror təşkilatı ABŞ, Yunanıstan, Cənubi Kipr, İsveçrə və Kanadada fəaliyyətlərini davam etdirməkdədir. Bu gün Paşinyanın təhdid olunub, ardından təkzib olunması da ASALA-ya təsir rıçaqları arasında Ermənistanı “himayə” edənlərin də təmsil olunduğunu deməyə əsas yaradır.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxGündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52

