Erməni “sevgisi”, yoxsa diplomatik “səhv”
19.12.2023 [11:10]
ABŞ-ın İrəvandakı səfirinin əsas işi...
Bölgədə sülhlə bağlı mümkün irəliləyişlər barədə pozitiv fikirlər səslənməkdədir. Həm Azərbaycan, həm də Ermənistan ikitərəfli təmasların daha da inkişaf etdirilməsinin vacibliyini önə çəkir və bunun sülhə aparan yol olduğunu bildirir. Belə bir zamanda, bəzi dairələrin və ya şəxslərin atdıqları addımlar, ortaya qoyduqları “mövqe” anlaşılan deyil - bunun sülhlə bağlı yeni manipulyasiya və ya qeyri-ardıcıllıq olması təftiş edilməlidir. Məsələn, ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinnin addımları kimi... Təmsil etdiyi ölkənin rəhbər şəxslərinin bölgədə sülhlə bağlı fikirlərini bir yana qoyaraq bilərəkdən və ya bilməyərəkdən, özfəaliyyət və ya qəsdlə bu kimi addımlar atmağını bir ölkənin səfiri üçün “diplomatik səhv” də adlandırmaq olar.
Səfirliyin “məlumatı”...
Kristina Quinn Qarabağdan könüllü şəkildə Ermənistana köçən bir qrup erməni gənci ilə görüşüb. İlk baxışdan bəlkə də, iddia edilə bilər ki, bu görüşdə nə var ki - amma 30 ilə yaxın davam etmiş erməni işğalı dövründə hər hansı bir xarici ölkə səfiri, xüsusilə ABŞ səfiri zorla öz yurd-yuvasından qovulmuş azərbaycanlılarla nəinki görüşməyib, onların vəziyyətləri ilə belə maraqlanmayıb. Əksinə, illərlə separatçı xuntaya pul ayrılıb, ölkəmizə qarşı ikili standartlar tətbiq edilib. Təbii ki, bütün bunlar təkzibolunmaz faktlardır. Amma ABŞ-ın Ermənistandakı səfirinin Qarabağdan könüllü Ermənistana köçən gənclərlə görüşünə “həsr edilmiş” açıqlama heç də birmənalı qarşılana bilməz. Açıqlamada bildirilir: “Dekabrın 15-də səfir “Dağlıq Qarabağ”dan olan bir qrup gənclə onların üzləşdiyi çətinlikləri və Ermənistanda vətəndaş fəallığı vasitəsilə daha geniş inteqrasiya imkanlarını müzakirə etmək üçün görüşüb. Məcburi köçkünlərin (?) hüquqları təkcə qeyd olunan İnsan Hüquqları Günündə deyil, hər gün tanınmalı və qorunmalıdır”.
Yalanlar və imitasiya...
Birincisi, Azərbaycanda “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur. ABŞ kimi aparıcı bir dövlətin səfiri, diplomatı bunu bilməyə borcludur. Quinn bilməlidir ki, Azərbaycan 2020-ci il Vətən müharibəsindən sonra ərazi bütövlüyünü, 2023-cü ilin sentyabrında isə suverenliyini tam bərpa edib - Azərbaycanda Qarabağ iqtisadi rayonu mövcuddur. Bu mənada, ABŞ səfirinin “kor səhv”in kölgəsinə sığınaraq hansısa fərqli maraqlara düşməsi xoşagəlməz hal olduğu qədər beynəlxalq hüquqa ziddir. O ki qaldı, Qarabağdan öz xoşu ilə Ermənistana köçən insanların çətinliklərinə, ona da Azərbaycan günahkar deyil - dövlətimiz reinteqrasiya proqramı çərçivəsində həmin insanlara ölkəmizdə qalıb yaşamağı təklif etdi. Onlar isə bu təklifi qəbul etmədilər. “Məcburi köçkün” məsələsinə gəlincə isə təkcə 1988-ci ildə Ermənistandan zorla qovulmuş 300 min azərbaycanlının hüquqlarının bərpası bu gün də aktuallıq daşıyır. Həmin insanlar doğulub boya-başa çatdığı evində yaşamaq hüququndan məhrum ediliblər.
Pelosidən Menendezə kimi...
ABŞ səfirinin “addımı” 2022-ci ildə Ermənistana səfər edən zaman “gözyaşına qərq olan” Nensi Pelosini xatırlatdı. Obyektivlikdən, ədalətdən çox uzaq, ağlayıb-sızlayaraq ermənilərə dəstəyini nümayiş etdirmək, Azərbaycanın ünvanına əsassız ittihamlar səsləndirmək üçün min bir dona girən Pelosinin vəziyyəti sonradan aydınlaşdı - məlum oldu ki, özünün ənənəvi çıxışlarına belə “Bu gecə hamımız erməniyik”, sözləri isə başlayan Pelosinin göz yaşlarının “dəyəri” 75 milyon dollar imiş. Başqa sözlə, Pelosinin bu göz yaşlarının arxasında erməni lobbisinin maliyyəsi dayanırmış.
Başqa bir ermənipərəst Robert Menendezin də aqibəti hər kəsə bəllidir - erməni maraqlarını öz dövlətinin maraqlarından üstün tutan Menendez sonda korrupsiya faktı əsasında məhkəmə qarşısında dayandı.
Ümumiyyətlə, nə sirrdirsə, “erməni sevdalısı” olan şəxslərin sonda korrupsiya və ya rüşvətlə bu “sevginin daşıyıcısı” olduğu ortaya çıxır. Bu bir müqayisə deyil, sadəcə, xatırlatmadır...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

