Qarabağda saxta “erməni irsi”...
27.12.2023 [10:10]
İcma: UNESCO-nun fakt-araşdırıcı missiyası xalqımızın zəngin mədəni irsinin monitorinqi məqsədilə məhz Ermənistana göndərilməlidir
NARDAR
Ermənistanın hərbi təcavüzü nəticəsində 30 il müdətində təkcə torpaqlarımız işğal edilməyib, eyni zamanda, Azərbaycan xalqına məxsus çoxəsrlik qədim tarixi-dini abidələr dağıdılaraq yerlə-yeksan edilib, onların bir qismi isə saxtalaşdırılıb. Təcavüzkar dövlətin bu cür vandal əməllərə əl atmaqda əsas məqsədi xalqımızın minilliklər ərzində yaşadığı torpaqlarda həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etmək olub. Bütövlükdə, 200 ildən artıq müddətdə Azərbaycan xalqına qarşı davam etmiş erməni təcavüzünün qurbanları həm də tarixi-dini abidələr, müqəddəs ocaqlar və məbədlərdir.
Bütün bunların fonunda nə qədər paradoksal olsa da, Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanı “erməni mədəni irsini” məhv etməkdə ittiham etməyə çalışır. Belə ki, Ermənistanın xarici işlər nazirinin müavini Vahe Gevorkyan Tehranda keçirilən Qədim sivilizasiyalar Forumunun 7-ci nazirlər görüşündə çıxışı zamanı Azərbaycana qarşı əsassız iddialar səsləndirib. Gevorqyan guya Qarabağda “erməni mədəni-tarixi irsinin məhv edilməsinin qarşısını almaq üçün UNESCO-nun texniki missiyasının təcili həyata keçirilməsinin zəruriliyi olduğunu” deyib. Burada “Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı” atalar sözü yada düşür.
Məsələ ilə bağlı Qərbi Azərbaycan İcmasının açıqlamasında Ermənistan Xarici İşlər Nazirliyinin iki ölkə arasında sülhün bərqərar olmasına qarşı çıxmaqda davam etdiyi bildirilir: “Azərbaycanı “etnik təmizləmə”də günahlandıran Ermənistan xarici işlər nazirinin müavini “erməni mədəni irsi” ilə bağlı Qarabağa UNESCO missiyasının göndərilməsinə dair çağırış edib. İlk növbədə, vurğulamaq istərdik ki, təxminən 30 illik bir dövrdə işğal edilmiş torpaqlarda Azərbaycan xalqının mədəni irsini dağıdan, təhqir edən və UNESCO missiyasının həmin ərazilərə göndərilməsinə mane olan Ermənistan olub. İcma hesab edir ki, UNESCO-nun fakt-araşdırıcı missiyası əsrlər boyu Azərbaycan xalqının yaratdığı zəngin mədəni irsin monitorinqi məqsədilə məhz Ermənistana göndərilməlidir. “Qərbi Azərbaycan İcması bu məsələni dəfələrlə qaldırıb. Lakin Ermənistan nəinki UNESCO missiyasına imkan vermir, hətta Azərbaycan xalqının mədəni irsinin mövcudluğunu belə danır. Ermənistan diplomatiyası riyakarlığa və destruktiv fəaliyyətə son qoymalıdır”, - deyə açıqlamada vurğulanıb.
Yeri gəlmişkən, Birləşmiş Millətlər Təşkilatının (BMT) Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan UNESCO Azərbaycanın erməni işğalında olmuş ərazilərinə hələ də missiya göndərməyib. Üç ilə yaxındır ki, torpaqlarımız erməni işğalından azad olunub, ərazi bütövlüyümüz təmin edilib. Belə olan halda Azərbaycanın müraciətlərinə baxmayaraq, UNESCO-nun hələ də ermənilər tərəfindən viran edilmiş ərazilərimizə missiya göndərməməsi suallar doğurur. UNESCO-nun proqramında qeyd olunan əsas məqsədi elm, təhsil və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verməkdir. Təəssüf ki, bəzi hallarda təşkilat öz proqram məqsədlərinə uyğun davranışlar nümayiş etdirmir. Azərbaycan hələ 44 günlük müharibədən əvvəlki mərhələdə işğal altına düşən ərazilərimizdəki mədəni-dini irs nümunələrinin ermənilər tərəfindən dağıdılması, özününküləşdirilməsi və yaxud təhqirlərə məruz qalması barədə UNESCO-nu mütəmadi qaydada məlumatlandırıb. Ancaq UNESCO tərəfindən bununla bağlı heç bir addım atılmayıb. Qurum ötən 30 ildə respublikamızın çoxsaylı çağırışlarına rəğmən, mədəni irsimizə dəyən ziyanın dəyərləndirilməsi məqsədilə işğal olunmuş ərazilərə missiya göndərməyib.
Müharibədən əvvəl UNESCO bəhs olunan ərazilərə missiya göndərməməsini siyasətə qarışmaması ilə əlaqələndirirdi. Eyni zamanda, işğalçı Ermənistan buna mane olurdu. Ancaq müharibədən sonra qurumun mövqeyində birdən-birə dəyişiklik müşahidə olundu. Belə ki, UNESCO-nun bəzi rəhbər şəxsləri Ermənistanın Azərbaycanın işğaldan azad etdiyi ərazilərdəki xristian abidələrini guya dağıtması ilə bağlı iddialarına cavab olaraq öz missiyalarını regiona göndərməyə hazır olduqlarını bildirmişdilər. Təşkilat rəsmilərinin Ermənistanın müraciətinə belə çevik reaksiya verməsi cəmiyyətimizdə haqlı etiraz doğurdu. Azərbaycan missiyanın regiona gəlib obyektiv araşdırma aparmasına tərəfdardır və bununla bağlı mövqeyini UNESCO-ya çatdırıb. Lakin görünən odur ki, təşkilat rəsmiləri yalnız ermənilərin marağına uyğun missiya təşkil etmək istəyində idilər. Azərbaycan isə buna heç vaxt razı deyil.
Onu da qeyd edək ki, bugünlərdə Bakıda keçirilmiş “Mədəni irs” Forumunda məlumat verilib ki, Qarabağ və Şərqi Zəngəzurda 705 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. İşğal dövründə mədəniyyət abidələri məqsədli şəkildə dağıdılıb, vandalizmə məruz qalıb, 47 abidə yer üzündən tamamilə silinib. 2020-2022-ci illərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən 433 tarix-mədəniyyət abidəsinə baxış keçirilib, eləcə də həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 182 obyektin - yeni aşkar olunmuş abidənin monitorinqi aparılıb.
Bütün bunlar erməni vandalizminin sadəcə bir hissəsidir. Bütün bunların fonunda rəsmi İrəvan həm indiki Ermənistan ərazisində, həm də 30 il işğal altında saxladığı ərazilərimizdə azərbaycanlılara məxsus tarixi-mədəni və dini irsinın məhv edilməsinə görə cavab verməlidir. UNESCO isə beynəlxalq qurum olaraq bu barədə həqiqətləri öz hesabatlarına daxil etməlidir.
Xəbər lenti
Hamısına baxDünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17

