Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev ABŞ-ın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

Prezident İlham Əliyev ABŞ-ın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

18.01.2024 [11:49]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mark Libbinin etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Dövlətimizin başçısı səfirlə söhbət etdi.

Azərbaycan Prezidenti səfiri yeni təyinatı münasibətilə təbrik etdi, ona fəaliyyətində uğurlar arzuladı.

Səfir ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi.

Görüşdə Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə münasibətlərin perspektivlərinə, həmçinin beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparıldı. İqtisadi, enerji sahələrində və iki ölkənin biznes dairələri arasında əməkdaşlıq məsələlərinə toxunuldu.

Söhbət zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi barədə fikir mübadiləsi aparıldı.

ABŞ səfiri COP29-un bu il Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı.

Görüşdə COP29 çərçivəsində Azərbaycanla ABŞ arasında iqlim dəyişikliyi mövzusunda əməkdaşlıq imkanlarına da toxunuldu.

Paylaş:
Baxılıb: 696 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30