ABŞ-dan “F-16” qırıcılarını alan Türkiyə...
17.02.2024 [10:45]
Hərbi gücünü daha da artıracaq
NARDAR
Türkiyənin İsveçin NATO üzvlüyünü ratifikasiya etməsindən sonra ABŞ hökuməti Türkiyəyə “F-16” döyüş təyyarələrinin satışına dair 23 milyard dollarlıq müqaviləni təsdiqləyib. Türkiyə 40 yeni “F-16” qırıcısı alacaq və 79 təyyarəni isə təkmilləşdirəcək. ABŞ-ın Türkiyəyə “F-16” qırıcı təyyarələrin satışı ilə bağlı mühüm mərhələ fevralın 10-da tamamlanıb. Konqresdə dəyərləndirmə və etiraz mərhələsi başa çatıb. ABŞ Dövlət Departamentinin yanvarın 26-da Konqresə göndərdiyi rəsmi bildirişdən sonra başlayan 15 günlük araşdırma və etiraz müddətində yalnız Kentukki senatoru Rand Paul Senata etirazını təqdim edib. Paulun təqdim etdiyi qanun layihəsi Senatın Xarici Əlaqələr Komitəsinə göndərilsə də, orada qanun layihəsi ilə bağlı heç bir tədbir görülməyib. Bununla da, ABŞ Silah İxracına Nəzarət Qanununa uyğun olaraq müvafiq qurumlar arasında satış prosesinin başlaması üçün heç bir maneə qalmayıb.
Qeyd edək ki, həm Senat, həm də Nümayəndələr Palatasının xarici əlaqələr komitələri bildirişin edildiyi gün verdikləri açıqlamalarda “F-16”-ların Türkiyəyə satışını təsdiqlədiklərini söyləyiblər. Xatırladaq ki, Türkiyə ABŞ-dan 40 yeni “F-16” Block 70 döyüş təyyarəsi və inventarında olan 79 təyyarə üçün modernizasiya dəsti tələb edirdi. Ötən il Konqresin bəzi üzvləri “F-16”ların satışını şərtləndirən əlavə maddələri ABŞ Müdafiə Nazirliyinin büdcə qanun layihəsindən çıxarmışdılar.
Yeri gəlmişkən, ABŞ administrasiyası hələ ötən il bu məsələ ilə bağlı Konqresə göndərdiyi məktubda da mövqeyini ifadə etmişdi. Amma məktubda “F-16” qırıcılarının mümkün satışına dair heç bir zəmanət və ya tarix göstərilməmişdi. Göründüyü kimi, artıq problem həll olundu. ABŞ-ın Ankaradakı səfirliyi də X sosial şəbəkəsində ABŞ Konqresinin Türkiyəyə “F-16” qırıcılarının satışı ilə bağlı müqaviləni təsdiqlədiyini yazıb: “Bu həftə Konqresin Türkiyənin 40 yeni və 79 təkmilləşdirilmiş “F-16” təyyarəsi almasına razılıq verməsi irəliyə doğru böyük addımdır. Türkiyənin “F-16” donanması müttəfiqlər arasında gələcək qarşılıqlı fəaliyyətin təmin edilməsi baxımından NATO qüvvələri üçün çox vacibdir”.
Nəzərə almaq lazımdır ki, Türkiyə dünyanın, o cümlədən regionun aparıcı dövlətlərindən biridir. Son 10-15 il ərzində regionda baş verən mürəkkəb proseslər və təhdidlər fonunda Türkiyə regionda daha da fəallaşmağa başlayıb. Belə bir şəraitdə Türkiyə hərbi gücünü artırmaq və hava məkanını daha etibarlı qorumaq üçün illər öncə NATO müttəfiqi olan ABŞ-dan “Patriot” hava hücumundan müdafiə sistemləri, eləcə də “F-16” və “F-35” hərbi təyyarələri almaq üçün müraciət etmişdi. Lakin ABŞ müxtəlif bəhanələrlə hərbi qırıcıların Ankaraya satışını uzadırdı. Belə olan təqdirdə Türkiyə özünün hərbi sənayesini daha da inkişaf etdirməyə başladı və bu sahədə ciddi nailiyyətlər qazandı. Təsadüfi deyil ki, qardaş ölkənin istehsal etdiyi yerli PUA-lara dünyada maraq böyükdür.
ABŞ-dan yeni “F-16” qırıcıları alan Türkiyə hərbi gücünü daha da artıracaq. Məsələ ilə bağlı politoloq İlyas Hüseynov bildirib ki, ABŞ Türkiyənin müdafiə qabiliyyətini gücləndirmək üçün heç bir iş görmür və əksinə, Türkiyəyə qarşı fəaliyyət göstərən qüvvələri dəstəkləyirdi. Yeni qırıcıların tədarükü və mövcud hava donanmasının modernləşdirilməsi ilə bağlı razılaşma isə narazılıqları aradan qaldırmağa imkan verir. Digər tərəfdən, bu addım Türkiyə ilə NATO-nun digər tərəfdaş ölkələri arasında normal münasibətləri qorumağa şərait yaradır.
Politoloqun fikrincə, digər məqam Türkiyənin milli təhlükəsizliyi ilə yanaşı, alyans çərçivəsində əməkdaşlıqdır: “Burada söhbət təkcə Türkiyənin “F-16”-dan necə istifadə edəcəyindən deyil, həm də NATO Hərbi Hava Qüvvələrindən, alyansın raketdən müdafiə, hava hücumundan müdafiəsindən gedir. Məlumdur ki, illər öncə Türkiyə Qərb tərəfdaşlarından “Patriot”u ala bilməyəndə Rusiyadan “S-400” almaq məcburiyyətində qaldı. Bu isə Vaşinqton tərəfindən ölkənin müdafiə kompleksinə, o cümlədən, bu sahədə yüksək vəzifəli şəxslərə qarşı sanksiyalara səbəb olmuşdu. Kanada da Türkiyəyə müəyyən növ hərbi-texniki vasitələr satmağa qadağa qoydu. Bütün bunlar isə Türkiyə-ABŞ münasibətlərində xoş olmayan amillər idi. İndi “F-16” ilə bağlı qərar və Türkiyəyə qarşı bir sıra sanksiyaların ləğvi qarşılıqlı münasibətləri normallaşdırmağa imkan verir”.
Həmsöhbətimiz deyib ki, “F-16”-lar hazırda Türkiyə Hərbi Hava Qüvvələrinin əsas zərbə qüvvəsindən biridir: “Türkiyə yeni “F-16”-lar alandan sonra daha da güclənəcək. Qardaş ölkə dünyada ən güclü ordulardan birinə sahibdir. NATO-da isə ordunun gücünə görə ilk beşliyə daxildir. Bundan başqa, rəsmi Ankara hərbi sənayesinin inkişafı baxımından böyük uğurlıara imza atıb. Təsadüfi deyil ki, Türkiyə istehsal etdiyi insansız hərbi döyüş təyyarələrini 2030-cu ilədək özünün hərbi arselanına daxil etməyi nəzərdə tutur. Əlbəttə ki, Türkiyənin hərbi cəhətdən daha güclənməsi ölkəmiz üçün də faydalıdır. Çünki ölkələrimizi bir-birinə qardaşlıq münasibətləri, startegi müttəfiqlik amili bağlayır. Şuşa Bəyannaməsi də bizim hərbi əməkdaşlığımızı özündə ehtiva edir. Bir sözlə, güclü Türkiyə, həm də güclü Azərbaycan deməkdir. Bu mənada, regionda güclü Türkiyənin olması milli maraqlarımıza uyğundur. Ona görə ki, qardaş dövlətlər olaraq Azərbaycanla Türkiyənin maraqları üst-üstə düşür”.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

