Macarıstanın yeni Prezidenti
28.02.2024 [11:05]
Tamaş Şuyok mövcud hökumətin siyasətinə sadiq olacaqmı?
Macarıstanın yeni prezidentinin kimliyi artıq məlumdur. Ölkə parlamenti bu vəzifəyə Konstitusiya Məhkəməsinin sədri olmuş Tamaş Şuyoku seçib. Xatırladaq ki, fevralın 26-da Macarıstan parlamenti Prezident Katalin Novakın istefasını qəbul edib. Qış fasiləsindən sonra parlamentin ilk iclasında deputatlar dövlət başçısının istefaya getməsi ilə bağlı bəyanatını yekdilliklə təsdiqləyiblər. Fevralın 10-da istefa verən Novak bu qərarını pedofiliya cinayətində iştirak edən şəxsin əfv olunması ilə bağlı qalmaqal fonunda elan edib. O, bağışlanmaz səhv etdiyini bildirib. Novakın istefası Macarıstanın bütün müxalifət partiyaları tərəfindən tələb edilib, çünki o, 2023-cü ildə pedofiliya cinayətində iştirak etməkdə təqsirli bilinən şəxsi əfv edib.
Xanım Novakın bağışlanmaz səhvi
Qeyd edək ki, milli televiziyada istefasının səbəbindən danışan xanım Novak “Mən səhv etdim” deyib. Məlum olub ki, digər məhbuslarla yanaşı, ifadəsindən imtina etməsi üçün azyaşlı şagirdlərdən birini şantaj edərək cinayət törətməkdə təqsirli bilinən pedofil müdirini qorumağa çalışan uşaq evinin direktor müavini də azad edilib. Əfv Papa Fransiskin Budapeştə apostol səfəri ilə eyni vaxta təsadüf edib.
“Mən çoxlarını çaşdıran və təşvişə salan mərhəmətli bir qərar verdim. Onların izahat istəmələri başadüşüləndir. Əfv etmək hüququ bəlkə də ən incəsidir, çünki insanın taleyi ilə bağlı əfv haqqında ərizə və mövcud məlumatlar əsasında qərar qəbul edilir. Keçən ilin aprelində məhkumun ona əmanət edilmiş uşaqların zəifliyindən sui-istifadə etmədiyinə inanaraq əfv haqqında qərar qəbul etdim. Səhv etmişəm, çünki əfv qərarı pedofiliyaya qarşı sıfır dözümlülüyə şübhələr yarada bilərdi. Buna heç bir şübhə ola bilməz ki, uşaqlara fiziki və ya mənəvi təcavüz edən birinə heç vaxt mərhəmət etməzdim. Bu belə idi və bu gün də belədir”, - deyə xanım Novak xalqa müraciətində bildirmişdi. Novakın ardınca Macarıstanın keçmiş ədliyyə naziri, Avropa Parlamentinə qarşıdan gələn seçkilərdə hakim Fides-Macar Vətəndaş Birliyi partiyasının siyahısına başçılıq edən Judit Varqa istefa verdiyini açıqlayıb. Budapeştdə verdiyi bəyanatda o, Macarıstan prezidentinin qərarının hazırlanmasına cavabdeh olduğunu qeyd edib.
Viktor Orban keçmiş dövlət başçısına təşəkkür edib
Parlamentin iclasında çıxış edən Baş nazir Viktor Orban isə xanım Novaka dövlət başçısı kimi gördüyü işlərə görə təşəkkür edib. Fevralın 22-də isə Novakın yerinə Konstitusiya Məhkəməsinin 67 yaşlı sədri Tamaş Şuyokun namizədliyi irəli sürülüb. Şuyokun namizədliyi barədə qərarı parlamentdəki 199 yerdən 135-ni tutan hakim partiyalar - Macarıstan Vətəndaş Birliyi və Xristian Demokratlar Koalisiyası verib.
Qeyd edək ki, yeni prezidentin seçilməsi parlamentin yaz sessiyasının ilk günündə baş tutub. Hakim koalisiyanın qəarı Tamaş Şuyokun elə birinci turda qələbəsini təmin edib.
Yeni prezidentin dosyesi
Bəs yeni Prezident kimdir? Tamaş Şuyok 26 mart 1956-cı ildə Macarıstanın mərkəzindəki Kiskunfeledhaza şəhərində ziyalı ailəsində anadan olub. 1980-ci ildə Segeddə (ölkənin cənub-şərqində) Attila Jozsef Universitetinin Hüquq və Siyasi Elmlər fakültəsini bitirib. 2004-cü ildə Budapeşt Universitetinin Təkmilləşdirmələr İnstitutunda Avropa hüququ üzrə mütəxəssis-hüquqşünas kimi ixtisaslaşıb. 2013-cü ildə Seqed Universitetində “Vəkillərin konstitusiya və hüquqi statusu” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
Şuyok peşəkar karyerasına Çonqrad Rayon Məhkəməsində (Cənubi Macarıstan) məhkəmə katibi kimi başlayıb. 1982-1986-cı illərdə doğma şəhərində, 1986-1991-ci illərdə Seqed şəhərində hüquq məsləhətçisi olub. O, 1991-ci ildən 2002-ci ilə qədər Seqed bələdiyyəsinin maraqlarını təmsil etmək hüquqşünas kimi fəaliyyət göstərib. 2000-2014-cü illərdə Avstriyanın Seqed şəhərində fəxri konsul olub. 2005-ci ilin sentyabr ayından etibarən Seqed Universitetinin Hüquq fakültəsində qonaq mühazirəçi kimi konstitusiya hüququndan dərs deyib.
Şuyok 2014-cü il sentyabrın 27-də parlament tərəfindən Macarıstan Konstitusiya Məhkəməsinin üzvü seçilib, 2015-ci ilin martından 2016-cı ilin noyabrınadək Konstitusiya Məhkəməsi sədrinin müavini olub, 22 noyabr 2016-cı ildə parlament onu Konstitusiya Məhkəməsinin sədri seçib. Yeni Prezident seçildikdən səkkiz gün sonra rəsmi olaraq fəaliyyətə başlayacaq. Bu müddət ərzində isə dövlət başçısı vəzifəsini parlamentin sədri icra edir. Xatırladaq ki, Macarıstan Prezidenti parlament tərəfindən beş il müddətinə seçilir. Hakim koalisiyanın namizədi olaraq Şuyokun mövcud hökumətin siyasətinə sadiq qalacağı isə ölkə ictimaiyyətində şübhə doğurur.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31

