Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / 2021-2022-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına 5 yaşı tamam olan uşaqlar qəbul olunacaq

2021-2022-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına 5 yaşı tamam olan uşaqlar qəbul olunacaq

09.08.2021 [17:28]

2021-2022-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına 5 yaşı tamam olan - 2016-cı ildə doğulan uşaqlar qəbul olunacaq.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, məktəblərdə təşkil olunmuş məktəbəhazırlıq qruplarına məktəbin

yerləşdiyi ərazidə yaşayan uşaqlar qəbul edilir. Yaşayış ərazisindəki məktəbdə məktəbəhazırlıq qrupu təşkil olunmadığı halda, uşaqlar digər məktəbdə yaradılan məktəbəhazırlıq qrupuna qəbul edilə bilər.

Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir. Bu qruplar dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir.

Xatırladaq ki, avqustun 10-da 2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbuluna start veriləcək. Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına avqustun 10-u saat 11:00-da, məktəb seçimi prosesinə isə avqustun 12-si saat 11:00-da başlanılacaq. Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-ü saat 18:00-da başa çatacaq.

Paylaş:
Baxılıb: 280 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31