Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Türk Şurasına üzv olan və müşahidəçi dövlətlərin media orqanlarının işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb

Türk Şurasına üzv olan və müşahidəçi dövlətlərin media orqanlarının işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb

31.08.2021 [11:02]

Avqustun 31-də Türk Şurasına üzv olan və müşahidəçi dövlətlərin media orqanlarının nümayəndələrinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Serbiya, Bosniya və Hersoqovinadan olan 20-dən çox xarici jurnalist iştirak edir. Məqsəd işğal dövründə ermənilər tərəfindən Azərbaycan ərazisində törədilən vəhşiliklər, dağıdılan tarixi abidələr və yerlə-yeksan olunan yaşayış əraziləri barədə məlumat toplamaqdır.

Üç günlük səfər zamanı xarici jurnalistlər Füzuli, Cəbrayıl, Şuşa və Gəncədə olacaqlar. Səfərin ilk günündə media əməkdaşları Füzulidə Minatəmizləmə Agentliyinin nümayəndələri ilə görüşəcək, minaların zərərsizləşdirilməsi prosesini izləyəcək və Alxanlı məscidi ilə tanış olacaqlar. Həmçinin Cəbrayıl şəhərinin dağıntıları, dağıdılmış müsəlman tarixi və dini abidələri, qəbiristanlıqlarla tanışlıq da nəzərdə tutulur.

Paylaş:
Baxılıb: 268 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30