Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin mətbuat konfransı keçirilib -YENİLƏNİB

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin mətbuat konfransı keçirilib -YENİLƏNİB

05.10.2021 [16:31]

 

 

Oktyabrın 5-də Gürcüstanın Kaxeti bölgəsində Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli formatda görüşündən sonra birgə mətbuat konfransı keçirilib.

yeniazerbaycan.com AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze mətbuata bəyanatlarla çıxış ediblər.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkələrimizin və xalqlarımızın mehriban qonşuluq və yaxın dostluq münasibətlərinin önəminə toxunub. Gürcüstanda keçirilən üçtərəfli görüşün ölkələrimiz arasında strateji səviyyəli dialoqun bariz nümunəsi olduğunu qeyd edən nazir birgə təlimlərin üçtərəfli fəaliyyətlərimizin yeni mərhələyə keçməsinə zəmin yaradacağını və nəticədə regional təhlükəsizliyə töhfə verəcəyini bildirib.

Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze görüşün əhəmiyyətini vurğulayaraq, ölkəsinin üçtərəfli münasibətlərin inkişafına xüsusi diqqət yetirdiyini qeyd edib.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Konfransda dövlətlərimiz arasındakı səmimi münasibətlərin və müdafiə sahəsi üzrə üçtərəfli əməkdaşlığın regionda sülhün, əmin-amanlığın təminatçısı və nümunəvi tərəfdaşlıq olduğu qeyd edilib.

Sonda media nümayəndələrinin sualları cavablandırılıb.

 

***

Oktyabrın 5-də Gürcüstanın Kaxeti bölgəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli formatda görüş keçirilib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə müdafiə nazirləri bölgədə cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərinə dair müzakirələr aparıblar.

Qarşılıqlı etimada əsaslanan bu strateji tərəfdaşlıq platformasının bölgədə sülhün və sabitliyin, davamlı inkişafın, eləcə də xalqlarımızın rifahının təmin olunması baxımından mühüm rol oynadığı xüsusi vurğulanıb.

Tərəflər, həmçinin üçtərəfli hərbi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.

Sonda danışıqların yekununa dair protokol imzalanıb.

Paylaş:
Baxılıb: 188 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31