Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Fransada dövlət çevrilişinə cəhdin qarşısı alınıb

Fransada dövlət çevrilişinə cəhdin qarşısı alınıb

28.10.2021 [11:53]

Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsi dövlət çevrilişinə cəhdin qarşısını alıb. yeniazerbaycan.com-un Rusiyanın “Lenta.ru” portalına  istinadən verdiyi xəbərə görə, Fransada hakimiyyət dəyişikliyi peyvənd mərkəzlərinə hücumların təşkilində şübhəli bilinərək saxlanılan Demokratik Hərəkat Partiyasının keçmiş deputatı Remi Daye və onun tərəfdarları tərəfindən planlaşdırılıb. Müstəntiqlər R.Dayenin əlaqələrini araşdırıb və belə nəticəyə gəliblər ki, o, hazırda fəaliyyət göstərən və təqaüddə olan polis, jandarm və hərbçilərin daxil olduğu bütün ölkə üzrə şöbələri olan “terror icması” şəbəkəsi yaradıb. Şəbəkənin iştirakçıları arasında yazışmaların təhlili əsasında müstəntiqlər hər biri öz bölgəsinə cavabdeh olan ən azı 36 “kapitan” müəyyən edib.

İstintaqın məlumatına görə, R.Dayenin tərəfdarları polis qalxanları və partlayıcılarla Yelisey Sarayını, parlamentin, Daxili İşlər və Müdafiə nazirliklərinin binalarını, habelə təbliğatlarını yayımlamaq üçün bəzi telekanal və ya radiostansiyaları ələ keçirməyi planlaşdırıblar. Plana şərti olaraq "Lazur əməliyyatı" adı verilibmiş.

 

Paylaş:
Baxılıb: 300 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30