Oropuçe (OROV)...
31.07.2024 [11:07]
“Danq qızdırması”na bənzəyən yeni virus
Yeganə BAYRAMOVA
Son zamanlar insanlar arasında yeni virus infeksiyasının yaranması müşahidə olunmaqdadır. Virus Oropuçe (OROV ) adlanır və insanlara kiçik milçək və ya ağcaqanad dişləmələri ilə ötürülür. Bu günə qədər Oropuçe virusunun insandan insana ötürülməsinə dair heç bir dəlil yoxdur.
Məlumat üçün qeyd edək ki, virus ilk dəfə 1955-ci ildə “Oropuche”(Oropuçe) vadisində-Karib hövzəsində yerləşən Trinidad və Tobaqo adasında peyda olub. O vaxtdan bəri, Braziliya, Ekvador, Panama və Peruda kənd və şəhər icmalarında müxtəlif infeksiya ocaqları müəyyən edilmişdi. 1961-ci ildə isə Braziliyadakı epidemiyada təxminən 100.000 yoluxma halı qeydə alınıb.
İlk ölüm baş verdi...
Bu yaxınlarda Oropuçe virusu ilk dəfə ölümə səbəb olub. Milçək dişləməsi ilə insanlara keçən xəstəlikdən iki gənc qadının həyatını itirdiyi açıqlanıb. Hadisə Braziliyada baş verib.
Braziliyanın Səhiyyə Nazirliyi ölkənin şimal-şərqindəki Bahia bölgəsindən olan 30 yaşdan kiçik iki qadının ağır simptomlardan sonra öldüyünü açıqlayıb. Zərərçəkmişlərin başqa məlum xəstəliyi olmadığı bildirilib.
ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatına görə, virus hazırda Boliviya, Braziliya, Kolumbiya, Kuba və Peruda yayılır. Braziliyada bu ildən etibarən 7,236 hadisə qeydə alınıb.
Virusun simptomları nədir?
CDC-nin məlumatına görə, infeksiyasının simptomları milçək dişləməsindən dörd-səkkiz gün sonra başlayır. Mərkəzdən qeyd olunub ki, simptomlar adətən üç ilə altı gün davam edir. Oropuçenin qızdırma, əzələ ağrıları, sərt oynaqlar, baş ağrısı, qusma, ürəkbulanma, titrəmə, işığa qarşı həssaslıq kimi əlamətlərlə “danq qızdırması” virusunun simptomlarına bənzədiyi bildirilib.
İnfeksiyanın ölkəmizdə yayılma ehtimalı...
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən infeksionist Vüqar Cavadzadə bildirib ki, bu günə qədər Azərbaycanda milçək dişləməsi nəticəsində ötürülən viruslar müşahidə edilməyib: “Təbii ki, belə infeksiyalar yoluxucudur və ölkəmizdə yayılma ehtimalı da ola bilər. Əvvəllər bu xəstəliklərin coğrafi miqyası az ölkədə müşahidə edilirdi. İndi isə daha çox ölkədə yayılır. Bunun səbəbi təbii ki, insanların artması, miqrasiyanın çoxalması, gediş-gəlişin çox olması və dünyanın bir-birinə inteqrasiya etməsidir. Buna görə də get-gedə yoluxucu xəstəliklər günümüzdə daha da aktual müzakirə olunmaqdadır”.
Xəbər lenti
Hamısına baxDünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31

