Pedaqoji Universitetdə yubiley tədbiri: İrəvan Azərbaycanlı Pedaqoji Məktəbi -100
17.10.2024 [23:32]
Oktyabrın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) beynəlxalq əlaqələr üzrə prorektor, professor Mahirə Hüseynovanın təşəbbüsü ilə təhsil tariximizdə özünəməxsus yeri və rolu olan İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Qonaqlar əvvəlcə Pedaqoji Universitetin foyesində Qərbi Azərbaycanda Azərbaycan ictimai-siyasi mühitini və İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin fəaliyyət dövrünü əks etdirən sərgi ilə tanış olub, universitetin Filologiya fakültəsinin tələbələrinin ifasında milli rəqslərə tamaşa edib, şerlər dinləyiblər.
Tədbiri açan ADPU-nun prorektoru, Qərbi Azərbaycan İcmasının Dərələyəz mahalı Keşkənd rayonu üzrə icma rəhbəri professor Mahirə Hüseynova 100 yaşlı İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin mövcud olduğu dövrdəki fəaliyyəti, keçdiyi şərəfli inkişaf yolu haqqında danışıb, məktəbin görkəmli məzunlarının adlarını xatırladıb. O bildirib ki, erməni şovinizmi əhatəsində milli məktəblərimizin pedaqoji kadrlarla təmin edilməsində İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin və adları təhsil tariximizə qızıl hərflərlə yazılmış fədakar müəllim kollektivinin misilsiz xidmətləri olub.
Tədbirdə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov və Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli milli-tarixi irsimizin tədqiqi və təbliği, xüsusən Qərbi Azərbaycan həqiqətlərinin təbliği baxımından bu kimi tədbirlərin əhəmiyyətini vurğulayıb, bu istiqamətdə Pedaqoji Universitetin bir çox layihələr icra etdiyini, ali təhsil ocağında Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıblar.
Daha sonra filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyev, Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının sədri professor Vahid Novruzov, Milli Məclisin deputatları Hikmət Babaoğlu, Ramil Həsən, Məlahət İbrahimqızı, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü professor Əvəz Ələkbərov çıxış edərək İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin Qərbi Azərbaycanda milli maarifçilik mühitinin inkişafında və formalaşmasındakı müstəsna xidmətləri, görkəmli məzunlarının elm, təhsil, mədəniyyət, dövlət quruculuğu sahələrindəki fəaliyyətləri barədə məlumat veriblər.
Tədbirdə, həmçinin ADPU-nun Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Könül Həsənova və dosent Cəlal Allahverdiyevin müəllifi olduqları “Tarixi təhsil ocağı: İrəvan Azərbaycanlı Pedaqoji Məktəbi” kitabı təqdim olunub. Kitabda 1924-1948-ci illərdə fəaliyyət göstərən və Qərbi Azərbaycandakı milli məktəblərimizin pedaqoji kadrlarla təmin olunmasında müstəsna rolu olmuş məktəbin yaranması, inkişafı və məzunlarından bəhs olunur.
Sonda İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin fəaliyyətini əks etdirən film nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31

