“Gənc bələdçi” layihəsi Şəki şəhərində davam edir
06.12.2024 [20:36]
Gənclər və İdman Nazirliyinin dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Gənc bələdçi” layihəsi Şəki şəhərində davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumilikdə, 4 regionda 100-dən çox gənci əhatə edəcək layihə çərçivəsində artıq İsmayıllı və Qəbələ şəhərlərində gənclər üçün təlim proqramları uğurla başa çatıb. Şəki şəhərində təşkil edilən 4 günlük təlim proqramında iştirakçılara “tur və düşərgələrin planlanması”, “ekstremal vəziyyətlərin idarə edilməsi”, “ekoturlar üçün marketinq strategiyaları və multimedia hesablarından məqsədyönlü istifadə”, “maliyyə menecmenti”, “özünəməşğulluq” və digər mövzularda təlimlər keçirilir.
Təlimlərlə yanaşı, iştirakçıların Dövlət Turizm və Dövlət Məşğulluq agentliklərinin nümayəndələri ilə görüşləri təşkil olunur, regionlarda məşğulluq və turizm potensialları, fürsətlər, proqramlar barədə infosessiyalar keçirilir.
Layihənin koordinatoru Nigar Əliyeva AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, turizm və bələdçilik sahələri istiqamətində gənclərin fərdi inkişafına yönəlmiş layihənin əsas məqsədi yeni ekoturizm təşəbbüslərinin yaradılması, Azərbaycanın zəngin mədəni və tarixi irsinin təbliğ olunması, ətraf mühitin qorunması, bölgələrə yerli və xarici turistlərin cəlb olunması, gənclərin məşğulluğunun artırılması və gənc bələdçilərin formalaşdırılmasıdır. “Gənc bələdçi” layihəsi gənc iştirakçıların bilik və bacarıqlarının artırılmasını, gənclərdə təkmilləşdirilmiş turizm təcrübələrilə nəticələnən mədəni və tarixi məlumatlılığın artırılmasını və ekoturizm infrastrukturunun və xidmətlərinin inkişafını hədəfləyir.
Növbəti təlimlərin Lənkəran şəhərində həyata keçirilməsi nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

