/ / Birlik ruhunu gücləndirir, yeni başlanğıclar üçün yol açır - Astarada Od çərşənbəsindən reportaj
Birlik ruhunu gücləndirir, yeni başlanğıclar üçün yol açır - Astarada Od çərşənbəsindən reportaj
04.03.2025 [16:38]
Od çərşənbəsi Azərbaycan xalqının qədim və ənənəvi bayramlarından biri kimi ölkənin hər yerində böyük coşqu və sevinc hissi ilə qeyd edilir. Astarada da Od çərşənbəsi özünəməxsusluğu ilə seçilir və insanlar qədim adət-ənənələri yaşadaraq Novruza hazırlıq görürlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Kakalos kəndində Od çərşənbəsi xüsusi bayram ovqatı ilə qarşılanır. Kəndin gəncləri və uşaqları bir araya gələrək, birlik və həmrəylik içində bayram hazırlıqlarına başlayırlar. Onlar kənd sakinlərindən birinin həyətində toplaşaraq, gün ərzində müxtəlif işlərlə məşğul olurlar. Bayramın əsas atributlarından olan Novruz xonçasını hazırlamaq üçün gənc qızlar və analar birlikdə şirniyyatlar bişirir, səməni yetişdirir, müxtəlif çərəzlər və boyanmış yumurtalarla süfrəni bəzəyirlər. Hər bir evdə bayram təmizliyi aparılır, həyətlər süpürülür, ev-eşik təmizlənir.
Fəxri mədəniyyət işçisi Fərbiyə Şabanovanın sözlərinə görə, bu kənddə qabaqcadan Od çərşənbəsinə xüsusi hazırlıq görülür. Od çərşənbəsinin mahiyyəti təkcə bayram əhvali-ruhiyyəsi ilə məhdudlaşmır, həm də insanın ruhən yenilənməsi, keçmişin çətinliklərindən xilas olaraq, yeni başlanğıca qədəm qoyması ilə bağlıdır. “Od çərşənbəsi bizim üçün xüsusi bayramdır və biz ona böyük həvəslə hazırlaşırıq. Bu günə özəl olaraq müxtəlif təamlar bişiririk, qədim adət-ənənələrimizi yaşadırıq. Hər kəs bir-biri ilə mehriban olur, bu bayramın sevincini paylaşır. Atəşin müqəddəs sayıldığı bu gündə biz tonqallar qalayır, onun ətrafında toplaşaraq arzular diləyirik. Hamı inanır ki, bu bayram insanın daxilindəki bütün mənfi enerjini yuyub aparır və yeni başlanğıclar üçün yol açır. Od çərşənbəsi bizə təkcə qədim inanclarımızı xatırlatmır, eyni zamanda, mehribanlığı, birlik ruhunu gücləndirir. Biz hər il bu gözəl ənənəni yaşadır, onu gələcək nəsillərə ötürməyə çalışırıq. Çünki Od çərşənbəsi bizim mədəniyyətimizin, milli kimliyimizin bir parçasıdır”, - deyə o əlavə edir.
Kənd sakini Kəbirə Əliyeva bildirir ki, Od çərşənbəsinə hər il böyük sevgi və həvəslə hazırlaşırlar: “Bayram günlərində süfrəmiz bol və bərəkətli olsun deyə müxtəlif təamlar hazırlayırıq. Ənənəyə uyğun olaraq, 7 növ bitki dənindən qorğa qovururuq – bu, çərşənbə süfrəsinin ayrılmaz hissəsidir. Bu, həm də qədim adətlərimizi yaşatmaq deməkdir. Bunu edərkən uşaqlar və gənclər də ətrafımıza toplaşır, hər kəs bayramın ab-havasını hiss edir. Təndirdə çörək bişirmək isə bayram hazırlıqlarının ən sevimli hissələrindən biridir. Bu çörəklər təkcə süfrəmizi bəzəmir, həm də evimizə istilik və bərəkət gətirir. Bayram günlərində qonaq gedən hər kəsə təndir çörəyi ilə bayram payı aparmaq bir ənənədir. Bundan başqa, balıq və ləvəngi bişirmək də Od çərşənbəsi süfrəsində xüsusi yer tutur. Təzə balıqdan müxtəlif yeməklər hazırlanır və ailə üzvləri süfrə başında bir araya gələrək bayramın sevincini bölüşürlər. Bundan əlavə, şirniyyatlar, plov və digər milli yeməklər də süfrələri bəzəyir. Od çərşənbəsinin bu adət-ənənəsi dədə-babalarımızdan qalan mirasdır və biz də onu yaşadıraraq, gələcək nəslə ötürürük”.
Axşam saatlarında isə bayramın ən maraqlı və həyəcanverici hissəsi başlayır. Tonqallar qalanır, kənd sakinləri onun ətrafına toplaşaraq qədim ənənələri yerinə yetirirlər. İnsanlar atəşin üzərindən tullana-tullana “ağrım-acım odda yansın” deyərək, bütün çətinliklərdən və pis enerjidən xilas olduqlarına inanırlar. Uşaqlar bayramın şənliyini daha da artırmaq üçün müxtəlif oyunlar oynayır, şeirlər söyləyir, mahnılar oxuyurlar.
Böyüklər bu müqəddəs bayram axşamında dualar edərək Novruzun bolluq, bərəkət və firavanlıq gətirməsini arzulayırlar. Hər kəs bir-birinə xoş sözlər söyləyir, mehribanlıq və birlik hissi güclənir. Bu bayramın əsas mahiyyəti insanların qəlbində sevgi və səmimiyyət hissi oyatmaq, onları daha da yaxınlaşdırmaqdır.
Xatırladaq ki, növbəti çərşənbələr olan Yel çərşənbəsi martın 11-nə, İlaxır, yaxud da Torpaq çərşənbəsi isə martın 18-nə təsadüf edir.
Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir. Günəş Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.
Od çərşənbəniz mübarək!
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25

