Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Baş Dövlət Yol Polisi İdarəsi piyadalara çağırış edib

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara çağırış edib

11.05.2025 [15:32]

Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadaların iştirakı ilə baş verən qəzaların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalsa da, ümumilikdə bu sahədə qabaqlayıcı tədbirlərin görülməsinə hər zaman ehtiyac var.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) piyadalara ünvanlanan müraciətində deyilir.

Bildirilib ki, bu məqsədlə may ayının 12-dən 19-dək respublika ərazisində “Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçiriləcək.

Tədbir çərçivəsində piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarına qarşı nəzarət-profilaktik tədbirlərin artırılması ilə yanaşı, əhali arasında təbliğat-təşviqat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi nəzərdə tutulur.

“Baş Dövlət Yol Polisi İdarəsi bir daha piydaları diqqətli olmağa çağırır, eyni zamanda ictimai təsisatları, xüsusilə media subyektlərini sözügedən tədbir çərçivəsində birgə əməkdaşlığa dəvət edir”, deyə müraciətdə qeyd olunub.

Paylaş:
Baxılıb: 243 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

İqtisadiyyat

Şəffaflıq naminə

15 Noyabr 10:49

Analitik

Ədəbiyyat

Elm

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

15 Noyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30