Yolumuzu “açıb-kəsən” 3 işıq...
05.08.2025 [10:39]
İşıqforlar yol qaydalarının tənzimlənməsində böyük rola malikdir. Ömrümüz çox zaman yollarda keçir. 3 işıqlı bu vasitənin sayəsində baş verə biləcək yol qəzalarının qarşısı alınır, qarışıqlıq yaranmadan avtomobillər öz istiqamətləri üzrə rahat hərəkət edirlər. Ancaq bəzi vaxtlarda bu yollar bizi mənzilə çatdırmır. Məcazi mənada desək, yolumuzu qırmızı işıq kəsir...
Məhdudiyyət deyil, həm də mədəniyyərdir
3 işıqdan söz düşmüşkən, 5 avqustun Beynəlxalq İşıqfor Günü kimi tarixə düşməsindən artıq 111 il ötür. Həmin gün 1914-cü ildə ABŞ-ın Klivlend şəhərində ilk elektrik işıqfor quraşdırılıb. Onun da 2 - qırmızı və yaşıl işıq rəngli işıqları olub. Sarı rəngi isə polisin xəbərdaredici fiti əvəz edirdi.
İllər keçdikcə 2 rəngi 3 rəng əvəz etdi. Zaman keçdikcə işıqforlar inkişaf edərək daha mürəkkəb, rahat və ağıllı olur. Bu gün təkcə avtomobillər üçün deyil, həm də piyadalar, tramvaylar, velosipedçilər və hətta atlar üçün işıqforlar var. Qırmızı siqnalda sağa dönməyə imkan verən oxlar, eləcə də səs siqnalları var ki, görmə qabiliyyəti zəif olan insanlar yolun hərəkət hissəsini təhlükəsiz keçə bilsinlər.
Ola bilsin ki, kimsə işıqforların sadəcə bir məhdudiyyət olduğunu fikirləşir. Amma düşünsək ki, onlar günümüzdə nə qədər insanın həyatını xilas edib, onda yanlarından təşəkkür etməmiş keçmərik. Beynəlxalq İşıqfor Gününü fürsət bilib mövzunu qabartmaqda məqsədimiz son zamanlar yol hərəkəti qaydalarına əməl edilməməsi və nəticədə nəqliyyat hadisələrinin artmasıdır. Etiraf edək ki, xoşagəlməz hadisələrin yaşanmasında əsas səbəblərdən biri sürücülərin və piyadaların tələskənliyidir.
Bu gün bütün dünya ölkələrindəki yol polisi əməkdaşlarının əsas diqqət etdiyi yer piyada keçidləridir. Ölkəmizdə nizamlanan və nizamlanmayan piyada keçidləri var. Nizamlanan piyada keçidlərində hərəkətin nizamlanması işıqfor vasitəsilə həyata keçirilir. Piyadalar bəzən işıqfora fikir vermədən, piyada keçidi olmayan yerlərdən və etinasızca mobil telefon və yaxud qulaqcıqlarla yolu keçmək istəyərkən yol-nəqliyyat hadisələri qeydə alınır.
Təəssüf ki, bunun üçün maarifləndirici tədbirlər görülsə də, qaydalara əməl etməyən, diqqətsiz və məsuliyyətsiz sürücülər, həmçinin piyadalar yenə var. Hər bir ölkədə yol-hərəkəti qaydalarının pozulmasına görə, istər piyada, istərsə də sürücülər üçün müvafiq məbləğdə cərimələr tətbiq olunur. Lakin məqsəd piyada və sürücüləri cərimə ilə qorxutmaq yox, yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır.
3 rəngin tələbi...
İşıqforun yaşıl işığı yanan zaman digər istiqamətdən gələn nəqliyyat vasitələrinin, həmçinin piyadaların hərəkətini başa çatdırmasına şərait yaradılması öz əksini tapıb. Ancaq o demək deyil ki, yaşıl işıq yandı, sürücü dərhal hərəkətə başlaya bilər. Bəzən sürücülər işıqforun yaşıl və yaxud qırmızı işığının sönməsinə 1-2 saniyə qalmış sürəti azaltmaq yerinə, bir az da artırırlar ki, yolayrıcını tez keçsinlər. Bütün bu tələskənliklər isə bədbəxt hadisələrin baş verməsinə gətirib çıxarır.
Adətən piyadaların küçə və yollarda hərəkətinə qadağa qoymaq mümkün olmadığı üçün bütün məsuliyyət sürücülərin üzərinə düşür. Bunun üçün də sürücülər daha təmkinli, piyadalarla münasibətdə daha diqqətli olmalı, qarşısına qəfil çıxan piyada ilə məsafəsini nizamlamağı bacarmalıdır.
Lakin bu, piyadaların məsuliyyətinin az olması mənasına gəlməməlidir. Yol hərəkəti qaydalarının tənzimlənməsində sürücülər qədər, ən az piyadaların da diqqəti və məsuliyyəti vacibdir.
Sahib
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25

