Məcburi köçkünlər Yeni ili yeni qəsəbədə qarşılayırlar
31.12.2014 [09:48]
Dövlətimizin başçısı İlham Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Azərbaycan Prezidentinin 2011-ci il 21 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Əlavələrin müvafiq bəndinə əsasən Gəncə şəhərinin Kəpəz rayonu ərazisində inşa edilən və 60 hektar sahəni əhatə edən qəsəbəyə əlamətdar bayramlar - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində Kəlbəcərdən və Xocalı rayonundan olan məcburi köçkünlərin köçürülməsi prosesi başa çatıb.
AzərTAc xəbər verir ki, bu proses Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin repatriasiya departamentinin rəhbərlik etdiyi köçürmə komissiyası tərəfindən aparılıb. Yeni salınan qəsəbələrdəki mənzillər ailə tərkibinə görə müvafiq rayon icra hakimiyyətinin, məcburi köçkün icmalarının və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələrindən ibarət yaradılmış komissiyanın iştirakı ilə, püşkatma yolu ilə paylanılıb.
Qəsəbədə müasir tələblərə tam cavab verən 440 şagird yerlik məktəb, 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub, poçt binası digər zəruri sosial-texniki infrastruktur yaradılıb. Digər ərazilərdə salınmış qəsəbələrdə olduğu kimi, bu qəsəbədə də elektrik enerjisi, içməli su və qaz təchizatı ilə bağlı hərtərəfli iş görülüb. Yol-küçə şəbəkəsinin salınması, abadlıq, yaşıllaşdırma işləri də yüksək səviyyədə aparılıb.
Burada yarımstansiyalar genişləndirilib, komplektləşdirilmiş transformator yarımstansiyaları quraşdırılıb. Uzunluğu 30 kilometrdən çox olan su kəməri çəkilib, nasosxana inşa olunub. Qəsəbəyə uzunluğu təqribən 25 kilometr olan qaz xətti çəkilib və 6 qaz təmizləyici məntəqə yaradılıb, müasir yol-küçə şəbəkəsi qurulub.
Ümumiyyətlə, qeyd edək ki, ötən müddətdə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiq edilmiş Dövlət Proqramına və ona edilmiş Əlavələrə uyğun olaraq müxtəlif ərazilərdə məcburi köçkünlər üçün salınmış qəsəbələrin və digər zəruri obyektlərin açılışlarında dövlətimizin başçısının iştirakı, məcburi köçkünlərlə görüşü, onlarla birbaşa ünsiyyətdə olması, bu tədbirlər zamanı dərin məzmunlu çıxışları, onların qayğı və problemləri ilə yerində maraqlanması özlüyündə bir daha sübut edir ki, bu təbəqədən olan soydaşlarımızın problemlərinin həlli dövlət başçısının gündəlik diqqət mərkəzində duran əsas məsələlərdəndir.
Yaxın günlərə kimi Hacıkənd qəsəbəsində məskunlaşan, bu günlərdə isə Gəncə şəhərinin Kəpəz rayonu ərazisində salınmış yeni qəsəbəyə köçürülən Xocalı rayonunun Kosalar kənd sakinləri adından Ramil və Rafiq Quliyevlər, şəhid ailəsi Aida Quliyeva, Zakir İsgəndərov, Tofiq Məmmədov, Gülşən Muradova və Nazilə Abdullayeva Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edərək yeni salınmış qəsəbəyə köçürmə prosesinin, bu işlərə məsul olan komissiyanın fəaliyyətinin yüksək səviyyədə təşkilinə, mənzil bölgüsündə heç bir mənfi hala yol verilməməsi üçün tələb olunan normalara tam əməl edilməsinə yaradılan şəraitə görə buraya köçürülən xocalılar adından minnətdarlıqlarını bildiriblər.
Elə bunlara görədir ki, indiyədək yeni məhəllələrə köçürülən məcburi köçkünlər, onları belə rahat mənzillərlə təmin etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirməklə onu da vurğulayırlar ki, bu, indiki şəraitdə onlar üçün dövlətimizin başçısı tərəfindən ən böyük hədiyyə, diqqət və qayğıdır. Məcburi köçkünlər haqlı olaraq qeyd edirlər ki, doğrudan da, insanın öz evinin varlığı, öz işığının daim yanması heç nə ilə əvəz oluna bilməz: “İllərdir biz bunun həsrətini çəkmişdik. Düzdür, burada da müvəqqəti məskunlaşmışıq. Amma insanın yaşaması, yaratması üçün onun rahat, geniş evə çox böyük ehtiyacı var. İndi biz də ağır şəraitdən xilas olub belə gözəl, geniş, müasir tipli, yaşayış üçün hər cür şəraitlə təmin olunmuş evlərə köçürülmüşük. Bu bir daha onu təsdiqləyir ki, dövlətimizin başçısı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində düşmən üzərində də qələbə çalaraq doğma yurdlarımıza qayıdacağıq”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

