“Azərsun Holdinq” yeni brend nişanını təqdim edib
29.01.2015 [09:34]
Savaş Uzan: Ölkəmizdə gedən dinamik inkişafla ayaqlaşan “Azərsun Holdinq” Azərbaycanla birgə inkişaf edərək daha da böyüyüb, istehsal etdiyi məhsulları ilə daha çox istehlakçının rəğbətini qazanıb
Xəbər verildiyi kimi, yanvarın 27-də “Azərsun Holdinq” yeni brend nişanının təqdimat mərasimini keçirib. Təqdimat mərasimində çıxış edən “Azərsun Holdinq”in baş direktoru Savaş Uzan öncə şirkətin qurulmasından, ölkəmizdə fəaliyyət göstərən 30 fabrikində 10 minə yaxın insanın işlə təmin olunmasından danışıb.
Baş direktorun sözlərinə görə, ölkəmizdə gedən dinamik inkişafla ayaqlaşan “Azərsun Holdinq” Azərbaycanla birgə inkişaf edərək daha da böyüyüb, istehsal etdiyi məhsulları ilə daha çox istehlakçının rəğbətini qazanıb: “Əgər əvvəllər prioritet məsələ yalnız ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi idisə, artıq “Azərsun”a məxsus üzərində “Made in Azerbaijan” yazısı olan məhsullarımız bütün dünyada tanınaraq məşhur markalarla rəqabət aparır və xarici istehlakçıların rəğbətini qazanır. Şirkətin belə bir səviyyəyə gəlib çatması, onun loqosunun yenilənməsini zəruri edib”.
Eyni zamanda, ötən il bütün Avropanın diqqətini öz üzərinə çəkən və adlı-sanlı klublara sözün əsl mənasında çətin anlar yaşadan “Qarabağ” futbol klubunun formasının üzərinə adı həkk olunan “Azərsun Holdinq” Azərbaycanın irəlilədiyi uğurlu yolda onunla birgə addımlayaraq yeni biznes mühitinə uyğun olan yeni brend konsepsiyasına keçid etmək barədə qərar verib. Bu məqsədlə son 6 ay ərzində dünyaca məşhur “Lamarq” şirkəti ilə birgə zəruri addımlar atılaraq yeni brend nişanı hazırlanıb.
Şirkətin nümayəndəsi Christel Morival deyib ki, yeni loqo, “Azərsun”un ərzaq korporasiyası olduğunu, kimliyini və qarşıya qoyduğu məqsədləri, ciddiliyi göstərməli, həmçinin, “Azərsun Holdinq”in 4 əsas fəaliyyət istiqaməti - qida istehsalı, kənd təsərrüfatı, qablaşdırma və ticarət nəzərə alınmalı, şirkətin tam fəaliyyət zənciri loqoda əhatə olunmalı idi.
Bildirilib ki, “Azərsun Holdinq”in yeni brend nişanı üzərində olan 19 ulduz istisna olmaqla, əvvəlki nişandan köklü şəkildə fərqlənir. Yeni brend nişanının əsasını böyük “A” hərfi təşkil edir ki, bu da “Azərsun” sözünü ifadə edir. Hərfin üzərində dövrə edən dairələr isə özündə brendin beynəlxalq, inkişafda və dinamik olduğunu əks etdirir. Dairələrin üzərinə həkk olunmuş 19 ulduz “Azərsun”un davranış nizamnaməsini təşkil edən qaydaların (ədalətlilik, vicdanlılıq, keyfiyyət siyasəti, dürüstlük, çeviklik və s.) sayını bildirir. “Azərsun Holdinq”ə məxsus bu nişanın tərtibatında istifadə olunan yaşıl və göy rənglər şirkətin Kütləvi Tələbat Malları Sektoruna (FMCG) aid olduğunu və ətraf mühitin mühafizəsinə xüsusi diqqətlə yanaşdığını ifadə edir.
Tədbirdə çıxış edən “Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr və Biznesin İnkişafına Dəstək Departamentinin rəhbəri Afiq Səfərov deyib ki, yeni loqo və korporativ üslub mərhələli şəkidə yeni məhsullara və reklam vasitələrinə tətbiq olunacaq: “Bu, böyük bir prosesdir. “Azərsun Holdinq” böyük şirkət olduğundan bunu qısa müddətdə etmək mümkün deyil. 2015-ci il ərzində yeni loqonun və korporativ üslubun tətbiqini başa çatdırıb, köhnə loqo ilə tamamilə vidalaşacağıq”.
Afiq Səfərov onu da əlavə edib ki, Prezident İlham Əliyev tərəfindən “Kənd təsərrüfatı ili” elan olunmuş 2015-ci ildə “Azərsun Holdinq” ənənəsinə sadiq qalaraq ölkəmizdə qeyri-neft sektorunun inkişafına öz töhfəsini verəcək və yerli məhsulların daha da geniş coğrafi əraziyə ixrac olunması üçün zəruri addımlar atacaq.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

