“Bakı-2015” ilk Avropa Oyunlarının birinci “Şanslı qalibi” müəyyənləşib
02.05.2015 [09:31]
“Bakı-2015” və rəsmi tərəfdaşı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Ofeliya Abdullayevanın Avropa Oyunlarının ilk “Şanslı qalibi” olduğunu açıqlayıb.
AZƏRTAC xəbər verir ki, bilet nömrəsi püşkatma ilə seçilən Ofeliya Abdullayeva “Azərbaycan Hava Yolları” tərəfindən Nyu-York şəhərinə “biznes klass” sinfində gediş-gəliş üçün ikinəfərlik uçuş bileti və 1500 manat məbləğində xərclik qazanıb.
Onlayn bilet alan yerli tamaşaçılar “Bakı-2015”in “Şanslı qalib” kampaniyası çərçivəsində rəsmi tərəfdaşların təqdim etdikləri xüsusi hədiyyələr qazanırlar. Növbəti qaliblər “P&G”-dən illik məhsul tədarükü, “Nar Mobile”dan ömürlük danışıq paketi və “Tissot”un xüsusi hazırladığı kişi və qadın saatlarını əldə edəcəklər. Bütün mükafatlara “Bakı-2015” Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinə iki yerlik bilet də daxildir.
Şanslı qalib Ofeliya Abdullayeva sevincini bölüşərək deyib: “Şanslı qalib hədiyyəsini qazanmaq həyata keçmiş arzu deməkdir. Nyu-Yorka səyahət etmək imkanı insana həyatda bir dəfə verilən şans kimidir. Lakin bundan öncə birinci Avropa Oyunları və mərasimləri bizi gözləyir. Mən, “Azərbaycan Hava Yolları”na və “Bakı-2015”-ə təşəkkürümü bildirirəm”.
“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov bildirib ki, “Azərbaycan Hava Yolları” birinci Avropa Oyunlarının rəsmi tərəfdaşı olmaq və açılış mərasimindən də əvvəl öz rolunu oynamaq istəyir. Biz, qalibin Nyu-York şəhərinə səyahətindən və “Bakı-2015” mərasimlərində iştirakından məmnunuq. Əminik ki, belə tədbirlər Azərbaycan üçün bu tarixi anın əhəmiyyətini daha da artıracaq.
“Bakı-2015”in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq “Şanslı qalib” kampaniyasının ilk nəticəsi barədə bunları deyib: “Mən, Ofeliya Abdullayevanı ilk Avropa Oyunlarının ilk şanslı qalibi olması münasibətilə təbrik edirəm. Bu təbliğat “Bakı-2015” möcüzəsini Oyunlar başlamazdan əvvəl tamaşaçılara çatdırır və biz, “Azərbaycan Hava Yolları”na bu ilk tədbirə ictimaiyyətin cəlb olunması üçün göstərdiyi davamlı dəstəyə görə minnətdarlığımızı bildiririk”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21

