/ / Qubadlı ictimaiyyəti rayonun Ermənistan tərəfindən işğalının 22-ci ildönümü ilə əlaqədar tədbir keçirib
Qubadlı ictimaiyyəti rayonun Ermənistan tərəfindən işğalının 22-ci ildönümü ilə əlaqədar tədbir keçirib
01.09.2015 [10:24]
Qubadlı rayonunun ermənilər tərəfindən işğal edilməsinin 22-ci ildönümü ilə əlaqədar rayon rəhbərliyi, eləcə də, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, rayon idarə, müəssisə və təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər. Tədbir iştirakçıları Sumqayıt şəhərində yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər. Şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulub, daha sonra şəhidlərin məzarları ziyarət olunub.
Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov bildirib ki, zəngin tarixə malik olan Qubadlı rayonu 1993-cü il avqustun 31-də işğal edilib. Vurğulanıb ki, düşmənlə mübarizədə 238 nəfər Qubadlı sakini şəhid olub, 200 nəfərə yaxın insan ağır yaralanıb. İşğal faktı nəticəsində 300-dən artıq rayon sakini əlil olub, 100 nəfərdən çoxu itkin düşüb. Rayonun müdafiəsində igidlik nümayiş etdirmiş 9 nəfərə Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Hazırda 36 min nəfərdən artıq Qubadlı əhalisi respublikamızın 42 rayonunda məcburi köçkün ömrü yaşayır. M.İsaqov bildirib ki, əhalinin mütləq əksəriyyəti Sumqayıt şəhərində məskunlaşıb: “Dövlətimiz hər zaman qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə yaxından maraqlanır. Əsası Ulu öndərimiz tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən siyasətin nəticəsidir ki, qaçqın və məcburi köçkünlər evlə təmin olunurlar, onların yaşayış səviyyəsi günü-gündən yaxşılaşdırılır. Bütün diqqət və qayğını minnətdarlıqla qarşılayan əhalimiz doğma yurda qayıtmaq istəyi ilə yaşayır. Rayon əhalisi hər zaman Azərbaycan dövlətinə sadiqdir və qəti əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə doğma Qubadlıya qayıdacağımız gün uzaqda deyil”.
Daha sonra çıxış edən natiqlər də bildiriblər ki, Qubadlı sakinləri hər zaman inanıblar, bu gün də inanırlar ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs Dağlıq Qarabağın, Qubadlının azadlığını təmin edəcək.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxHadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45

