Nəsimi rayonunda yeni tədris ilinə hazırlığın vəziyyəti müzakirə olunub
12.09.2015 [11:28]
Dünən Nəsimi rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibli iclasında rayonda keçən tədris ilinin yekunları və yeni təhsil ilinə hazırlığın vəziyyəti müzakirə olunub. Toplantıda çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ölkədə təhsil məsələləri ilə bağlı görülən işlərdən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva tərəfindən təhsilə olan diqqət və qayğıdan danışıb.
Qeyd olunub ki, son illərdə qazanılan bütün uğurlar dövlət başçısı İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatların, ölkənin birinci xanımı Mehriban Əliyevanın təhsil obyektlərinin yenilənməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir.
Bildirilib ki, son 4 il ərzində ölkə başçısının imzaladığı Sərəncam və Dövlət proqramlarına əsasən Nəsimi rayonundakı orta və məktəbəqədər təhsil müəssisələrinin böyük əksəriyyəti əsaslı təmir olunub, 1 yeni uşaq bağçası, 2 məktəb üçün yeni əlavə korpus tikilib, 1 uşaq musiqi məktəbi, 1 uşaq texniki yaradıcılıq mərkəzi, 3 uşaq bağçası əsaslı təmir olunub. Bu il sentyabrın 10-da Prezident İlham Əliyev Nəsimi rayonundakı Texniki Humanitar Liseydə aparılan təmir-yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.
Tədbirdə görülən işlərlə yanaşı keçən tədris ilində təhsil müəssisələrinin qazandığı uğurlardan da danışılıb. Vurğulanıb ki, Bakı Türk Anadolu Liseyinin məzunu Məcidov Nurlan Namiq oğlu 700 bal toplayaraq, Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olub. Eyni zamanda, 2014-2015-ci təhsil ilinin yekununa görə Nəsimi rayonu üzrə 5 məzun qızıl medala layiq görülüb.
Tədbirdə çıxış edən 46 saylı tam orta məktəbin direktoru Sevinc Budaqova, qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanmış Nərmin Hacılı, Cəmil İmranov, Nurlan Məcidov və digər çıxışçılar təhsil müəssisələrində yaradılan şəraitə və təhsilə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
Sonda qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim edilib, Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid və aztəminatlı ailələrdən olan 200 uşağa isə məktəbli forması hədiyyə olunub.
Xəbər lenti
Hamısına baxSosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41

