İsmayıllıda “İkili standartların dünya nizamı və müasir Azərbaycan” kitabının təqdimatı olub
17.09.2015 [10:09]
İsmayıllıda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” kitabının təqdimatı olub. Yenicə çapdan çıxmış kitab politoloq alimlər, ali məktəblərin müəllimləri və tələbələri, habelə geniş oxucu auditoriyası üçün nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən təqdimat mərasimində idarə, müəssisə və təşkilatların, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları, fəal oxucular, ictimaiyyətin çoxsaylı nümayəndələri iştirak ediblər.
Tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova açaraq “İkili standartların dünya nizamı və müasir Azərbaycan” kitabının geniş elmi axtarışlara söykəndiyini, müəllifin Azərbaycanda dövlətçilik ənənələrinin qorunmasının əsaslarını ətraflı şərh etdiyini və buna maneə yaradan amilləri açıq şəkildə göstərdiyini vurğulayıb.
Əməkdar müəllim Ramiz Baloğlanov, şəhər 3 saylı məktəb-liseyin tarix müəllimi Vasif Cabbarov, İvanovka kənd tam orta məktəbinin direktoru Mixail Uryupin, şəhər 5 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnarə Abdullayeva, İsmayıllı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Mail Fərəcov, gənc müəllim Qönçə Ağazadə, Dövlət qulluğu veteranı Valeh Salehov çıxış edərək akademik Ramiz Mehdiyevin bu kitabının Azərbaycanda və dünyada baş verən siyasi proseslərin təhlili baxımından dolğun və tutarlı faktlarla zəngin olduğunu bildiriblər. Çıxışlarda, habelə vurğulanıb ki, aktual mövzularda elmi əsərlərlə vaxtaşırı geniş oxucu auditoriyasının diqqətini cəlb edən akademik Ramiz Mehdiyev Azərbaycanda gedən proseslərin geniş siyasi-sosioloji və elmi-fəlsəfi şərhini verir. Görkəmli alimin yeni kitabı da bu baxımdan öz zənginliyi və elmiliyi ilə olduqca təqdirəlayiqdir.
Sonda rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək kitabın elmi və siyasi aspektləri barədə ətraflı məlumat verib, ikili standartların Azərbaycan üçün yaratdığı problemlərdən danışıb.
Xəbər lenti
Hamısına baxDünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50

