Qaradağda seçkilər demokratik prinsiplərə uyğun və yüksək seçici fəallığı ilə keçirilib
02.11.2015 [11:30]
12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsi üzrə yerləşən məntəqələrdə də saat 8:00-da səsverməyə başlanılıb. Dairənin 11 saylı Məntəqə Seçki Komissiyasının (MnSK) sədri Xanımgül Hüseynova saat 8:00-da Milli Məclisə seçkilərdə səsvermə prosesinin başlandığını elan edib. Bundan sonra səsvermə başlayıb. O, məntəqədə səsvermənin təşkili üçün hər cür şəraitin yaradıldığını bildirib. MnSK-nın sədri ümumilikdə bu məntəqə üzrə 1102 nəfər seçicinin qeydiyyatda olduğunu bildirib.
2015-ci il Milli Məclisə seçkilərdə bu məntəqədə ilk səs verən seçici olan Bayram Paşayev bu seçkilərin ölkəmizin demokratik inkişafında mühüm əhəmiyyətini vurğulayaraq, vətəndaşlıq borcunu yerinə yetirdiyini və səsvermədə iştirak etdiyini söyləyib. O, öz iradəsini ifadə edərək istədiyi namizədə səs verdiyini deyib.
Seçici Rakif Əliyev də səsvermədə iştirak etməyin vətəndaşlıq borcu olduğunu söyləyib, seçkilərin demokratik keçirilməsi üçün hər cür şərait yaradıldığını söyləyib.
Müşahidəçilər də prosesin gedişindən razılıqlarını bildiriblər. Azər Hüseynov məntəqədə lazımi şəraitin yaradıldığını qeyd edib.
Qeyd edək ki, bu məntəqədə “Opinion way” və Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi birgə exit-poll keçirib. Exit-poll keçirən təşkilatların nümayəndəsi Təbriz Teymurov səsverməyə start verildiyi andan exit-poll-a da başlandığını, seçicilərin bu prosesə maraq göstərdiyini bildirib.
Bu Dairə Seçki Komissiyasının 2 saylı Seçki Məntəqəsində də səsverməyə saat 8:00-da start verilib.
Bu məntəqədə ilk səs verən Elşən Quluzadə bu seçkilərin xalqımız üçün xeyirli-uğurlu olmasını diləyib. Seçici Gülsəba Məsimova isə seçkilərin Azərbaycanın gələcək inkişafında əhəmiyyətini qeyd edib, seçkilərə “Yeni hədəflərə doğru!” şüarı ilə qatılan Yeni Azərbaycan Partiyasının namizədinə səs verdiyini bildirib.
6 saylı Məntəqə Seçki Komissiyasının sədri Ərrəhman Ağayev bu məntəqə üzrə 1478 seçicinin qeydiyyatda olduğunu bildirib. O vurğulayıb ki, bu məntəqədə vebkameralar quraşdırılıb və kameralar vasitəsilə səsvermənin gedişini müşahidə etmək mümkün olub.
10 saylı Məntəqə Seçki Komissiyasının sədri Süleyman Tahirov deyib ki, bu məntəqədə ümumən 1415 nəfər seçici qeydiyyatdadır. Seçicilərin fəallığını qənaətbəxş sayan məntəqə sədri seçkilərin tam ədalətli və qanuna müvafiq şəkildə keçirilməsi üçün hər cür şərait yaradıldığını vurğulayıb.
Seçici İzmir Əmirov prosesdən razılığını bildirərək YAP-ın namizədinə səs verdiyini söyləyib.
Müşahidəçi Nəcəf Tahirli də hər hansı qanun pozuntusu müşahidə etmədiyini vurğulayaraq, prosesin tam şəffaf və ədalətli keçdiyini qeyd edib.
Bu dairənin 1 saylı məntəqəsinin sədri İlqar Yusifov da seçici fəallığının yüksək olduğunu deyib.
Bu məntəqədə səs verən seçicilər - Cəlal Şirəlizadə və Natəvan İmanova azad şəkildə istədikləri namizədə səs verdiklərini bildiriblər.
Müşahidəçi Şəhla Mirzəyeva səsvermə prosesinin tam qanunauyğun şəkildə, yüksək seçici fəallığı şəraitində keçdiyini deyib.
9 saylı məntəqədə də eyni vəziyyət müşahidə olunub. Burada da seçkilərin yüksək standartlara uyğun təşkili üçün lazımi şərait yaradılıb. Məntəqənin sədri Marina Hüseynli bizimlə söhbətində bu məqamı qeyd edib.
Məntəqə Seçki Komissiyasının katibi Jalə Qədirova və müşahidəçi Yusif Gülməmmədov da səsvermənin gedişi ilə bağlı müsbət fikirlərini bölüşüblər.
11 saylı Qaradağ Seçki Dairəsinin 20 saylı məntəqəsində də səsvermə prosesi seçici fəallığı ilə keçib. Məntəqənin sədri Zemfira Babayeva saat 8:00-da prosesə start verildiyini, səsvermənin qanuna müvafiq şəkildə, şəffaf həyata keçirildiyini, ümumilikdə 1499 seçicinin bu məntəqə üzrə qeydiyyatda olduğunu deyib. O, bu məntəqədə beynəlxalq müşahidəçi qrupunun üzvləri - Turbals Dainis və Abramoviçius Arnoldasın səsvermənin gedişini izlədiklərini bildirib.
Bu məntəqədə səs verən seçici Ayaz Məmmədov də seçicilərə öz iradələrini nümayiş etdirmək və istədikləri namizədə səs vermək üçün hər cür şəraitin yaradıldığını bildirib və öz seçimini də gizlətməyib: “Mən YAP-ın namizədinə səs vermişəm”.
11 saylı Qaradağ Seçki Dairəsinin 13 saylı məntəqəsində də seçkilər ən yüksək standartlara uyğun keçirilib. Məntəqənin sədri Xanımqız Şükürova seçicilərin yüksək fəallıq göstərdiklərini, prosesin tam demokratik prinsiplərə və Azərbaycan qanunvericiliyinə uyğun keçirildiyini söyləyib.
Müşahidəçi Vəsilə Hüseynova da hər hansı pozuntunun müşahidə edilmədiyini, seçicilərə azad şəkildə səs vermələri üçün müvafiq şərait yaradıldığını söyləyib.
Seçici Sərdar Quliyev də səhər tezdən ilk səs verənlərdən olub. O da müstəqil Azərbaycan Respublikasının vətəndaşı olaraq bu mühüm prosesdə iştirak etməyi özü üçün vətəndaşlıq borcu hesab etdiyini, hər kəsin də bu prosesdə iştirakının vacibliyini vurğulayıb.
Seçicilərdən - Salman Quliyev və Teymur Səmədov bu məntəqədə səs verənlərdəndir. Onlar da seçkilərin ölkəmizin gələcək inkişafı baxımından əhəmiyyətini vurğulayıblar. Seçici İdris Səmədov isə ölkəmizin sürətli inkişafı, sabit və parlaq gələcəyimiz naminə YAP-ın namizədinə səs verdiyini bəyan edib.
Bəhs olunan dairə üzrə 18 saylı Məntəqə Seçki Komissiyasının sədri Nəriman Mürsəliyev səsvermə prosesinə başlanandan burada da seçici fəallığı qeydə alındığını bildirib. O, seçicilərin mütəşəkkil qaydada gəlib səsvermədə iştirak etdiklərini vurğulayıb.
Bu məntəqə seçki komissiyasının katibi Nigar Hüseynzadə də proseslə bağlı heç bir şikayət olmadığını, müşahidəçilərin səsvermənin gedişindən razılıqlarını ifadə etdiklərini söyləyib.
Seçicilər - Emin Məhərrəmov və Azər İmamquliyev sərbəst şəkildə öz istədikləri namizədə səs verdiklərini, bu namizədin də ölkəmizin ən güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının namizədi olduğunu söyləyiblər.
Seçici Sevinc Tağıyeva da məntəqəyə ailəsi ilə birlikdə gəldiyini və istədikləri namizədə azad şəkildə səs verdiklərini qeyd edib.
Müşahidəçilər Qərənfil Muxtarova və Nargilə Əhmədova da prosesdən tam razılıqlarını bildirib, hər hansı pozuntu müşahidə etmədiklərini vurğulayıblar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

