Fövqəladə hallar naziri Naftalanda ictimaiyyət nümayəndələri ilə görüşüb
30.01.2016 [10:25]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Naftalan şəhərində ictimaiyyət nümayəndələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ziyalılar, sahibkarlar, ağsaqqallar və gənclər iştirak edib.
Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov çıxış edərək, son illərdə şəhərdə bütün sahələrdə, o cümlədən turizm sektorunda gedən inkişafdan, aparılan quruculuq işlərindən danışıb, Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizin bölgələrində keçirilən belə görüşlərin əhəmiyyətini yüksək qiymətləndirib.
Görüşdə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov dünyada baş verən iqtisadi proseslərə toxunub. Qeyd edib ki, bu proseslər neftin qiymətinin və manatın məzənnəsinin aşağı düşməsi ilə nəticələnib. Lakin dövlətimizin başçısının göstərdiyi səylər, verdiyi tapşırıqlar, imzaladığı fərman və sərəncamlar, qəbul olunan qanunlar və qanunlara edilən dəyişikliklər onu göstərir ki, Azərbaycan öz iqtisadiyyatını daha da gücləndirəcək və əhalinin sosial rifahı yüksələcəkdir.
Son illərdə ölkədə həyata keçirilən sosial-iqtisadi inkişafdan, ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlərdən, sahibkarlığa göstərilən dövlət qayğısından danışan nazir bildirib ki, Naftalan şəhərinin böyük turizm imkanı var. Şəhərdə turizmin inkişafı istiqamətində mühüm işlər görülüb və bu işlər davam etdirilməlidir.
Bölgələrdə keçirilən görüşlərin əsas məqsədinin problemləri öyrənib həllinə nail olmaq olduğunu diqqətə çatdıran nazir ictimaiyyət nümayəndələrindən şəhərin daha da inkişafı üçün təkliflər verməyə, problemlərin həllinin müzakirəsində fəal olmağa çağırıb.
Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının sədri Hətəm Qocayev çıxışında Naftalanın müalicə-sanatoriya, turizm potensialından bəhs edib. Bildirib ki, 2015-ci ildə şəhərə 16 min turist gəlib. Hazırda həyata keçirilən layihələr nəticəsində 2016-cı ildə bu rəqəmin 20 mindən çox olacağı gözlənilir. H.Qocayev şəhər əhalisinin, həmçinin bura gələn turistlərin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması üçün müasir fermer təsərrüfatlarının və kurort ticarətini həyata keçirən müəssisələrin yaradılmasını təklif edib.
Görüşdə digər çıxış edənlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, şəhərdə yaşayış binasının, mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün mədəniyyət mərkəzinin tikilməsi, Naftalana məxsus suvenirlər hazırlayan sexin yaradılması, həmçinin turizmin inkişafı ilə bağlı təkliflər irəli sürüblər.
Nazir Kəmaləddin Heydərov müraciət və təkliflərin qeydiyyata alındığını, onların həllinə kömək göstəriləcəyini bildirib.
Xəbər lenti
Hamısına baxSosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55

