“Halal Ət” sexi “Səhliyalı”ya 7 milyon manata başa gəlib
27.04.2016 [10:04]
Tezliklə ticarət mərkəzlərini “Halal Ət” çeşidləri bəzəyəcək
Ölkədə kolbasa və sosiska məhsullarının istehsalında qabaqcıl şirkətlərdən olan, bazarda daha çox “Halal Nemət Min Bərəkət” ticarət nişanı ilə tanınan “Səhliyalı” müəssisəsi daha bir ilkə imza atıb. Belə ki, bundan sonra istehsal prosesində istifadə olunacaq ət yenicə istifadəyə verilmiş “Halal Ət” sexində hazırlanacaq. Yeni istehsal sahəsi müəssisəyə 7 milyon manata başa gəlib. Burada müəssisənin yardımçı təsərrüfatı - İsmayıllı rayonundakı fermadan, eləcə də ayrı-ayrı fərdi təsərrüfatlardan gətirilən inəklər kəsiləcək. İlk vaxtlar sexdə hazırlanan ətlər daxili tələbatın ödənilməsinə yönəldiləcək. Yaxın gələcəkdə isə “Halal Ət” ticarət nişanı altında müxtəlif çeşiddə və çəkidə hazırlanan ətləri artıq supermarketlərdə də görmək mümkün olacaq. Bu haqda müəssisənin baş texnoloqu Rafael Məmmədov KİV nümayəndələri üçün təşkil olunan infoturda məlumat verib. Onun sözlərinə görə, sex 2600 kvadratmetr sahəni əhatə edir. Burada quraşdırılan istehsal xətti Almaniyadan gətirilib. Sexdəki istehsal prosesi demək olar ki, avtomatlaşdırılıb. Kəsilmək üçün sexə gətirilən inəklər iki gün ərzində xüsusi şəraitdə saxlanılır, müəyyən yoxlamalardan keçir: “Növbəti mərhələdə kəsiləcək inək xüsusi bunkerə daxil edilir və şəriət qaydalarına tam uyğun olaraq əllə kəsilir. Kəsilən inəklər xüsusi qaldırıcı qurğular vasitəsilə başıaşağı vəziyyətdə asılır ki, bədəndəki qan tamamilə təmizlənmiş olsun. Sonra avtomat qurğu vasitəsilə inəyin dərisi çıxarılır və ikiyə bölünərək bir neçə saat asılmış vəziyyətdə saxlanılır. Bu müddətdə mütəxəssislər tərəfindən ətdən analizlər götürülür və heyvanın sağlam olub-olmaması bir daha yoxlanılır. Sonrakı mərhələdə cəmdəklər doğranılır və ətin sümükdən ayrılması prosesi həyata keçirilir. Burada ət damarlardan təmizlənir və müxtəlif növlərə ayrılaraq qablaşdırılır, daha sonra isə dondurulmaq üçün xüsusi kameralara göndərilir. Xüsusi anbarlara yığılan dondurulmuş ətlər növbəti mərhələdə kolbasa və sosislər üçün xammal kimi istifadə edilir. Belə ki, müəssisənin digər hissəsində yerləşən kolbasa istehsalı sexində -16 dərəcədə prosesi həyata keçirən xüsusi doğrayıcı-ətçəkən maşınlar quraşdırılıb. Burada hazırlanan farşa kolbasa və sosisin növündən asılı olaraq, müxtəlif inqrediyentlər - cürbəcür ədviyyatlar, duz, istiot, sarımsaq və s. qarışdırılır. Digər istehsal xəttində isə artıq hazırlanan farşlar xüsusi örtüklərə doldurularaq, kolbasa və yaxud sosis halına gətirilir. İstehsal texnologiyasından asılı olaraq, hazır məhsullar xüsusi kameralarda bişirilir, yaxud hisə verilərək istehlak üçün tam hazır vəziyyətə gətirilir. Nəhayət, hazır məhsullar lazımi etiketlərlə markalanıb, qablaşdırılaraq satışa göndərilir. Sadalanan bütün istehsal prosesi tam avtomatik şəkildə həyata keçirilir. Burada insan əməyindən istifadə demək olar ki, çox cüzidir”.
Son vaxtlar mətbuatda “Səhliyalı”da guya leş ətlərdən istifadə edilməsi barədə yayılan şayiələrə münasibət bildirən Rafael Məmmədov qeyd edib ki, bunlar hamısı rəqib şirkətlərin “Səhliyalı”nı gözdən salmaq üçün dövriyyəyə buraxdıqları yalan məlumatlardan başqa bir şey deyil. Onun sözlərinə görə, qarşısına yalnız halal məhsullar istehsal etmək məqsədi qoymuş “Səhliyalı”nın bu gün istehsal prosesində tətbiq etdiyi ən müasir texnologiyalar kolbasa məhsulları istehsal edən bir çox kiçik sexlər üçün əlçatmazdır: “Odur ki, bazarda duruş gətirmək üçün belə qeyri-sağlam üsullardan istifadə etməyə cəhd göstərirlər. Lakin bütün bunlar artıq bazarda oturuşmuş, bəlli alıcı kütləsi olan bir şirkət üçün heç bir maneçilik yaratmır. Bizim müəssisənin qapıları, istənilən mətbu orqandan tutmuş, müxtəlif nəzarətedici orqanlaradək, hər kəsə açıqdır. İstədikləri vaxt gəlib müəssisəmizdəki istehsal prosesi ilə tanış ola bilərlər”.
Rafael Məmmədov daha sonra əlavə edib ki, “Halal Ət” sexində istehsal olunan ətin 1 kq-ı müəssisəyə təqribən 4-4,5 manata başa gəlir. Odur ki, müəssisədə istehsal olunan kolbasa və sosis məmulatlarının parəkəndə satış qiymətləri bir o qədər də yüksək olmur. Digər şirkətlər isə istifadə etdikləri xammalın demək olar ki, hamısını xaricdən idxal etdikləri üçün, qiymətlər də belə yüksək olur. Daxili bazarda rəqabətə dözmədikləri üçün dövriyyəyə “Səhliyalı” haqqında belə şayiələr buraxılır.
Keyfiyyətə Nəzarət Şöbəsinin rəhbəri Şəhla Yusifzadə isə bildirib ki, müəssisədə ən müasir laboratoriya quraşdırılıb. Proses boyunca istifadə olunan xammallar çox ciddi şəkildə yoxlanılaraq istehsalata göndərilir. Odur ki, indiyədək, müəssisədə istehsal olunan məhsullar haqda hər hansı mənfi rəy eşitməyiblər.
Müəssisənin rəsmiləri sonda “Halal Nemət Min Bərəkət” məhsulları kimi, “Halal Ət” ticarət nişanı altında yaxın vaxtlarda istehlakçılara təqdim ediləcək ət məhsullarının da alıcılar tərəfindən yüksək rəğbətlə qarşılanacağına əmin olduqlarını vurğulayıblar.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

