Astarada ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib
16.07.2016 [09:35]
Cari ilin birinci yarısında Astara rayonunda Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq kənd təsərrüfatının inkişaf etdirilməsi, əhalinin məşğulluğunun təmin edilməsi və ərzaq bolluğunun yaradılması sahəsində müəyyən işlər görülüb. Bu məqsədlə torpaqların əkilib becərilməsi üçün fiziki şəxslərə, fermer və sahibkarlara lazımi kömək göstərilir. Artıq görülən tədbirlər ilkin nəticələrini verməkdədir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Astara rayon İcra Hakimiyyətində ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında səsləndirilib.
Yığıncaqda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev iyulun 10-da Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının nitqindən irəli gələn və qarşıda duran vəzifələri diqqətə çatdırıb.
Yığıncaqda rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudovun ilin altı ayının sosial-iqtisadi inkişafının yekunları ilə bağlı hesabat məruzəsi dinlənilib.
Bildirilib ki, altı ayda rayonda iqtisadi və sosial inkişafın əsas keyfiyyət göstəricisi olan ümumi məhsul və xidmətlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 4 faiz artaraq 66,5 milyon manat təşkil edib. Astara Rayon Məşğulluq Mərkəzində 835 nəfər işaxtaran qeyri-məşğul vətəndaş qeydiyyata alınıb. Qeydiyyata alınanların 521 nəfəri müxtəlif idarə və müəssisələrdə işlə təmin olunub. 21 nəfər vətəndaşa işsizlik statusu verilib, işsiz vətəndaşlara 21 min 519 manat məbləğində işsizlik müavinəti ödənilib.
Bu dövrdə rayonda aqrar bölmənin inkişafına diqqət artırılıb. Vətəndaşlarla aparılmış geniş maarifləndirmə-izahat işləri nəticəsində əkinəyararlı torpaq sahələrinin dövriyyəsi genişləndirilərək 7235 hektara çatdırılıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 435 hektar çoxdur.
Sitrus meyvə bağlarının ümumi sahəsi artaraq 2200 hektarı keçib. Sitrusçuluqla yanaşı, çayçılıq, çəltikçilik və tərəvəz istehsalı da diqqət mərkəzində olub. Rayonda yaradılmış çayçılıq təsərrüfatlarının ərazisi genişləndirilərək 345 hektara çatdırılıb. Bunun 192 hektarını məhsuldar, 153 hektarını isə cavan çay sahələri təşkil edir. Çəltik əkini ötən ilə nisbətən iki dəfə artaraq 133 hektar olub.
Diqqətə çatdırılıb ki, ilin birinci yarısında rayonda sosial məsələlərin həllinə də diqqət artırılıb, bir sıra yeni obyektlər inşa edilib. Prezident İlham Əliyevin imzaladığı Sərəncamla ayrılmış vəsait hesabına Astara şəhər 2 nömrəli tam orta məktəb binası əsaslı təmir edilir, Sım kənd tam orta məktəb üçün yeni binanın və rayon kənd təsərrüfatı idarəsi üçün inzibatı binanın tikintisi başa çatıb. Ələt-Astara-İran sərhəd avtomobil yolunun Astara rayonu ərazisindən keçən hissəsində tikinti işləri davam edir. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində Astara rayonunun ərazisindən keçən 8,3 kilometrlik dəmir yol xəttinin 5 kilometrində torpaq-bünövrə işləri yekunlaşıb.
Şəhərin Xəzər dənizi sahili boyu bulvar və çimərlik ərazisində də tikinti-abadlıq işləri davam etdirilib. Bulvara yaxın ərazidə mövcud binalarda yenidənqurma işləri aparılır, üçmərtəbəli hotel və 12 ədəd ikimərtəbəli kottec inşa edilir. Şəhər ərazisində yerləşən 10 çoxmərtəbəli yaşayış binasında da təmir işlərinə başlanılıb.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Xanbulançay su anbarından Astara şəhərinə çəkilən içməli su xəttinin 9320 metr hissəsində işlər tamamlanıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Həmçinin ilin birinci yarısında 208 evin qazlaşdırılması başa çatdırılıb.
Hesabat yığıncağında çıxış edənlər bu ilin birinci yarısında rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan söhbət açaraq, mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18

