Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bilik Fondu Mehdiabad və Fatmayı məscidlərinə kitablar hədiyyə edib

Bilik Fondu Mehdiabad və Fatmayı məscidlərinə kitablar hədiyyə edib

30.07.2016 [10:02]

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu məscidlərin elmi, bədii, dini, dünyəvi kitablarla təminatı missiyasını uğurla davam etdirir. Bilik Fondunun “Məscid kitabxanası” layihəsi çərçivəsində həyata keçirilən missiyaya Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Qafqaz Müsəlmanları İdarəsi dəstək olurlar. Kitablar bu qurumların tövsiyəsi ilə seçilir.
Fondun İnformasiya təminatı sektorundan verilən məlumata görə, “Məscid kitabxanası” layihəsinin növbəti ünvanı Mehdiabad və Fatmayı qəsəbələrində fəaliyyət göstərən məscidlər olub. Fondun mətbuat katibi Ceyhun Musaoğlunun iştirakı ilə məscid rəhbərliyi və dindarlarla görüşlər keçirilib, onlara layihənin mahiyyəti barədə məlumat verilib.
Dindarlar məscidlərə kitablar hədiyyə olunmasını böyük ruh yüksəkliyi ilə qarşılayaraq bildiriblər ki, İslam dini elmə, savada çox böyük üstünlük verir. Bu mənada din əhlinin mütaliə etməsi olduqca vacibdir. Onlar qeyd ediblər ki, belə görüşlər ibadətlə məşğul olanların dünyagörüşlərinin artmasına böyük təkan olar. Bundan isə həm cəmiyyətimiz, həm də dinimiz xeyir görər.

Paylaş:
Baxılıb: 541 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31