“Yapı Kredi Bank Azərbaycan”da əhalinin əmanətləri 85 faiz artıb
29.10.2016 [10:40]
Türkiyənin ən böyük banklarından olan “Yapı Kredi”nin və Avropanın böyük bank qruplarından biri “UniCredit”in əsas səhmdarı olduğu “Yapı Kredi Bank Azərbaycan” QSC 2016-cı ilin III rübünün nəticələrini elan edib. Bankdan verilən məlumatda qeyd olunur ki, “Yapı Kredi Bank Azərbaycan”da 2016-cı ilin 9 ayında ötən illə müqayisədə cari və əmanət hesablarındakı vəsaitlər 90 faiz, o cümlədən əhalinin əmanətləri 85 faiz artıb. Məlumatda həmçinin bildirilir ki, 30.09.2016-cı ildə bankın kassalarında və müxbir hesablarındakı pul vəsaitlərinin həcmi ötən ilin ilk 9 ayının sonu ilə müqayisədə 152 faiz artaraq 211,832 milyon manat olub ki, bu da “Yapı Kredi Bank Azərbaycan”a əhalinin etibarının göstəricisidir.
“Bankımız müştərilərinə yüksək qazanclı, eyni zamanda, sığortalı əmanət məhsulu təklif edərkən, bir yandan da onların etibarını doğrultmaq üçün düzgün strategiya ilə fəaliyyətini davam etdirməkdədir. Avropanın 17 ölkəsində mövcud olan təcrübəmiz əsasında formalaşdırdığımız xidmət və məhsullarımızı daim Azərbaycan müştərilərinin xidmətinə təqdim edirik”, - deyə “Yapı Kredi Bank Azərbaycan”ın İdarə Heyətinin sədri cənab Cenk Yüksel vurğulayıb.
Bankdan verilən məlumatda daha sonra qeyd olunur ki, “Yapı Kredi Bank Azərbaycan”ın 2016-cı ilin III rübünün sonuna olan nəticələrinə nəzər yetirdikdə xalis əməliyyat mənfəətində də ciddi artım olduğunu görmək mümkündür. Belə ki, bank xalis əməliyyat mənfəətini 171 faiz artıraraq 13,018 milyon manata çatdırıb. Bundan əlavə, bankın qeyri-faiz gəlirlərində də artım olub. Ötən ilin eyni dövrü ilə müqayisədə 2016-cı ilin sentyabr ayının sonuna qeyri-faiz gəlirləri 92 faiz artaraq 9,708 milyon manat təşkil edib.
“2016-cı ilin sentyabr ayından etibarən “Yapı Kredi Bank Azərbaycan” UEFA Avropa liqasının Azərbaycanda rəsmi bankı seçilib. Bu tərəfdaşlıq çərçivəsində “Yapı Kredi Bank Azərbaycan” ölkəmizi UEFA Avropa liqasında təmsil edən iki klubumuzu dəstəkləməkdən qürur duyur və müştərilərimizin diqqətini bu oyunlara çəkmək üçün banka məxsus ünsiyyət kanalları vasitəsilə müxtəlif təşviqat kampaniyaları həyata keçirir”, - deyə məlumatda qeyd olunur.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxİdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10

