Vergilər Nazirliyi Sumqayıt şəhərində sahibkarlarla görüş keçirib
24.01.2017 [10:05]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 23 dekabr 2016-cı il tarixində imzalanmış və 2017-ci il yanvar ayının 1-dən qüvvəyə minən “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanunların, habelə vergi inzibatçılığında baş vermiş dəyişikliklərin mahiyyətinin sahibkarlara və iş adamlarına bilavasitə çatdırılması məqsədilə Vergilər Nazirliyi ölkənin regionlarında və paytaxtda fəaliyyət göstərən vergi ödəyiciləri ilə silsilə görüşləri davam etdirir. İndiyədək 3, 4,10 və 13 saylı Ərazi Vergilər idarələrinin əhatə dairəsinə daxil olan 13 rayonda çalışan yerli sahibkarlarla, eləcə də Bakı şəhərində Kiçik Sahibkarlıqla İş və Lokal Gəlirlər departamentlərinin qeydiyyatında olan sahibkarlarla görüşlər keçirilib.
Nazirliyin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, növbəti görüş yanvarın 21-də vergi ödəyicilərinin mühüm iqtisadi dislokasiya zonalarından hesab olunan Sumqayıt şəhərində, 2 saylı Ərazi Vergilər Departamentinin əhatə dairəsinə daxil olan Sumqayıt və Xırdalan şəhərləri, həmçinin Siyəzən və Xızı rayonlarının sahibkarları ilə keçirilib.
Görüşdə çıxış edən vergilər nazirinin müavini Sahib Ələkbərov Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin əsas məqsədinin ölkədə sahibkarlığın və investisiyaların təşviqi, sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi yükünün azaldılması, sahibkarların hüquqlarının daha etibarlı qorunması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsi, nağdsız əməliyyatların həcminin artırılması, vergi mühtinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, dürüst və şəffaf vergi uçotunun qurulması olduğunu bildirib.
Nazir müavini qeyd edib ki, ölkə başçısının təşəbbüsü ilə qəbul olunmuş “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanunun sahibkarların maliyyə vəziyyətinin sağlamlaşdırılmasına, onların sərəncamında əlavə vəsaitlərin qalmasına, sahibkarlığın inkişafının stimullaşdırılmasına və daha əlverişli biznes mühitinin formalaşdırılmasına xidmət edir. S.Ələkbərov sahibkarları bu qanunun yaratdığı imkanlardan maksimum yararlanmağa çağırıb və bildirib ki, yaranmış borclar üzrə hesablanmış faizlər və Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən hesablanmış maliyyə sanksiyaları artıq tam həcmdə silinib, digər maliyyə sanksiyaları üzrə isə müəyyən edilmiş şərtlər daxilində silinəcək.
Görüşdə çıxış edən Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər və onların tətbiqi ilə bağlı məsələlər barədə vergi ödəyicilərini məlumatlandırıb, e-qaimə fakturaların tətbiqi, “Nağdsız hesablaşmalar haqqında” qanunun tələblərindən irəli gələn məsələləri şərh edib.
Vergi risklərinin təhlili və nəzarəti departamentinin baş direktoru Natiq Şirinov ayrı-ayrı sahələrdə vergi ödəyicilərinin rastlaşdığı konkret suallara aydınlıq gətirib.
Vergilər nazirinin müşaviri, Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru Ələkbər Məmmədov vergi ödəyiciləri ilə partnyorluq münasibətlərinin dərinləşdirilməsi, intizamlı vergi ödəyiciləri üçün “Yaşıl dəhliz” prinsipinə əsaslanan şəffaf vergi xidmətlərinin göstərilməsi, bu prinsip əsasında göstərilən fərdi xidmətlər, uçot sisteminin şəffaflaşdırılması ilə bağlı məsələlər barədə məlumat verib.
Sonra tədbirdə iştirak edən vergi ödəyicilərinin vergi qanunvericiliyində aparılmış dəyişikliklərlə bağlı çoxsaylı sualları cavablandırılıb.
Görüş iştirakçıları çıxış edərək, onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxHadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18

