/ / Kağız və plastik tullantıların toplanması və təkrar emalına həsr olunmuş yeni layihəyə start verilib
Kağız və plastik tullantıların toplanması və təkrar emalına həsr olunmuş yeni layihəyə start verilib
24.02.2017 [09:31]
Fevral 23-dən IDEA İctimai Birliyi tullantıların idarə olunması proqramı çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Azersun” şirkəti ilə birgə kağız və plastik tullantıların toplanması və təkrar emalına həsr olunmuş yeni layihəyə start verir. Layihə çərçivəsində ali təhsil müəssisələrində kağız və plastik tullantılar üçün xüsusi çeşidləmə qutularının yerləşdirilməsi nəzərdə tutulub.
İDEA-dan AZƏRTAC-a bildirilib ki, layihənin pilot fazası olaraq, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinə ümumilikdə 200 ədəd konteyner təhvil verilib.
Layihənin məqsədi tullantıların idarə olunması ilə bağlı ekoloji maarifləndirməni gücləndirmək, təkrar emalı təşviq etmək yolu ilə ağacların və təbii sərvətlərin qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına töhfə verməkdir.
Sözügedən layihə çərçivəsində yerləşdirilən konteynerlərdə kağız və plastik tullantıların çeşidlənərək toplanması və təkrar emalı ali təhsil müəssisələrində təhsil alan tələbələrdə ekoloji məsuliyyət hissinin tərbiyə etdirilməsi, kağız israfının azaldılması, ümumiyyətlə, ətraf mühitin və təbii sərvətlərimizin mühafizəsi baxımından mühüm töhfə verəcəkdir.
Məlum olduğu kimi, təbii resursların qənaətlə və səmərəli istifadəsi üçün tullantıların idarəolunması sahəsində əhalinin məlumatlandırılmasının əhəmiyyətini nəzərə alaraq, IDEA İctimai Birliyi hələ 2014-cü ilin fevral ayından etibarən kağız tullantıların qəbulu və təkraremalı ilə bağlı “Hər kağızı bir yarpağa dəyişək” layihəsini həyata keçirmişdir. Layihə çərçivəsində bu günə qədər 600 tondan çox kağız tullantısı toplanaraq təkrar emala göndərilmişdir.
Qeyd edək ki, layihə çərçivəsində kağız və plastik tullantılar üçün xüsusi qutuların mərhələli şəkildə bütün ali və orta təhsil müəssisələrində yerləşdirilməsi planlaşdırılıb.
Layihə tərəfdaşları bütün tələbə və şagirdlərdən yaşıl qutuların kağız tullantılar, mavi qutuların isə plastik tullantılar üçün qoyulduğunu nəzərə alaraq, təhsil aldıqları müəssisədə tullantıları qutulara atarkən diqqətli olmağa və düzgün çeşidləməyə dəvət edir.
IDEA İctimai Birliyi hər kəsi, xüsusilə də gəncləri tullantıların idarə edilməsi işinə dəstək olmağa, onların çeşidlənməsi və azaldılmasına öz töhfələrini verməyə çağırır.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31

