“Azərbaycan multikulturalizmi” fənninin tədrisi Texniki Universitetdə
04.04.2017 [08:59]
Əyyub Kərimov: Tələbələrin çoxu Azərbaycan multikulturalizmi modeli ilə bağlı araşdırmalar aparmaq arzusundadırlar
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “Azərbaycan multikulturalizmi” fənninin xarici və ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir. Hal-hazırda sözügedən layihə çərçivəsində respublikamızın 40, dünyanın 15 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris edilir. BBMM-in mətbuat xidməti ölkədə və xaricdə “Azərbaycan multikulturalizmi” fənnini tədris edən mütəxəssislərlə silsilə müsahibələri oxuculara təqdim etməyi planlaşdırır. Bu istiqamətdə ilk həmsöhbətimiz adıçəkilən fənni Azərbaycan Texniki Universitetində tədris edən dosent Əyyub Kərimovdur.
Müsahibimiz ölkəmizdəki multikultural əhvalın kökləri, multikulturalizmin fəlsəfi əsasları ilə bağlı fikirlərini bölüşüb: “Torpağımız ta qədimdən ən müxtəlif xalqların və mədəniyyətlərin vətəni olub. Azərbaycan dövlətinə, dövlətçiliyinə, ərazi bütövlüyünə və tarixinə onların sadiqliyi bütün dünya üçün açıq olan mənəvi-mədəni dəyərlərimizin mahiyyətindən irəli gəlir. Azərbaycanın və “azərbaycançılığın” əzəməti bu müqəddəs diyarı öz vətəni hesab edən və onun adı ilə adlanmaqdan qürur duyan bütün insanların maddi və mənəvi gücündə, qüdrətindədir. Multikulturalizmin fəlsəfi əsası irqindən, cinsindən və dinindən asılı olmayaraq bütün insanların mənşəyinin həm mövcud təbii-elmi, həm də dini nəzəriyyələrdə eyni kökdən olmasındadır. Bu isə “bəşəriyyət doğma bir ailədir” məntiqi nəticəsini verir. Deməli, milli, dini, irqi, etnik və s. ayrı-seçkiliklər, “ikili standartlar” yalnız müxtəlif maraqlardan, o cümlədən siyasi maraqlardan qaynaqlanır. Qeyd etdiklərimiz kontekstində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin bəyan etdiyi kimi, bu gün dünyada multikulturalizm sahəsində İngiltərənin baş naziri Devid Kameronun başçılıq etdiyi “multikulturalizm iflasa uğramışdır” pessimist və ziddiyyətlərə rəvac verən mövqeyə qarşı Prezident İlham Əliyevin dünya nizamını, onun rəngarəngliyini qoruyub saxlamağa və inkişafa, sülhə və əmin-amanlığa, multikulturalizmin bütün dünyada Azərbaycan nümunəsində bərqərar olmasına çağıran optimist mövqeyi dayanır.
Möhtərəm Prezidentimizin IV Bakı Beynəlxalq Humanitar Forumunda vurğuladığı aşağıdakı dərin strateji məna yüklü fikirlər qeyd etdiklərimizi tam təsdiq edir: “Azərbaycan həm Avropa Şurasının, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi multikulturalizmi bir missiya kimi öz üzərinə götürmüşdür. Biz hesab edirik ki, multikulturalizmin müasir dünyada alternativi yoxdur. Multikulturalizmin alternativi yalniz ayrı-seçkilik, irqçilik, ksenofobiya, islamofobiya və antisemitizm ola bilər.
Bütün bu qeyd etdiklərim kontekstində “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərinin tədrisi nəinki tələbələrimizin dünyagörüşünün yüksəldilməsi baxımından, həmçinin dünyada bu sahədə baş verənlərə nəzərən mühüm əhəmiyyət daşımaqla yanaşı müasir dövrün məntiqindən doğan zərurətdir. Azərbaycan Texniki Universitetində magistratura səviyyəsində “Azərbaycan multikulturalizmi”, bakalavr səviyyəsində isə “Multikulturalizmə giriş” fənni 2015-ci ildən tədris olunur. Universitetimizdə “Azərbaycan multikulturalizmi” fənni birinci kurs magistrlərinin bütün ixtisaslarına tədris olunur. Bakalavr səviyyəsində isə “Multikulturalizmə giriş” fənni seçmə fənn blokuna daxil olmaqla hər fakültədən (cəmi səkkiz fakültə) bir qrup olmaqla ikinci kursun ikinci semestrində tədris olunur. “Xüsusi texnika və texnologiya” fakültəsinin bütün ikinci kurs tələbələri “Multikulturalizmə giriş” fənnini seçdikləri üçün onların hamısına bu fənn tədris olunur. Bakalavr səviyyəsində mühazirədə auditoriyada təxminən 70-75 tələbə iştirak edir”.
Alim qeyd edib ki, adıçəkilən fənlərin tədrisi tələbələrimizdə vətənpərvərlik, humanizm, milli-mənəvi dəyərlərimizə sevgi, başqa dinlərə və irqlərə, milli-etnik qruplara tolerant münasibət, milli birlik və ümumbəşəri həmrəylik hissləri tərbiyə edir, cari hadisələrin fövqünə qalxmağı, həyata böyük ideallar mövqeyindən yanaşmağı öyrədir.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

