Nəsimi rayonunda IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı məsələlər müzakirə olunub
07.04.2017 [10:02]
Nəsimi rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib.
İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların, ali və orta təhsil ocaqlarının, səhiyyə, mədəniyyət, xidmət sahələrinin rəhbərləri, dini icmaların, qeyri-hökumət təşkilatlarının və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ərəfəsində rayon ərazisində müvafiq tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib. O, abadlıq işlərinin aparılması, yeni yaşıllıqların salınması, park və bağlarda əhalinin asudə vaxtlarını səmərəli keçirmələri üçün müvafiq şəraitin yaradılması istiqamətində görüləcək tədbirlərdən danışıb.
Şuranın iş planına uyğun olaraq, “Nəsimi rayonu üzrə əhalinin məşğulluğunun təmin edilməsi sahəsində görülən işlər haqqında” məsələ ətrafında müzakirə aparılıb. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə martın 9-da keçirilən müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Nəsimi rayonunda görülmüş işlərdən danışılıb, rayon ərazisində əhalinin məşğulluq səviyyəsinin yüksəlməsi istiqamətində müəyyənləşdirilmiş vəzifələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Məktəb bağları” layihəsinin Nəsimi rayonunda həyata keçirilməsi istiqamətləri müəyyənləşdirilərək lazimi işlərə başlanılıb. Qeyd olunub ki, həmin tədbirlər çərçivəsində şənbə günləri rayon ərazisində iməciliklərin keçirilməsi, ağac və gül kollarının əkilməsi, rayon məktəblərində “Məktəb bağları” layihəsi çərçivəsində meyvə ağaclarının əkilməsi nəzərdə tutulub. Şuranın sədri qeyd olunanlarla bağlı aidiyyəti qurumlara və məsul şəxslərə müvafiq tapşırıqlar verib.
Prezident İlham Əliyevin tapşırığı ilə əhalinin tibbi müayinədən keçirilməsi vəziyyəti barədə danışılıb, tibbi müayinə aksiyalarının daha fəal davam etdirilməsi üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.
A.Əsgərov bildirib ki, 2016-cı ilin aprel döyüşlərinin baş verdiyi hər bir gün hamımız üçün böyük sınaq günləri olub. Həmin günlər Milli Ordumuzun əsgərləri doğma torpaqların hər bir qarışının bizlər üçün nə qədər əziz olduğunu öz canları və qanları hesabına bir daha sübut ediblər. Qazanılmış qələbədə gənclərin yüksək vətənpərvərlik nümayiş etdirməsi, yüksək əhvali-ruhiyə sərgiləməsi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu gənclər siyasətinin bariz nümunəsidir.
A.Əsgərov aprel-may ayları ərzində rayon ərazisində keçiriləcək tədbirlər barədə də məlumat verib. Bildirib ki, görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasının ildönümü ərəfəsində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə rayon ərazisində, müəssisə və təşkilatlarda tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Şuranın iclasında iştirak edən müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri ölkəmizdəki mövcud ictimai-siyasi sabitliyə və insanların rifahının daha da yaxşılaşdırılmasına yönəlmiş çoxşaxəli mühüm tədbirlərə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər və üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmələri üçün bütün qüvvələrini səfərbər edəcəklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25

