Gənclərimiz Koreya Respublikasında ölkəmizi uğurla təmsil ediblər
01.08.2017 [09:27]
Xəbər verildiyi kimi, Azərbaycan ilə Koreya Respublikası arasında beynəlxalq gənclər mübadiləsi proqramı çərçivəsində ölkə gənclərindən ibarət nümayəndə heyəti iyulun 17-dən 26-dək bu ölkənin paytaxtı Seulda səfərdə olub. Səfər çərçivəsində gənclərimiz Koreya Respublikasının bir sıra məkanlarına baş çəkib, paytaxt Seulun tarixi, mədəniyyəti ilə yaxından maraqlanıblar. Gənclər, həmçinin Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfirliyinə baş çəkib, beş böyük gənclər mərkəzində olub, görüşlər keçirib, təlimlərdə iştirak ediblər. Bununla yanaşı, Azərbaycan nümayəndə heyəti gənclərlə işin aparılmasında mühüm rol oynayan Koreya Gəncləri ilə İş Agentliyinin fəaliyyəti ilə tanış olublar. Görüşlərdə iki ölkə arasında gənclər sahəsində əməkdaşlığın daha da genişləndirilməsi ətrafında müzakirələr aparılıb.
Bir sözlə, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən və sayca beşinci olan səfərdə gənclər ölkəmizi layiqincə təmsil ediblər. Belə gənclərimizdən biri də Vüsal Əliyevdir. Məlumat üçün bildirək ki, V.Əliyev hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Turizmin iqtisadiyyatı fakültəsində magistr pilləsində təhsil alır. Bununla yanaşı, Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında məsləhətçi vəzifəsində çalışır. Səfərlə bağlı təəssüratlarını “Yeni Azərbaycan” qəzeti ilə bölüşən Vüsal deyib ki, o, Koreyada ölkəmizin torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu, nəticədə bir milyondan çox soydaşımızın məcburi köçkün vəziyyətində yaşadığını və bu halın təhlükəsizliyə ən böyük təhdid olduğunu diqqətə çatdırıb.
Bununla yanaşı, səfər zamanı nümayəndələrimiz Azərbaycanın mədəniyyət və incəsənətinin mühüm tərkib hissələrindən olan milli geyimlərimizi, mətbəximizi və rəqslərimizi tanıdıblar.
Bizimlə söhbətində Prezident İlham Əliyev tərəfindən ölkəmizdə gəncliyə böyük diqqət və qayğının göstərildiyini də vurğulayan Vüsal Əliyev əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin uğurla davam etdirildiyini bildirib. O, qeyd edib ki, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin hərtərəfli inkişafına təkan verib.
Sonda onu da qeyd edək ki, layihə çərçivəsində Koreya Respublikasından olan on gənc bir neçə gün əvvəl Azərbaycana gəlib və ölkəmizin tarixi, mədəniyyəti ilə yaxından tanış olub.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

