“Kaspi” Təhsil Şirkəti fəaliyyətini genişləndirir
09.09.2017 [11:33]
Sentyabrın 8-də Beynəlxalq Mətbuat Mərkəzində “Kaspi” Təhsil Şirkətinin 2016/2017-ci tədris ilində fəaliyyətinin yekunlarına həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Kaspi” Təhsil Şirkətinin təsisçisi və idarə heyətinin sədri Sona Vəliyeva Ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, Ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb.
Müasir dünyada təhsilin mühüm rolunu, ölkəmizdə bu sahəyə xüsusi diqqət göstərildiyini qeyd edən S.Vəliyeva “Kaspi” Təhsil Şirkətinin inkişaf mərhələləri və fəaliyyəti barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, şirkət 2007-ci ildə yaradılıb və keçən 10 il ərzində fəaliyyətini genişləndirərək 2 lisey, 4 uşaq bağçası, 11 filial, 7 yerli nümayəndəlik açıb.
2016-2017-ci tədris ilində şirkətin abituriyent hazırlıq kurslarını 324 nəfər bitirib. Onların 311-i builki qəbul imtahanlarında yüksək bal toplayaraq nüfuzlu ali məktəblərə qəbul olunub. “Kaspi” liseyinin isə 21 məzununun hamısı ali məktəblərə daxil olub. “Kaspi”nin məzunlarından bir nəfər - Vahab Cəbrayılov qəbul imtahanlarında maksimum nəticə - 700 bal toplayıb və o, “Kaspi” təqaüdünü qazanan ilk tələbə olub.
“Kaspi” Təhsil Şirkəti abituriyent hazırlıq kurslarını bitirən gənclərdən 31-i qəbul imtahanlarında 600-dən yuxarı, 60-ı isə 500-dən çox bal toplayıb. Xaricdə təhsil xidmətləri göstərən Kaspi Qlobal il ərzində 100-dən artıq şagirdi ABŞ-a və Böyük Britaniyaya yay məktəblərinə göndərib. Məktəbəqədər hazırlıq kursları olan Kaspi Kidslərdə isə 1000-dək uşaq məktəbəhazırlıq proqramını tam başa vurub.
S.Vəliyeva bu il “Kaspi” Təhsil Şirkətinin fəaliyyətinin daha da genişləndiyini, Beynəlxalq məktəbəqədər kurikulum standartları əsasında fəaliyyət göstərən yeni ingilisdilli Kaspi Beynəlxalq Uşaq Bağçasının, həmçinin Bakı şəhərində Azərbaycan və rus bölmələrindən ibarət yeni bağçanın da açıldığını diqqətə çatdırıb.
“Kaspi” Təhsil Şirkətinin təsisçisi təhsildə uğurları artırmaq məqsədi ilə reallaşdırılacaq layihələrdən də bəhs edib.
Sonra “Kaspi” Təhsil Şirkətinin 10 illik fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən müəllim və valideynlər də “Kaspi” Təhsil Şirkətinin səmərəli fəaliyyətindən, təhsilimizə verdiyi töhfələrdən danışıb, uğurlar arzulayıblar.
Şirkətin liseyini və abituriyent hazırlıq kurslarını bitirən və qəbul imtahanlarında yüksək ballar toplayaraq ali təhsil müəssisələrinə qəbul olunan gənclərə hədiyyələr verilib, “Kaspi” təhsil mərkəzlərində təqdim olunan bütün xidmətlərdən 20 faiz endirimlə faydalanmaq üçün kuponlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

