/ / Heydər Əliyev Mərkəzində Aleksandr Vasilyevin kolleksiyasından ibarət “Modernizm və moda” sərgisi açılacaq
Heydər Əliyev Mərkəzində Aleksandr Vasilyevin kolleksiyasından ibarət “Modernizm və moda” sərgisi açılacaq
12.09.2017 [10:09]
Oktyabrın 5-də Heydər Əliyev Mərkəzində Aleksandr Vasilyev Fondunun təqdimatında 1960-cı illərin geyim və bəzək əşyalarından ibarət “Modernizm və moda” sərgisi açılacaq.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, Bakıda ilk dəfə təşkil olunan bu sərgi Heydər Əliyev Fondunun dəstəyi ilə keçiriləcək. Ekspozisiyada Aleksandr Vasilyev Fondunun nadir kolleksiyasından XX əsrin 60-cı illərinə aid 100 geyim nümunəsi və 350 aksesuar nümayiş olunacaq.
Eksponatlar sırasında həmin dövrün məşhur dizaynerlərinin atelyelərində - “Chanel”, “Dior”, “Balmain”, “Yves Saint Laurent”, “Balenciaga”, “Nina Ricci”, “Cardin”, “Couregge”, “Laroche”, “Cassini”, “Valentino”da hazırlanmış nadir “Haute Couture” donları təqdim ediləcək.
1960-cı illər ötən əsrin ən inqilabi onilliklərindən hesab edilir. Bu dövrün gözlənilməz inqilabiliyi cəmiyyətdə və bununla birgə dəb dünyasında da dəyişikliklər yaratdı. İlk kosmonavt Yuri Qaqarinin 1961-ci ildə, birinci qadın kosmonavt Valentina Tereşkovanın 1963-cü ildə kosmosa uçuşu dəb aləmində yeni iz qoydu və Paris modelyerləri kosmik mövzuya müraciət etdilər. Ayaqqabı formaları, baş geyimlərində və digər aksesuarlarda da əksini tapan kosmik dəb erası 1969-cu ildə amerikalıların Aya ilk enişi ilə sona çatdı. Heydər Əliyev Mərkəzindəki sərgidə bu futuristik ideyaları özündə əks etdirən kifayət qədər paltar, ayaqqabı və baş geyimləri təqdim olunacaq.
Ekspozisiyada, həmçinin o dövrün məşhur qadınlarının - kino ulduzları Meri Pikford, Qloriya Svenson, Lesli Karon və Loren Bekol, prima-balerina Maya Plisetskayanın şəxsi qarderobundan nadir geyimlər nümayiş etdiriləcək.
Bu sərgi indiyədək Sidney, İstanbul, Sankt-Peterburq, Moskva, Riqa və Dauqavpilsdə təqdim olunub. Lakin belə böyük həcmdə ilk dəfə Bakıda sərgilənəcək.
Aleksandr Vasilyev tanınmış kolleksiyaçı, dəb tarixçisi, sənətşünas, interyer dekorasiyaçı, teatr rəssamı, dəb sahəsində bir sıra məqalə və kitabların müəllifi, televiziya proqramlarının aparıcısıdır. Onun 40 ilə yaxındır ki, topladığı kolleksiyada XVII əsrdən müasir dövrədək müddəti əhatə edən 50 min eksponat var. Müxtəlif ölkələrdən əldə olunan eksponatlar arasında öz epoxalarının ən yaxşı atelyelərində hazırlanan yüksək dəb şedevrləri yer alıb.
Vilnüsdə yaradılmış Aleksandr Vasilyev Fondu Litva və digər ölkələrdə dəb mədəniyyəti və tarixinin təbliğinə yönəlmiş təhsil, kostyum, aksesuar, rəsm, qrafika, foto, dekorativ tətbiqi sənət əsərləri və çap olunmuş nəşrlərdən ibarət kolleksiyanın qorunması, genişləndirilməsi, ictimaiyyətə təqdim olunması istiqamətində fəaliyyət göstərir.
Heydər Əliyev Mərkəzində təşkil olunan sərgi 2018-ci il aprelin 8-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxXəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21

