Bakıda “Bizim istəyimiz əmək sferasının gələcəyidir” mövzusunda konfrans başa çatıb
14.09.2017 [08:05]
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşkilatçılığı ilə Bakıda keçirilən “Bizim istəyimiz əmək sferasının gələcəyidir” mövzusunda ikigünlük konfrans sentyabrın 13-də başa çatıb.
AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək bildirib ki, son illər əmək sferasına nüfuz edən çox böyük dəyişikliklərin şahidi oluruq. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı, innovasiyaların istehsalata tətbiqi, avtomatlaşdırma və “yaşıl iqtisadiyyat”a keçid həm əmək münasibətlərinin təşkilinin formalarına, həm də muzdlu işçilərin mənafelərinin ənənəvi müdafiəçisi olan həmkarlar ittifaqının fəaliyyətinə ciddi təsir göstərməyə bilməz. Cəmiyyət, onun əmək qabiliyyətli hissəsi gündəlik həyatda qeyri-tipik məşğulluğun nümunələri ilə tez-tez rastlaşır. Bu baxımdan biz həmkarlar ittifaqları olaraq, məşğulluğun belə formalarının hüquqi tənzimlənməsində öz yerimizi tutmalıyıq. Əmək sferasının təşkilində sosial tərəfdaşlarımızla birgə bu gün hüquqi platformanın bazasını yaratmağı bacarmasaq illərlə əldə etdiyimiz muzdlu işçilərin əsas müdafiəçisi statusunu itirə bilərik. 2005-2015-ci illər ərzində ölkə iqtisadiyyatında məşğul olanların sayı 600 min nəfərədək artaraq 4 milyon 672 min nəfər təşkil edib. Muzdlu işçilərin sayı isə cəmi 200 min nəfərədək artıb. Bu isə o deməkdir ki, vətəndaşlarımızın təxminən yarısı işə əmək müqaviləsi bağlanmadan və sözləşmə olmadan qəbul edilib. Həmin müddətdə özünüməşğul işçilərin sayı 320 minədək artaraq 1 milyon nəfərə çatıb.
S.Möhbalıyev onu da vurğulayıb ki, statistik orqanlar məşğulluğun “qeyri-tipik” formasının prinsipləri əsasında işini quran təşkilat və müəssisələr barədə məlumat vermir. Lakin məşğulluq haqqında olan məlumatların təhlili kənd təsərrüfatında, ticarətdə (küçə ticarətçiləri), emaletmə sənayesində (yeyinti məhsullarının istehsalı, tikiş, ayaqqabı istehsalı), inşaatda, nəqliyyatda (taksi sürücüləri), daşınmaz əmlakla bağlı əməliyyatlarda (maklerlər) və s. qeyri-formal şəkildə məşğul olanların sayının çoxluğu haqqında daha inamla danışmağa imkan yaradır. Həyatın ritmini, işsizliklə bağlı problemləri nəzərə alarkən aydın başa düşmək olar ki, bu gün əmək bazarını daha çevik, rəqabətqabiliyyətli etmək, əhalinin məşğulluğunu artırmaq üçün qeyri-tipik məşğulluq zəruridir.
Lakin belə şəraitdə işçilərin müdafiəsinə yardım edə biləcək mexanizm üzərində kimin necə işləyəcəyi barədə düşünmək lazımdır. Ancaq biz layiqli iş şəraitinin yaradılmasının və əməyin dəyərinin ödənilməsinin işəgötürənin arzusuna uyğun həyata keçirilməsini qəbul edə bilmərik. Məşğulluğun bütün formalarında çalışanların əmək, sosial hüquqlarının müdafiəsi üçün milli qanunvericilik, hətta BƏT-in konvensiyaları səviyyəsində hüquqi sənədlər işlənib hazırlanmalıdır.
Çıxışının sonunda S.Möhbalıyev bildirib ki, həmkarlar ittifaqlarının həmrəyliyini tələb edən daha bir məsələ əmək ehtiyatlarının miqrasiyasının iqtisadiyyata təsirinin müsbət və mənfi aspektlərinin çoxluğudur. Lakin həmkarlar ittifaqlarının əsas məqsədi işçi-miqrantların necə müdafiə olunmasıdır.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli konfransda çıxış edərək bildirib ki, dünyada baş verən iqtisadi və maliyyə böhranına baxmayaraq, iqtisadiyyatın liberallaşması, səmərəli vergi və fiskal siyasət, o cümlədən güzəştli kreditlərin verilməsi, ixracyönümlü məhsulların istehsalının stimullaşdırılması, iqtisadi fəaliyyət iştirakçılarına sağlam rəqabət şəraitinin yaradılması və digər tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatı inkişafını davam etdirir. Son 13 ildə ölkəmizdə 1 milyon 677 mindən artıq yeni iş yeri yaradılıb, əhalinin gəlirləri 5,2 dəfə, minimum əməkhaqqı 3,5 dəfə artıb, işsizlik səviyyəsi 5 faizdir.
Azərbaycan hökuməti BƏT-in İdarə Heyətinin üzvü kimi bu təşəbbüsü dəstəkləyir və onun icrası üçün səylərini davam etdirir.
M.Kərimli qeyd edib ki, hazırda Azərbaycan Respublikası Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik az sayda olan ölkələrdən biridir. 2016-cı ilin məlumatına əsasən, əhalinin ümumi yaş strukturunda gənclərin (14-29 yaşda) payı 27 faiz, uşaqların (0-14 yaşda) payı 22,5 faiz, 15-64 yaş qrupunun payı 71,3 faiz, 65 yaş və yuxarı yaşda olan əhalinin payı isə 6,2 faiz təşkil edib.
Son illərdə müşahidə olunan demoqrafik meyillərə əsasən Azərbaycan Respublikasında əhali sayının artımı davam edəcək və proqnoz hesablamalara görə, Azərbaycanda 2015-ci illə müqayisədə 2050-ci ildə əhalinin sayının 1,4 dəfə artaraq 11,8 milyon nəfər təşkil edəcəyi gözlənilir.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov qeyd edib ki, Beynəlxalq Əmək Təşkilatının “Əməyin gələcəyi təşəbbüsü” müasir dünyada əmək münasibətləri ilə əlaqədar müzakirələr üçün çox gözəl bir platforma yaradıb. Bu təşəbbüsün əhatə etdiyi mövzular bütün bəşəriyyət üçün önəm kəsb edən aktual məsələlərdir. Dünya inkişaf etdikcə, zaman keçdikcə iqtisadiyyatın və əmək münasibətlərinin strukturu dəyişir, lakin insanların əsas tələbatı - sağlam və gözəl rifah şəraitində yaşamaq istəyi dəyişməz olaraq qalır. İnsanların bu istəyinin reallaşdırılması üçün işləmək ən mühüm şərtlərdəndir. Bu səbəbdən bizim üçün birinci məsələ insanların məşğulluğunun təmin edilməsi olmalıdır, lakin burada çox önəmli bir nüans var. Belə ki, bəşər cəmiyyətinin tarixinə baxsaq çoxsaylı müharibələrə, tənəzzüllərə baxmayaraq, insanlar həmişə daha yaxşı yaşamaq istəyib və tarix sübut edir ki, həqiqətən də buna nail olunub. Biz 50-100 il öncəyə baxdıqda dünya səviyyəsində yoxsulluğun, aclığın azaldığını, ümumi daxili məhsulun artdığını, insanlar, dövlətlər arasında inteqrasiyanın gücləndiyini görürük.
Tədbir digər iştirakçıların çıxışları və mövzu ətrafında müzakirələrlə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31

